Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
peygambar-hayat-asl.doc
Скачиваний:
62
Добавлен:
25.03.2016
Размер:
2.39 Mб
Скачать

Curhum qəbİləsİ

Quşlar su qoxusu duyaraq, sevincək o bulağın ətrafında uçmağa başladılar. Hacər dərənin səmasında ağ quşların uçmaq mənzərəsinə baxaraq sevindi. İsmayıl da fəzada uçan quşları görərək sevinirdi.

O səhraların sakinləri səfər yolu ilə öz dolanışıqlarını tə’min edirdilər. Bir gün Curhum qəbiləsi o dərənin yaxınlığından keçərkən quşların göydə uçduğunu gördülər. Bildilər ki, dərədə su vardır. Ona görə də həmin yerə yollandılar. Karvanlar dərəyə enən zaman qəribə bir mənzərə gördülər. Orada bir qadın və südəmər körpədən başqa heç kəs yox idi. Qadın onlara dedi:

-Mən Allahın Xəlili İbrahimin (ə) yoldaşı Hacərəm.

Curhum qəbiləsi pak və saleh insanlar idilər. Ona görə də Hacərə dedilər:

-İcazə verirsinizmi ki, biz bu dərədə sakin olaq.

Hacər onlara dedi:

-Mən gərək Xəlilür-Rəhman İbrahimdən sizin üçün icazə alım.

Curhum qəbiləsinin adamları o dərənin yaxınlığında çadır qurdular. Onlar icazə almaq üçün İbrahimin (ə) gəlişini gözləyirdilər. İbrahim (ə) gəlib, çadırları, qoyun və dəvə sürülərini görüb, o ərəb qəbiləsinin gəlişinə razılığını bildirdi. O zamandan Curhum qəbiləsi o dərədə sakin oldular.

İsmayıl və Hacər xoş həyat keçirirdilər. Qəbilənin adamları İsmayıla çoxlu qoyunlar hədiyyə etdilər. Yayda günün istiliyindən, qışda isə yağışlardan qorunmaq üçün ona və anasına gözəl bir xeymə düzəltdilər.

İsmayıl böyüyüb, ərəb dilini öyrəndi. O, gözəl bir cavan idi və atası İbrahimin (ə) əxlaqını irs götürmüşdü. Təmiz qəlbli ərəblərin əxlaqının tə’siri altına düşüb, onlardan yaxşılıq, güzəşt, qonaqpərvərlik, şücaət və at minmək öyrəndi.

Kə’bə - tÖvhİd nİşanəsİ

Allah İbrahimə fərman verdi ki, tövhid nişanəsi və Allaha ibadət üçün bir yer olacaq ev və məscid düzəltsin. İbrahim (ə) oğluna dedi:

-Allah mənə əmr etmişdir ki, bu kiçik təpənin başında onun evini düzəldim. Allahın evini düzəltmək üçün İbrahim (ə) öz Allahının fərmanına, İsmayıl da atası İbrahimin (ə) də’vətinə müsbət cavab verdilər. O qoca kişi və cavan İsmayıl ayağa qalxmalı və bu mühüm tapşırığı yerinə yetirməli idilər. Onlar öncə ev tikmək üçün dərənin ətrafındakı dağlardan münasib daşlar gətirməli, torpaq yığmalı və evi tikmək üçün lazım olan məhlulu əldə etmək üçün ona kifayət qədər su tökməli idilər.

Beləliklə, evin tikintisi başlandı. Öncə ora dərənin yan-yörəsindəki dağlardan daşlar gətirdilər. Su üçün hovuz düzəltdilər və torpaq topladılar. Cavan İsmayıl daş gətirmək mə’suliyyətini öz öhdəsinə götürdü. Binanın əsasının möhkəm olunması üçün o, möhkəm daşlar seçirdi. Çoxlu yaşıl rəngdə daş parçaları topladı. Sonra hovuzun suyunu torpaqlara tökdülər ki, yapışqan palçıq düzəltsinlər və onunla da daşları bir-birinə möhkəm yapışdırsınlar.

İbrahim (ə) yaşıl rəngli daşları bir-birinin üzərindən düzürdü ki, evin bünövrəsini qoysun. İsmayıl daşları atasının əlinə verirdi. Hər gün bir sıra daş düzür və sonrakı günü isə ikinci sıranı hörməyə başlayırdılar. Beləliklə, hər gün bina bir qədər ucalırdı və hər gün İbrahim (ə) və İsmayıl evin ətrafına yığışır və deyirdilər:

-İlahi!Bizdən qə’bul et!Həqiqətən sən eşidən və bilənsən.

Kə’bənin binası səkkiz metrə qədər ucaldı. İbrahim (ə) evin yuxarı küncündə boş bir yer gördü. O gecə göyün daşları parlayırdılar. Onların biri yaxınlıqdakı bir dağın zirvəsinə endi. Səhər tezdən İbrahim (ə) dərədən görünən dağa tərəf yollandı. Gözü qar kimi parlayan ağ bir daşa düşdü. Bu daş evin divarının boş yeri qədərində idi. Ona görə də İbrahim (ə) o daşı götürüb, evin boş yerinə yerləşdirdi. Evin tikintisi sona çatdı; Allahın hörmətli evinin, yeganə və şəriksiz Allahın ibadət olunduğu ilk evin.

Kə’bənin şərqə və qərbə açılan iki qapısı vardı. İbrahim (ə) bir qədər İzxir adlanan ətirli otdan yığıb, onun qapısının ağzına qoydu. İsmayılın anası Hacər gəlib, Kə’bə üçün bir örtük hədiyyə etdi.

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]