Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Quran-Sherhler.doc
Скачиваний:
8
Добавлен:
22.08.2019
Размер:
617.98 Кб
Скачать

20. Taha surəsi

1 Qəbul edildiyinə görə, 135 (və ya 132, 134, 140) ayədir. Surə Ta-ha hərfləri ilə başlandığı üçün bu adı almışdır. Bu surəyə Surət əl-Kəlim (“Danışan”) da deyilir. Ta-hanın mənasını başa düşmək üçün izahlar verilmişdir. Bəzi ayələrin Ömərin islamı qəbul etməsi ilə əlaqədar göndərildiyi nəzərə alınaraq Ta-ha surəsinin hicri 6-cı ildə (616) nazil olması fikri irəli sürülür.

2 Yəni “inkar edənlərin küfrü üzündən bədbəxt olmaq”, 6-cı surənin 50-ci və 9-cu surənin 55-ci ayələri ilə müqayisə et.

3 9-101-ci ayələrdə Musanın hekayəti verilir. Bu barədə 7-ci surənin 103-cü və sonrakı ayələrinə, həmçinin 26-cı surənin 10-cu ayəsinə bax.

4 Demək olar ki, Kitabi-müqəddəsin Xüruc bölməsinin 3-cü fəslinin 5-ci ayəsi ilə eynidir.

5 Musa uşaqlığında dilini yandırmışdı.

6 26-cı surənin 45-ci və sonrakı ayələri ilə müqayisə et.

7 Samiri; Şeytan Şəmail.

8 7-ci surənin 148-ci ayəsi ilə müqayisə et.

9 İsrail oğullarından Samirə adlı bir qəbiləyə mənsub olan münafiq.

10 Bu surənin 124-cü ayəsinə də bax.

11 Muhəmməd Əli (Quran, Lahor, 1920, səh. 637, qeyd 1603) Allahın min il bir günə bərabərdir xəbərinə istinad edir (bax 22-ci surənin 47-ci ayəsinə). 23-cü surənin 113-cü ayəsinə də bax.

12 18-ci surənin 47-ci, həmçinin 27-ci surənin 88-ci və 81-ci surənin 3-cü ayələri ilə müqayisə et.

13 75-ci surənin 18-19-cu ayələri ilə müqayisə et.

14 7-ci surənin 20-ci ayəsi ilə müqayisə et: iki ağac arasında fərq yoxdur.

21. əl-Ənbiya surəsi

1 Surənin adı mətninə görə verilib.

2 Bəziləri 7-ci ayəni Mədinə ayələrindən hesab edirlər.

3 3-cü surənin 185-ci ayəsi ilə müqayisə et.

4 13-cü surənin 41-ci ayəsi ilə müqayisə et.

5 51-71-ci ayələrdə İbrahimin qissəsi verilir.

6 İbrahimin qissəsi təfərrüatla Təlmudda da verilmişdir.

7 Rəvayətə görə, bir adamın qoyunları gecə vaxtı bir əkinçinin tarlasına girmiş və əkinini zay etmişdi. Əkinçi zərərin ödənilməsi tələbiylə Həzrət Davudun hüzuruna gedib şikayət etmişdi. Zərərin qiyməti qoyunların qiymətinə bərabər olduğundan Davud qoyunların əkinçiyə verilməsini əmr etmişdi. On bir yaşında oğlu Süleyman isə əkin tarlasını əvvəlki halına gəlincəyə qədər qoyun sahibinə verməyi və bu müddət içərisində qoyunların südü ilə yunundan istifadə etməklə, qoyunları da əkinçiyə verməyi uyğun hesab etmişdi.

8 Bax Zəbur. 104-cü fəsil, 6-8 və 12-ci bablar.

9 Zulkifl bir peyğəmbərin mürəkkəb adıdır. Söz kimi sahib və malik mənalarını verən zu ilə pay, nəsib, bənzər, oxşar, kəfalət kimi mənalar ifadə edən kifldən təşəkkül tapmışdır. Zulkiflin şəxsiyyəti ilə həyatı haqqında çox az şey bilindiyi kimi, bunlar arasında da böyük fərqlər vardır. Onu Əyyub, əl-Yəsə və Zəkəriyya ilə tutuşdururlar, amma ola bilsin ki, Zulkifl İezekiyeldir.

10 23-cü surənin 53-cü ayəsi ilə müqayisə et.

22. əl-Həcc surəsi

1 1-24-cü ayələr surənin (əlavələrlə) Məkkə hissəsidir.

