Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Quran-Sherhler.doc
Скачиваний:
8
Добавлен:
22.08.2019
Размер:
617.98 Кб
Скачать

14. İbrahim surəsi

1 İbrahim Kitabi-müqəddəsdə haqqında danışılan İbrahim peyğəmbərdir. Qurana (VI, 74) görə, Azərin oğludur. 120 yaşında özü özünü sünnət etdi. 175 yaşında öldü və Həbrunda dəfn olundu. Məhşər günü yeri Allahın solunda olacaq və möminləri Cənnətə aparmaq vəzifəsini görəcəkdir (Sələbi. Qisəs əl-ənbiya, Qahirə, 1312, səh. 60; Təkvin, 48-ci fəsil).

2 Müqayisə et: Əyyam əl-ərəb və milhəmot Ya-hae (“əzab davası”). Bax Ərqam, XXI, 14.

3 Musanın vasitəsilə.

4 Təfsirçilər bu ifadəyə üç müxtəlif məna verirlər: 1) cavab verə bilməmək; 2) qəzəbdən barmaqlarını dişləmək; 3) peyğəmbərlərin ağzına sədd çəkmək.

5 Yaxud “məhkəməni” və ya “Cənnətin qapılarını açmağı”.

6 Və ya “qaynar”.

7 Və ya “qabaqda”.

8 İman da belədir. Əsası ürəklərdə yerləşən bir təsdiqdir, yerə nüfuz edən göylər kimi. Xarici görünüşü dil ilə iqrar, səmərəsi isə əməllərdir.

9 Əşhədu ən la ilahə illallah və əşhədu ənnə Muhəmmədən abduhu və rəsuluhu.

10 Bəzi təfsirçilər 28-30-cu ayələri Bədrdə döyüşən qüreyşilərə aid edirlər.

11 35-40-cı ayələr İbrahimin Mədinə dövrünü izah edir.

12 İsmaili nəsli ilə.

13 39-cu ayədə İsmail ilk dəfə İbrahimin oğlu kimi yada salınır. Bundan qabaq o, peyğəmbərlər arasında göstərilirdi.

14 Başqaları bütpərəst oldu.

15 Hərfən: gözləri özlərinə dönüb baxmaz.

16 Yəni Ad və Səmud qövmləri.

17 Müqayisə üçün bax Əhdi-cədid, Həvari Pyotrun ikinci risaləsi, III, 13.

15. əl-Hicr surəsi

1 Əl-Hicr Səmud qövmünün yaşadığı diyarda antik müəlliflərdən Plini və Ptolomeyə görə Eqra, Strabona görə isə, Petra şəhəridir (Petra - daş, Həbəş dilində - şəhər deməkdir). İndi mövcud olmayan bu şəhər Şimali Ərəbistanda Vadi əl-Kura məntəqəsindən bir günlük məsafədə və Tayma vahəsinin cənubunda idi. Həccə gedənlərin yolu əl-Hicrdən keçir. Məkkəyə gedənlər burada Əsalis dağını ziyarət edir və bir gün burada qalıb ibadət edirlər. Qədimdən burada bütlərə ibadət edən və mağaralarda məskən salan (troqloditlər) məğrur bir qövm - səmudilər yaşayırdı. Bu qövmü dinə dəvət etmək üçün Allah tərəfindən onların əqrəbalarından biri - Saleh peyğəmbər göndərildi. Saleh, Allah tərəfindən göndərildiyini sübut etmək üçün bir qayanın yarığından balası ilə birlikdə bir dəvə çıxartdı. Lakin səmudilər dəvəni öldürdülər və Allah tərəfindən göndərilən zəlzələ ilə məhv edildilər. Ərəb əfsanələrinə görə, İbrahim peyğəmbər Cəbrailin əmri ilə Hacər və oğlu İsmaili əlHicrdə qoyub getmiş və İsmail də orada anasının yanında dəfn olunmuşdur. Əl-Hicr Muhəmməd peyğəmbərin həyatında da yer tutur. Hicri 9-cu ildə (631) peyğəmbər Təbukdan keçərək Şama gedəndə ordusu ilə əl-Hicrin yaxınlığına gəldi, əsgərlər burada suyun olmasını görüb qalmaq istədilər, lakin Muhəmməd peyğəmbər onlara Allahın qəzəbinə uğramış bu kafirlər yurduna girməyə icazə vermədi.

2 Təfsirçilər bəzən bu surənin 24-cü və 87-ci ayələrini Mədinə ayələrindən hesab edirlər.

3 7-ci surənin 73-cü ayəsi ilə müqayisə et.

4 9-cu surənin 55-ci ayəsi ilə müqayisə et.

5 10-cu surənin 49-cu ayəsi ilə müqayisə et.

6 6-cı surənin 8-ci ayəsi ilə müqayisə et.

7 Ma nunazzilu-l-mələikə illə bilhəqq. Burada bil-həqq maraq üçün” deyil, “layiq olan cəza” üçündür.

8 Təfsirçilərə görə, təhriflərdən, daha doğrusu, “yox olmaqdan, zavala uğramaqdan” qoruyacağıq.

9 85-ci surənin birinci ayəsi ilə müqayisə et.

10 3-cü surənin 35-ci ayəsi və 37-ci surənin 7-ci ayəsi ilə müqayisə et.

11 34-cü ayə ilə müqayisə et. İbrahim İsmaili qurban edəndə Şeytanı daşlarla qovurdu. Daşlar Minadadır.

12 37-ci surənin 6-cı ayəsi ilə müqayisə et.

13 78-ci surənin 6-7-ci ayələri və 16-cı surənin 15-ci ayəsi ilə müqayisə et.

14 24-cü ayənin mənası aydın deyil. Bəlkə, dünyaya gəlməyin və dünyadan getməyin müxtəlif vaxtları; döyüşdə cəsurluq və qorxaqlıq; namaz vaxtı gözəl qıza baxma və s. nəzərdə tutulur.

15 11-ci surənin 103-cü ayəsi ilə müqayisə et.

16 Və ya “təmiz”; bax 55-ci surənin 15-ci ayəsinə.

17 2-ci surənin 34-cü ayəsi və 7-ci surənin 11-ci ayəsi ilə müqayisə et.

18 2-ci surənin 34-cü ayəsi ilə müqayisə et.

19 Yəni bir-birinə arxalarını çevirmirlər.

20 Burada vaqiə 11-ci surənin 69-cu ayəsində və 51-ci surənin 24-37-ci ayələrindəkindən daha müfəssəldir.

21 58-57-ci ayələrin məzmunu Kitabi-müqəddəsin Təkvin bölməsinin 19-cu fəslinin məzmunu ilə oxşardır.

22 Ərəb tarixçisi Yaqut Həməviyə görə, əl-Əykə Vadi əl-Kura ilə Şam arasında yerləşən Təbukun ikinci adıdır.

23 7-ci surənin 73-cü ayəsi ilə müqayisə et.

24 ”laqeyidcəsinə yonurdular”, baxmayaraq ki, dağlar da Allahındır. Bax 19-cu ayəyə və 16-cı surənin 15-ci ayəsinə.

25 16-cı surənin 3-cü ayəsi ilə müqayisə et.

26 və mə xələqnə-s-səməvati və-l-ərzə və ma bəynəhuma illa bil-həqq. Burada bil-həqq “ləyaqətli aqibət üçün” və ya “müəyyən olunmuş plana görə” mənasında işlənir.

27 üz döndər - bağışla.

28 Səbən minəl-məsani “yeddi təkrarlanan” ifadəsi ilə bəzən də Quranın əvvəlki yeddi böyük surəsi nəzərdə tutulur.

29 9-cu surənin 55-ci ayəsi ilə müqayisə et.

30 17-ci surənin 24-cü ayəsi və 26-cı surənin 215-ci ayəsi ilə müqayisə et.

31 ”Bölənlər” deyəndə aşağıdakılar nəzərdə tutulur: Quranın bir hissəsini qəbul edənlər və digər hissəsini rədd edənlər, müsəlmanları Məkkəyə qoymayanlar və andla bağlı olan səmudilər.

32 İbn Hişama görə, burada islamın təbliğ edilməsi haqqında əmrdən bəhs olunur.

33 6-cı surənin 125-ci və 94-cü surənin I ayəsi ilə müqayisə et.

34 və ubud Rəbbəkə hətta yatiyəkəl-yəqinu. Burada əl-yəqinu inamın yox (inam peyğəmbərdə həmişə var), “ölümün” yəqin olmasıdır. Daha doğrusu, bu, məhşərdir, qiyamət günüdür. 74-cü surənin 47-ci və 12-ci surənin 107-ci ayəsi ilə müqayisə et.

16. ən-Nəhl surəsi

1 Surənin adı onun 68-ci ayəsindən alınmışdır. “Rəbbin bal arısına belə vəhy etdi”. 41-42 və 110-124-cü ayələr Mədinə ayələridir.