2 Məna zahirən o qədər də aydın deyildir.

3 17-ci ayə surəyə sonradan Mədinədə daxil edilmişdir.

4 Səcdə ayəsidir.

5 25-37-ci ayələr hicrətin 6-7-ci illərində həcc vaxtı olan hadisələrə aiddir. Məkkənin fəthindən qabaq nazil olub (bax 25 və 30-cu ayələrə).

6 Söhbət həcc vaxtı ticarət haqqındadır.

7 fi əyyəmin məlumatin, yəni zülhiccə ayının birinci on günü.

8 67-ci ayəyə bax.

9 Ənənəyə görə, 38-41-ci ayələrdə açıq müharibəyə keçmək haqqında birinci əmr verilir. Bu, bəlkə, Bədr döyüşündən əvvəl nazil olub.

10 42-57-ci ayələr Məkkə dövrünə aiddir.

11 Bax Əhdi-cədid, Pyotr həvarinin ikinci risaləsi, III, 8: “Bu təkcə sizdən, sevgililərim, gizli olmamalıdır: Allah dərgahında olan bir gün (sizin üçün) min il kimidir və min il (sizin üçün) bir gündür”.

12 58-60-cı ayələr Bədrdən sonra oxunub; burada döyüşdə ölənlər zikr olunur.

13 61-66-cı ayələr Məkkə ayələrindəndir.

14 67-ci ayə 34-cü ayəyə bənzərdir. Bu da Məkkə ayələrindəndir.

15 68-76-cı ayələr Məkkə ayələrindəndir.

16 77-ci və sonrakı ayələr Mədinə ayələrindəndir.

17 Bax 2-ci surənin 143-cü ayəsinə. Şiələrə görə, burada söz imamlardan gedir.

23. əl-Muminun surəsi

1 Bəziləri bu surəni son Məkkə surəsi hesab edirlər.

2 6-7-ci ayələr surəyə sonradan əlavə edilmişdir.

3 11-ci surənin 42-43-cü ayələrinə bax. Burada Nuhun qalan oğlu nəzərdə tutulur.

4 Nəmutu və nəhya ifadəsini şiələr məntiqə uyğun olaraq tərsinə nəhya nəmutu oxuyurlar.

5 Muhəmməd Əlinin (Quran, səh. 686, 50-ci a-yə, qeyd 1723) fikrincə, bu yer Kəşmir dərəsidir. Amma burada Qüds, Diməşq, Rəmlə, Fələstin və Misir nəzərdə tutulur. Bəziləri bu sözləri İsanın anadan olması ilə bağlayırlar. (Bax 19-cu surənin 23-cü ayəsinə

6 Anlaşılmaz cümlə quruluşudur).

7 Bəziləri 76-77-ci ayələri Mədinə dövrünə aid edirlər.

8 Ola bilsin ki, 79-cu ayə Məkkədə aclıq olan vaxta aiddir. 75-76-cı ayələrlə müqayisə et.

24. ən-Nur surəsi

1 Din fəlsəfəsində Allahın işıq (nur) halında olması, aləmdə və insanda nur olaraq təzahür etməsi əqidəsi, irfaniyyədə (qnostisizm) və yunan fəlsəfəsində olduğu kimi, çox qədimdir. Şərq dinlərində son dərəcə yayılmışdır. Bunun islamiyyətdən əvvəlki tarixi haqqında təfərrüata varmağımız mümkün deyildir. Burada yalnız Əhdi- ətiq ilə Əhdi-cədiddəki bəzi oxşarlıqlar diqqəti cəlb edir; məsələn, bax Təkvin, 1, 3; Zəkəriyya, IV; Yühənna, 1, 4-9; III, 19: V, 35: VIII, 35 və s. Quranda nur ilə bağlı ayələr vardır. Xüsusən 24-cü surənin 35-ci əsl Nur ayəsi; bax bir də 33-cü surənin 45-ci ayəsinə (burada Peyğəmbər bir çıraq kimi göstərilir); 61-ci surənin 8-ci və sonrakı ayələri (Allahın nuru); 64-cü surənin 8-ci ayəsi (yer üzünə göndərilmiş işıq - vəhy, Quran). Nur ilə bağlı ayənin mənası belədir: “Allah göylərin və yerin nurudur. Onun nuru içində bir çıraq olan bir ocaq içinə bənzər; çıraq bir cam içindədir və cam parlaq bir ulduza bənzər. Çıraq mübarək bir ağacdan, nə şərqə və nə də qərbə aid olan bir zeytun ağacından yandırılmışdır; heç bir atəş onun yağına toxunmadığı halda yağı qüvvətli bir işıq saçar; nur üzərində nur. Allah dilədiyini öz nuruna qovuşdurur. Allah insanlar üçün misallar gətirir və Allah hər şeyi biləndir.

2 1-3-cü ayələr zina və zina edənlərlə nikah haqqındadır.

3 4-10 (və 21-26-cı) ayələr vəfasızlıq və yalançı xəbərçilik haqqındadır.

4 6-9-cu ayələrdə arvadlarını təqsirləndirən ərlərdən danışılır.

5 10-20-ci ayələr Aişənin macərasıdır.

6 Abdullah ibn Übeyy xəzrəcilərin rəisi olub, İbn Səlul kimi də tanınır. Muhəmməd peyğəmbərin Mədinəyə hicrətindən əvvəl, Abdullah övsilər və xəzrəcilərin rəisi idi. Peyğəmbər 624-cü ildə Abdullahın müttəfiqləri olan Bəni-Kaynuka və bir il sonra yenə xəzrəcilərin müttəfiqləri olan Bəni-Nəzirə qarşı hücuma keçdiyi vaxt Abdullah bunlara kömək üçün heç bir ciddi tədbir görmədi. Yalnız uzun müddət mühasirə edildikdən sonra müttəfiqləri peyğəmbərə təslim olmağa məcbur qaldıqda Abdullah işə qarışdı və Peyğəmbərdən, heç olmasa, məğlub olanların öldürülməməsini xahiş etdi.

7 23-26-cı ayələr vəfasızlıq və yalançı xəbərçilik haqqındadır.

8 İ.Kraçkovskinin rusca tərcüməsində: “Merzkie (jenşinı) -merzkim (mujçinam), merzkie (mujçinı)- merzkim (jenşinam), i xoroşie (jenşinı)- xoroşim (mujçinam), a xoroşie (mujçinı) - xoroşim (jenşinam)”.

9 Aişə Əbu Bəkrin qızıdır. Hicrətdən 8 və ya 9 il əvvəl Məkkədə doğulmuşdur (613/614), Muhəmməd peyğəmbərin sevimli zövcəsi, anası Ümeyrin qızı Ümm Rumandır. Xədicənin ölümü peyğəmbəri çox kədərləndirdi. Osman ibn Məzunun arvadı Hakimi qızı Həvla ona o vaxt hələ uşaq olan Aişəni və ya olduqca yaşlı bir dul olan Zəmanın qızı Sevdanı almağı tövsiyə etdi. Peyğəmbər Aişəni istədi və 7 yaşlı qızı aldı. Verdiyi mehr 50 və ya 400 dirhəm idi. Bir dəfə səfərdən qayıdan Peyğəmbərin karvanı Mədinəyə yaxın bir yerdə dayandığı zaman Aişə dəstəmaz almaq üçün karvandan uzaqlaşdı. Qayıdanda gördü ki, muncuğu boynundan düşüb və o, onu axtarmağa qayıtdı. Bu vaxt Peyğəmbər Aişənin yerində (kəcavə içində) olduğunu zənn edərək karvanının yola düşməsini əmr edir. Aişə qayıtdıqda heç kəsi tapmır və yerə oturub onu axtarmağa gəlmələrini gözləyir. Bu vaxt Səfvan ibn əl-Müəttəl adlı bir gənc gələrək Aişəni tanıyır və heç bir söz demədən onu öz dəvəsinə mindirib karvana çatdırır. Aişənin bir gənclə yalqız gəlməsi böyük dedi-qoduya səbəb oldu. Onu ən çox müqəssir görən Abdullah ibn Übeyy idi. Əli Peyğəmbərə Aişəni boşamağı tövsiyə etdi (Aişənin Əliyə olan kini bundandır). Lakin Peyğəmbərə nazil olan 11-ci ayə Aişəni doğruya çıxartdı. Peyğəmbər bundan sonra səfərlərə özü ilə Aişəni yox, başqa zövcəsi olan Ümm Sələməni aparırdı.

10 35-44-cü ayələr Allahın nuru haqqında olan əlavədir və Mədinə surələrinin ən yaxşı hissəsidir. Başlanğıcı İstanbulun Aya Sofiya məscidinin günbəzində olan yazının daxilindədir. Bu ayələrin sufilər arasında çox böyük hörməti var.