2 Təzə (balıq) əti haqqında daha bir dəfə 35-ci surənin 12-ci ayəsində deyilir.

3 Babil qülləsi nəzərdə tutulur.

4 33-cü ayə bilavasitə inanmayanlar haqqında bəhs edən 29-cu ayə ilə bağlıdır, çünki 30-32-ci ayələrdə inananlar barədə söhbət gedir.

5 2-ci surənin 25-ci ayəsi ilə müqayisə et.

6 41-ci və sonrakı ayələr Həbəşistana keçməyə aid ola bilər.

7 Bu, səcdə ayəsidir.

8 Lə təttəxizu ilaheyni isnəyni. İki ilahiliyin xatırlanması, bəlkə də, parsların dininə (zər-düştliyə) işarədir.

9 Burada südün bədəvilərin həyatında olan əhəmiyyətindən danışılır.

10 Bu ayə içki haram edilməzdən əvvəl Məkkədə nazil olub.

11 Haqq dini göndərən, insanlara hər cür nemət və rəhmət ehsan edən Allaha heç bir fayda və zərərə gücləri çatmayan bütlər şərik qoşula bilərmi?!

12 Bəziləri 94-97-ci ayələri güclü əsas olmadan Mədinə ayələrindən hesab edirdilər.

13 Bəzi ayələrin hökmünün yalnız Mədinədə yox, hələ Məkkədə ikən ləğv olunduğu haqqındakı qeydlərdir. Bax 51-ci ayəyə.

14 Bunu, əsassız olaraq, islamı yalnız Mədinədə qəbul etmiş Səlmana aid edirdilər. Başqa təfsirlərə görə, burada adları dəqiq bəlli olmayan qullar (Yəsar, Cəbr, Yəiş) nəzərdə tutulur. Təbərinin təfsirində yeddi ad verilir.

15 Bəzi təfsirlərə görə, burada Muhəmməd peyğəmbərlə Mədinəyə hicrət etməkdən qorxanlar, başqa təfsirlərə görə isə, çoxlu işgəncə görmüş kasıblar nəzərdə tutulur.

16 110-124-cü ayələr, ola bilsin ki, bütövlüklə Mədinə ayələrindəndir. Sözsüz ki, burada Məkkədən hicrət edib kafirlərlə mübarizə edənlər haqqında söhbət gedir.

17 114-117-ci ayələr Məkkə ayələri hesab edilə bilər, lakin bu, xüsusi tədqiqat tələb edir.

18 Bax 6-cı surənin 146-cı ayəsi. Mədinə ayələrindəndir.

19 119-cu ayə də Mədinə ayəsidir. Bu ayə 118-ci ayə ilə bağlıdır və 110-cu ayəyə bənzəyir.

20 2-ci surənin 124-cü ayəsində də imamdır.

21 123-cü ayə mətndə islam dini “İbrahim milləti” adlanan bütün başqa ayələr kimi, Mədinə ayələrindəndir.

22 125-ci ayə Mədinə ayələrindəndir. Burada yəhudilərin şənbəsindən bəhs olunur.

17. əl-İsra surəsi

1 Surənin iki adı var: bənu-İsrail əl-İsra. İsra - “gecə vaxtı getmək və yola çıxmaq” felinin məsdəridir. Birinci ayədə Muhəmməd peyğəmbərin Məkkədən (Məscidülhəramdan) Qüdsə (Məscidüləqsaya) gecə səyahəti nəzərdə tutulur.

2 Birinci ayənin səc baxımından sonrakılarla bağlılığı yoxdur.

3 Yəhudilər tərəfindən əvvəlcə Zəkəriyyanın, sonra Yəhyanın öldürülməsi və ya İsaya sui-qəsd edilməsi, bunun müqabilində də Allahın əmri ilə Qüdsün iki dəfə babillilər və romalılar tərəfindən dağıdılması nəzərdə tutulur.

4 Ərəblərin təsəvvürünə görə, quş tale əlamətidir və o, həmail kimi boyuna bağlanır.

5 22-39-cu ayələrin bəziləri Mədinə ayələrindən hesab olunur. Surənin bu hissəsini bəziləri islamın “on iki ehkamı” hesab edir (bax H.Qrimme. Muhəmməd, 11 cild, Munster, 1895, səh. 115-117, alman dilində).

6 “Əbu Talibin yetimi necə peyğəmbər ola bilər?”- deyən qüreyş kafirlərini rədd edir.

7 Bu ayə Səqif qəbiləsinin Muhəmməd peyğəmbərdən dini hökmləri öz mənfəətlərinə uyğun olaraq dəyişdirməsini istəmələri ilə əlaqədar nazil olub.