11 Yəni bu, yer yox, göy ağacıdır.

12 Kafirlərin əməlləri də heç bir işə yaramayan və heç bir fayda verməyən bu zülmətlər kimidir. Kafir ürəyindəki ağır zülmət səbəbiylə haqqı görməz və hidayətə qovuşmaz.

13 46-57-ci ayələr münafiqlərin (49-cu ayə) və etibarsız ünsürlərin (53-cü ayə) əleyhinədir. Ola bilsin ki, bunlar Ühüd və Xəndək (627-ci il) döyüşləri arasında nazil olub.

14 5-ci surənin 7-ci ayəsi ilə müqayisə et.

25. əl-Furqan surəsi

1 Fürqan - fərqləndirmə; dəlil; vəhy; xilas olma, nicat tapma. Bu söz ərəb və arami dillərində işlənir. Quranın müxtəlif yerlərində işlənən bu söz hər yerdə eyni məna vermir. Söz ərəbcədə fərqləndirmə, dəlil mənasındadır. Təfsirçilər bunu kəlam elmi baxımından, incə bir məna xüsusiyyəti ilə “haqqı batildən ayıran”, “haqq ilə nahaqqı ayırd edən” kimi izah edirlər. Bu söz Quranda bəzən Muhəmməd peyğəmbərdən əvvəl “nazil olmuş kitablar”, “qəti dəlillər” mənasında da işlənir. Lakin bu surənin birinci ayəsində fürqan dedikdə Quranın özü nəzərdə tutulur. Təfsirçilərin fikrincə, fürqan sözü əksər hallarda Quranın sinonimi kimi işlədilir.

2 Şiələr 4-cü ayənin 29-cu surənin 48-ci ayəsinin tərkib hissəsi olduğunu hesab edirlər.

3 23-26-cı ayələrdə bəzi təfsirçilər Bədr döyüşünün qabaqcadan xəbər verilməsini görürlər.

4 Bəzi təfsirçilər burada müəyyən bir adamı - Uqbə ibn Əbu Muəyti görürlər.

5 Əshab ər-Rəss haqqında 50-ci surənin 12-ci ayəsində bəhs olunur. Ər-Rəss: a) səmudilərin olduğu bir məkandır; b) Yəmamədə və Hədrəmautda yaşayan səmudilərin qalıqlarının şəhəridir; c) içinə peyğəmbər Hənzələ atılan quyunun adıdır. Mədyəndə olan quyunun adıdır; içində Həbib ən-Nəccar (bax 36-cı surəyə) şəhid olan Antakiyanın ətrafındakı bir quyunun adıdır.

6 Bəziləri 41-42-ci ayələri Taiflə bağlayırlar.

7 60-cı ayə 55-ci ayə ilə bağlıdır.

8 Səcdə ayəsidir.

9 68-70-ci ayələr guya Mədinədə nazil olub (Həmzəni Ühüd döyüşündə öldürən Vəhşə işarədir. Vəhş sonra müsəlman oldu).

10 Şiələr: və əcəlnə lilmuttəqinə imamən yerinə və əcəl ləna min əlmüttəqqinə imamən (“bizə müttəqilərdən imam et”) oxuyurlar.

26. əş-Şuəra surəsi

1 Bu surədə Musanın Fironla mübarizəsindən bəhs olunur. Musadan başqa İbrahim, Nuh, Hud, Saleh, Lut və Şüeyb peyğəmbərlərin adları da çəkilir. Surə Məkkə dövrünün ortalarında nazil olub.

2 Bi-qəlbin səlimin ifadəsinə 37-ci surənin 84-cü ayəsində rast gəlinir.

3 14-cü surənin 21-ci ayəsi ilə müqayisə et.

4 54-cü surənin 28-ci ayəsi ilə müqayisə et.

5 Yaqut Həməvi yazır (1, 390): “Əl-Əykə deyilən yer Təbukdur ki, son qəza vaxtı Peyğəmbər ora hücum etmişdir. Əl-Əykə xalqı mədyənilərdir”.

6 81-ci surənin 19-cu və 16-cı surənin 102-ci ayələri ilə müqayisə et.

7 Bəzilərinin fikrincə, bu, Mədinə ayələrindəndir, çünki burada yəhudilərdən bəhs olunur.

8 16-cı surənin 36-cı ayəsi ilə müqayisə et.

9 37-ci surənin 7-8-ci və 15-ci surənin 18-ci ayəsi ilə müqayisə et.

10 214 və yaxud 214-cü və sonrakı və 214-223-cü ayələr surənin ən qədim hissəsi hesab olunur.

11 17-ci surənin 24-cü ayəsi ilə müqayisə et.

12 Yəqin ki, bu ümumiyyətlə, şairlərə aiddir, təkcə qüreyşi sözbaz məkkəlilərə yox. Mədinədə şair haqqında heç vaxt söhbət olmamışdır.

13 H.Qrimmenin fikrincə (Muhəmməd, səh. 9; Quran, səh.101, qeyd 2) 227-ci ayə Mədinə dövrünün əlavəsidir. Bu vaxt mömin şairlər islam dinini hər yerdə mədh edirdilər.

27. ən-Nəml surəsi

1 Ən-Nəml surəsi ikinci dövr surələri sırasına daxildir. Surənin adı 18-ci ayədən alınmışdır.

2 İsrail padşahı Davud e.ə. 1004-965-ci illərdə, onun oğlu Süleyman isə e.ə.965- 928-ci illərdə hakimlik edirdi.

3 Muhəmməd Əli (Quran, Lahor ,1920, səh.747, XVIII surə, qeyd 1849) qarışqanı (nəml) qəbilə adı kimi qələmə verir.

4 Hüt-hüt Muhəmməd Əliyə görə insan adıdır (surə XX, qeyd 1849).

5 Cənubi Ərəbistanın dini haqqında Quranda yeganə məlumatdır. Bax Kitabimüqəddəs, Çarlıqlar, birinci kitab, X fəsil.

6 Səcdə ayəsidir.

7 Əl-Hic Yaqut Həməviyə görə (III, səh. 220-221) Səmud qövmünün yaşadığı məkan idi. Mədinə ilə Şam arasında yerləşən Vadi əl-Qurada idi.

8 Bəzən bunları “Muhəmməd peyğəmbərin doqquz düşməni” kimi hesab edirlər.

9 Müfəssirlərin bəzisinə görə, bu hərəkət qiyamətdə olacaqsa da, əslində yer kürəsinin fırlanmasına işarədir.

28. əl-Qəsəs surəsi

1 Hicrət ərəfəsində nazil olan surədir.

2 Bu surədə Musanın sərgüzəşti çox müfəssəl verilmişdir. Nağıl edən həmişə Allahdır. Bax 5-7, 12, 13 və sonrakı; 36, 40 və sonrakı ayələr.

3 Amadafın oğlu Əhəməni şahı Artakserksin müşaviri idi (bax Esfir, III fəsil). Amma Artakserkslər üç idi: I (şahlıq dövrü e.ə. 464-423), II (e.ə.404-359) və III (e.ə.359-338).

4 Fironun arvadının xatırlanması bir yəhudi ənənəsinə əsaslanır (bax D.Kunstlinger. Quranda “fironun xanımı”, “Şərqşünaslıq illiyi məcmuəsi”, Krakov, IX, 1934, s. 132-135, alman dilində).

5 Söhbət yəhudi olmayan qadınlardan gedir.

6 Yəni cəzalandıran misirlinin hərəkəti.

7 Bax Kitabi-müqəddəs, Xüruc, II və sonrakı fəsillər.

8 Musanın arvadının adı Səfurə (Senfora), oğlunun adı isə Hirsəm idi.

9 Bax 27-ci surənin 10-cu ayəsinə.

10 Burada 12-ci surənin 102-ci və sonrakı ayələrindəki kimi eyni fikir daha mükəmməl verilir: “Muhəmməd bütün bunları özü yox, yalnız Allahın dediyindən bilir”.

11 Bəziləri bunu əsassız olaraq Muhəmməd peyğəmbərin yanına Mədinəyə gəlmiş xaçpərəstlərə aid edirlər. Abdullah ibn Salam mədinəli bir yəhudi olub, əsl adı ƏlHüseyndir və Bəni-Kaynuka qəbiləsindən idi. İslamı qəbul etdiyi vaxt Peyğəmbər ona Abdullah adını verdi. Bütün hədisçilər və orta əsr ərəb tarixçiləri Tövrat haqqında məlumatları Abdullah ibn Salamdan götürmüşlər. O, hicri 43-cü (663-694) ildə vəfat etmişdir.

12 74-cü ayə 62-ci ayənin təkrarıdır.