8 Bu ayədə guya Yəsrib yəhudiləri nəzərdə tutulur, amma söhbət qüreyşilərdən gedir.

9 85-ci ayə Muhəmməd peyğəmbərə yəhudilər tərəfindən və ya onların təhrikilə verilən üç suala cavabdır. O biri iki cavab 18-ci surədə verilib.

10 Bəziləri 93-cü ayənin birinci ayə ilə bağlılığını qeyd edirlər.

11 Bu, səcdə ayəsidir.

18. əl-Kəhf surəsi

1 Surənin adı “Efesin yeddi yuxulayanları” adlı məşhur hekayətlə bağlıdır. Bu hekayətin məzmunu belədir: bir bütpərəst şəhərində bir neçə gənc oğlan bir Allaha etiqad edir. Bunlar girişi şimala baxan bir mağarada gizlənirlər. Allah onları, itləri ilə birlikdə, orada yuxuya verir. 309 ildən sonra yatanlar oyanır və aralarından birini, çörək alsın deyə, şəhərə göndərirlər. Quranda bundan başqa təfsilat yoxdur. Yalnız bunların sayının 3, ya 5, ya 7 olduğuna işarə vardır. Tarixçilər və müfəssirlər hadisəyə dair daha çox məlumat verirlər. A.E. Krımskinin “Semc spəhix otrokov gfesskix” məqaləsində bu hadisə təfsilatı ilə verilir (M., 1914).

2 1-8-ci ayələri bəziləri Mədinə ayələrindən hesab edirlər.

3 Rəqim - yuxuya gedənlərin yatdıqları mağaranın, yaxud yaşadıqları şəhərin və ya itlərinin adıdır. Bir rəvayətdə də yuxuda olanların adlarının yazılmış olduğu lövhənin adıdır.

4 12-ci surənin 3-cü ayəsinə bax.

5 Roma imperatoru Sezar (Qeysər) Qay Avreliy Valeriy Diokletian Avqust 284-305- ci illərdə hökmranlıq edib.

6 Hadisə haqqında “sabah” danışacağına söz verən Peyğəmbərin özünə olunan vəhydir.

7 Bəziləri 28-ci ayəni Mədinə ayələrindən hesab edirlər.

8 Guya Ümeyyə ibn Xələf nəzərdə tutulur.

19. Məryəm surəsi

1 Məryəm İsa peyğəmbərin anasıdır. Atasının adı əsla zikr olunmur, çünki ənənəyə görə, İsanın yer üzündə atası yox idi. Məryəmin adı Quranın bir çox yerində çəkilir. Məryəm, Asya, Xədicə və Fatimə ilə birlikdə mövcud olmuş, həmçinin mövcud olacaq qadınların ən yaxşısı olan dörd qadından biri və cənnət qadınlarından birincisi sayılır. Bu, Quranın qədim surəsidir. Burada Əhdi-cədiddə adı çəkilən şəxslərin - Zəkəriyya, Yəhya, Məryəm və İsanın adları çəkilir. Belə rəvayət var ki, surənin birinci hissəsi həbəş Nequsuna oxunub.

2 Bundan sonra İsanın əhvalatı söylənilir. Müqayisə üçün 3-cü surənin 44-cü və sonrakı ayələrinə bax.

3 Bəzi müfəssirlərə görə, Məryəm Harunun bacısı, yaxud qardaşı nəslindən, bəzilərinə görə isə, Harunun öz nəslindəndir. Ona görə də ayədə Məryəmə “Ey Harunun bacısı” deyə müraciət edilməklə onun Harun nəslindən olması nəzərdə tutulur (V.M.).

4 Bəziləri 58-ci ayəni Mədinə ayələrindən hesab edirlər.

5 Səcdə ayəsidir.

6 Bəziləri 73-cü ayəni Mədinə ayələrindən hesab edirlər.

7 Səhabələrdən Həbbabın, kafirlərdən As ibn Vaildən alacağı var idi. Həbbab alacağını istəmək üçün onun yanına getdiyi zaman, As: “Peyğəmbərə küfr etməyənə qədər sənə pulu qaytarmayacağam!”- dedi. Həbbab da dedi: “Mən ona heç vaxt küfr etmərəm!” As: “O halda, dirildiyim zaman qiyamətdə yanıma gələrsən, orada mənim malım və övladım olacaq, onda borcu sənə qaytararam!”- dedi. 77-ci ayə bu hadisə ilə əlaqədar nazil olub.

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]