13 76-82-ci ayələr surəyə əlavədir. 75-ci ayə bilavasitə 83-cü ayə ilə bağlıdır. Burada Qarunun əhvalatı daha müfəssəl izah olunur. Başqa yerlərdə yalnız adı çəkilir (29-cu surənin 39-cu ayəsində və 40-cı surənin 24-cü ayəsində).

14 Bəziləri hicrəti Məkkə ilə Mədinənin arasında yerləşən kiçik bir yerə - Cuhfaya aid edirlər.

29. əl-Ənkəbut surəsi

1 Rəvayətə görə, bir hörümçək Muhəmməd peyğəmbəri böyük təhlükədən qurtarmışdır. Peyğəmbər hicrət vaxtı Əbu Bəkrlə bərabər bir mağarada gizlənmişdi. Onları təqib edən qüreyşilər mağaranın girəcəyində hörümçək toru gördülər. Bir kəsin bu toru dağıtmadan mağaraya girə bilməyəcəyini güman etdiklərinə görə, təqibçilər oraya daxil olmadılar.

2 1-11-ci ayələri əsaslı olaraq Mədinə surələrindən hesab edirlər. T.Nöldeke (Quranın tarixi, I, Leypsiq, 1909, səh. 154-155, alman dilində) hesab edir ki, bu ayələr Ühüd döyüşündən sonra nazil olub.

3 Zəif müsəlmanlara işarədir (9-cu ayə ilə müqayisə et).

4 Burada, guya Səd ibn Əbi Vəqqasın anası nəzərdə tutulur. Onun göz yaşları oğlunu islamı rədd etməkdən saxlayır (müqayisə üçün bax 31-ci surənin 14-cü; 46- cı surənin 15-ci ayələrinə). Səd ibn Əbi Vəqqas (600 678) - ilk islam sərkərdələrindən olub islam dinini ilk qəbul edənlərin yeddincisi idi.

5 14-40-cı ayələrdə İbrahimin qissəsiylə bağlı olan altı cəza əhvalatı haqqında söhbət gedir.

6 Burda Nuh qövmünə verilmiş cəzanın adı (tufan) Misir cəzalarının birincisinin də adıdır. (Bax 7-ci surənin 133-cu ayəsinə). Qədim ərəblərdə tufan, ümumiyyətlə, su daşqını mənasını verir.

7 Fəma kanə cavabə qövmihi ibarəsi Lutun əhvalatı üçün səciyyəvidir. Bax 27-ci surənin 56-cı; 7-ci surənin 82-ci ayələrinə.

8 Lut qövmü daş yağışına tutuldu, Şüeyb və Salehin qövmləri qorxunc gurultu ilə məhv edildi, Qarun və yanında olanlar yerə batırıldı, Firon və qövmü isə suda boğuldu.

9 46-cı ayə Mədinə ayələrindəndir.

10 3-cü surənin 185-ci ayəsi ilə müqayisə et.

11 Bir əfsanə ilə əlaqədar bəziləri 60-cı ayəni Mədinə ayələrindən, hətta bütün surəni də Mədinə surələrindən hesab edirlər. Amma bu mümkün deyil, çünki 67-ci ayədə Məkkə nəzərdə tutulur.

12 69-cu ayə Mədinə ayəsidir.

30. ər-Rum surəsi

1 Surədə iranlıların 614-cü ildə Qüds şəhərini mühasirəyə alıb ələ keçirmələrindən bəhs olunur.

2 Bəziləri bu ayəni Mədinə ayələrindən hesab edir: söhbət ibadət ayinindən gedir; 17-18-ci ayələrdə bəziləri gündə beş dəfə qılınan namazın yada salınmasını görürlər.

31. Loğman surəsi

1 Loğman (Luqman, Loqman), islamiyyətdən qabaqkı ərəblərdə əfsanəvi bir şəxs olub, Quranda zikr olunduğu kimi, sonrakı dövrlərin əfsanə və şerində də özünə yer tapır. Loğman əfsanəsi öz inkişafında üç əsas mərhələyə bölünür: a) Qurandan qabaqkı mərhələ -Loğman əl-Müəmmər, Cahiliyyətin uzun ömürlü qəhrəmanı; b) Quran mərhələsi-Loğman zərbi məsəl halına gəlmiş həkim-şair; c) Qurandan sonrakı mərhələ - Loğman hikmətli lətifələr, hekayələr qəhrəmanı.

2 Bəziləri zəkata istinad edərək bu ayəni Mədinə ayələrindən hesab edirlər.

3 Təfsirçilərə görə, burda Rüstəm və İsfəndiyar haqqında hekayələr yazan (deyən) Nəzr ibn Haris nəzərdə tutulur.

4 14-15-ci ayələr əlavədir, çünki nitq Allaha keçir. Bəlkə, bir vaxt bu ayələr 19-cu ayədən sonra gəlirdi; bəlkə də 29-cu surənin 8-ci ayəsi kimi Mədinəyə aiddir.

5 Bəlkə, Loğmanın bütün sözləri əlavədir? Çünki 20-ci ayə 11-ci ayəni çox yaxşı davam etdirir.

6 Ola bilsin ki, 27-29-cu ayələr Mədinə yəhudilərinə müraciətdir və Mədinə ayələrindəndir.

7 Həmin fikir 18-ci surənin 109-cu ayəsində daha aydındır.

32. əs-Səcdə surəsi

1 Bu söz məcazən ibadət, qulluq göstərmək mənasındadır. Səcdə iki surənin (32 və 41) adıdır. Bu iki səcdə surəsini bir-birindən ayırmaq üçün birincisinə Loğman səcdəsi”, ikincisinə ha mim səcdəsi” deyilir. Bu iki surədəki fikirlər və təhkiyə üsulu bir-birinə oxşardır: vəhy edilən Kitab təqdim edilir; iman gətirən, zəkat verən və namaz qılan insanlar ovundurulur; kafirlər isə təhdid edilir və onlara təbiətdə Allahın əlamətləri göstərilir. 32-ci surə əl-Məcazi (“yataqlar”) əl-Curuz (“qısır torpaq”) da adlanır.

2 Bu surə əlif, lam, mimlə başlanan surələrin (29-cu surə) sonuncusudur.

3 Bax 22-ci surənin 47-ci ayəsinə.

4 Səcdə ayəsidir.

5 Bəziləri bu ayəni Mədinə ayələrindən hesab edirlər.

6 Bəziləri 18-20-ci ayələri Bədr döyüşü zamanı baş verən bir hadisəyə görə Mədinə ayələrindən hesab edirlər.

33. əl-Əhzab surəsi

1 ”Hizb” sözü (cəmi-əhzab) ərəbcə qism, dəstə, firqə (indiki mənada “partiya”) deməkdir. Bu mənada həbəş dilindən alınma söz olması ehtimal edilir, çünki ərəbcədə həzb kökü “başına müsibət gəlmək”, “qaba, sərt olmaq” mənalarını verir. Quranda, əksər hallarda, ”müttəfiqlərə” dəlalət edir. Bu mənada 33-cu surədə Mədinənin Məkkə, Nəcd və Tihamədəki ərəb qəbilələri ilə ittifaq bağlayan yəhudilər tərəfindən mühasirəsindən bəhs edilir. Daha doğrusu, bu, Mədinədə olan müsəlmanların əleyhinə bütpərəst qüreyşilər, Mədinədən qovulmuş yəhudi Bəni-Nəzir qəbiləsi, bədəvi ərəb Qətəfan qəbiləsi və Mədinədə yaşayan yəhudi Bəni-Qüreyzə qəbiləsinin ittifaqıdır. Bu, islamın əleyhinə olan ilk ittifaq idi. Hicri 5-ci ilin şəvval və zülqədə aylarında 10 minlik müttəfiqlər ordusu Mədinəni mühasirəyə aldı. Surənin 9-27-ci ayələrində haqqında danışılan mühasirə bəzi məlumatlara görə 27 gün davam etdi. Bu, Xəndək müharibəsinə rəhbərlik edən Muhəmməd peyğəmbər və onun əmrlərini yerinə yetirən Səlmani-Farsi idi. Qüreyşilər və müttəfiqləri məğlub olurlar.

2 1-3-cü ayələr surənin müqəddiməsi kimi qəbul oluna bilər.

3 4-cü və sonrakı ayələr ögey oğullardan bəhs etdiyi üçün Peyğəmbərin Zeydin zövcəsi Zeynəblə nikahının qanuniləşdirilməsi məqsədilə nazil olub.

4 Bir kimsənin arvadını öz anasının bədəninin bir üzvünə bənzətməsinə zihar deyilir. Ancaq ananın bənzədilən üzvünün zihar edən üçün baxılması haram olan bir üzv olması əsas şərtdir. Məsələn, bir kimsənin arvadına: “Sən mənə anamın arxası və ya qarnı kimisən”- deməyi zihar olur. İslamdan qabaq bu kimi sözlər boşanmağı vacib etdirirdi. İslamda bunun əvəzi kəffarə verməkdir.

5 6-8-ci ayələr Peyğəmbərin və onun zövcələrinin möminlərə olan münasibəti haqqındadır.

6 9-27-ci ayələr Xəndək döyüşündən sonra nazil olub.

7 8-ci surənin 9-cu ayəsi ilə müqayisə et.

8 Sonradan məhv edilmiş yəhudi Bəni-Qureyzə qəbiləsi nəzərdə tutulur.

9 28-35-ci ayələr Peyğəmbərin öz zövcələri haqqında müxtəlif qərarlardır.

10 36-40-cı ayələr Xəndək döyüşü ərəfəsində nazil olub. Zeynəbə aiddir. 1- 3-cü ayələrə yaxındır.

11 Peyğəmbər xalası qızı Zeynəbi (azad köləsi) oğulluğu olan Zeyd ilə nikahlamaq istəmişdi. Onların heç biri bu işə razılıq verməmişdi. Buna görə, həmin ayə nazil oldu və onlar da evləndilər.

12 Bu ayə ismət (paklıq) təliminin izahında ən çətinidir.

13 Oğulluqların boşadıqları qadınlar, gözləmə müddətləri başa çatdıqdan sonra onların atalıqları tərəfindən nikahlana bilər. İslamdan qabaq qadağan olan bu adət ləğv olunmuş və bunu da Muhəmməd peyğəmbər etmişdir.

14 41-48-ci ayələr 56-58 və 60-73-cü ayələr kimi, Peyğəmbərin iman gətirənlərə münasibətindən bəhs edir.

15 Boşanmanın (talağın) xüsusi formasıdır.

16 50-ci ayədə ilk dəfə Peyğəmbərin kölə qadınlarla müvəqqəti, nikahsız yaşamasından bəhs edilir. Bəni Qureyzə qəbiləsi ilə müharibə gedir.

17 Burada Aişə ilə baş vermiş hadisədən söhbət gedir.

18 Bu ayə Muhəmməd əleyhissəlamın həyatının son illərinə aiddir.

19 53-55-ci ayələrdə Zeynəbin ikinci toyunda axıracan oturan qonaqlardan söz gedir. Bu əhvalat Peyğəmbərin xoşuna gəlməmişdi.

20 Burada əmidən və dayıdan, bibidən və xaladan söhbət getmir, çünki onlar da ata ana mövqeyindədirlər.

21 56-58-ci ayələri 41-48-ci ayələrlə müqayisə et.

22 Geyim haqqında qanundur. Ola bilsin ki, ayə bir qədər sonra, amma hicri 8-ci ildən qabaq, Peyğəmbərin qızı Ümm Külsüm öləndə nazil olub.

23 60-73-cü ayələri 41-48-ci ayələrlə müqayisə et.

34. Səbə surəsi

1 Səba (Saba) - Ərəbistanın cənub-qərbində, Əhdi-ətiqə görə yunan, Roma və ərəb ədəbiyyatında, xüsusən Cənubi Ərəbistan kitabələrində tez-tez xatırlanan bir qövm və dövlətin adı. İlk ərəb mənbələri, başlıca kitabələr və bəzən də yunan mənbələri eramızın ilk əsrlərindən Muhəmməd peyğəmbərin zamanına qədər bizə Səba tarixi haqqında xəbər verir. İslamiyyətin əvvəllərindən etibarən Səba ərəblərin xatirəsindən silinməyə başlamışdır.

2 Bəziləri bu ayəni yəhudilərdən danışıq getdiyi üçün Mədinə ayələrindən hesab edirlər.

3 Ölmüş Süleymanın əsasını yeyən qurd haqqında əfsanədir.

4 Fə-ərsalna əleyhi seyləl-ərim ibarəsinə bircə dəfə burada rast gəlinir. Bu sel Mərib bəndinin iki dəfə dağılmasına səbəb olub (450 və 542-545-ci illərdə). Mərib Səba dövlətinin mərkəzi idi. Ətrafı su basandan sonra Səba xalqı, o cümlədən Mərib şəhərinin əhalisi yurdlarını tərk edərək Ərəbistanın ayrı-ayrı yerlərinə köçdülər.

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]