Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Quran-Sherhler.doc
Скачиваний:
8
Добавлен:
22.08.2019
Размер:
617.98 Кб
Скачать

1. əl-Fatihə surəsi

1 Surənin “Umm əl-Kitab-Kitabın anası”, “əl-Fatihə və əl-Həmd” adları da var.

2 Burada əl-həmdü lillahi niyyət yox, təsdiqdir. Bəzilərinin mülahizələrinə görə, əlhəmdü ifadəsində şükür mənası da var (əş-şukru lillahi).

3 Yəhudilərdə qarşılığı ribbon ha “olimim”dir.

4 Burada söhbət müsəlmanlardan gedir.

5 Söhbət əhli-kitabdan, yəni yəhudilərdən və xaçpərəstlərdən gedir, çünki onların müqəddəs kitabları (Tövrat, İncil) vardır.

6 Söhbət kafirlərdən-məcuslardan, atəşpərəstlərdən, bütpərəstlərdən gedir.

2. əl-Bəqərə surəsi

1 Quranın ikinci surəsinə “İnək” adının verilməsi Kitabi-müqəddəsdə olan bir hekayətin (bax Ədad, VII, 63-68; XIX, 1-10; Təsniyə, XXI, 1-9; qatili məlum olmayan bir kəsə diyət (qanbahası) olaraq bir inək qurban etmək haqqında) son hissəsinin; peyğəmbərlərə hər hansı bir məsələ barəsində israrla sual verməyin yaxşı hərəkət olmadığını anlatmaq məqsədilə bu surədə xatırladılmasından irəli gəlmişdir (bax 67-72-ci ayələr). Surənin bəzi hallarda Fustat əl-Quran Sənəm əl-Quran adları da işlənir ki, bunlar da onun əhatə etdiyi ehkamın çoxluğuna görə verilmişdir. Bu surənin birinci ayəsinin Mədinədə ilk nazil olan ayə olduğu qeydsiz-şərtsiz qəbul edilmişdir. Bəzi rəvayətlərə görə, ən son ayə də yenə həmin surədədir (280). Bu surənin ayələri Muhəmməd peyğəmbərə hicrətdə keçirdiyi 10 il ərzində, müxtəlif vaxtlarda nazil olmuşdur. Bəzi isnadlara görə, surənin başqa ayələrinin də tarixini sübut etmək mümkündür. Məsələn, 190-cı ayəyə görə, lazım gələrsə, Kəbənin hərəmində də döyüşə müraciət etmək olar. Məlumdur ki, Peyğəmbər hicrətin 6-cı ilində Hüdeybiyyə sülhünü bağlamışdı. O vaxt bu ayə (məkkəlilərin öz sözlərində durmaları) müsəlmanların özlərini hərəmi-şərifdə belə müdafiə edə bilmələri üçün deyilmişdir. 182-ci ayədə oruc tutmaq əmr edildiyi üçün, yəqin ki, o hicri 2-ci ilin ramazanından qabaq nazil olmuşdur. Lakin surənin bütün ayələrini tarixilik baxımından tam ardıcıllıqla düzmək hələlik qeyri-mümkündür. 286 ayəni özündə birləşdirən bu surə surələrin ən uzunudur. Burada, ümumiyyətlə, Adəmin yaranması, yəhudilərin Allahın qəzəbinə düçar olmaları və bunun səbəbləri, Kəbənin inşası ilə qiblənin Qüdsdən Məkkəyə çevrilməsi; namaz, oruc və zəkatın vacib edilməsi; qətl, içki, qumar və zinanın haram və günah hesab edilməsi; nikah və bununla əlaqədar digər məsələlər vardır. Görünür, bu surə ayələrinin deyilməsi baxımından uzun bir dövrdə tamamlandığı üçün, bir çox əmr və qadağaları əhatə edir. Bundan savayı, içində 30 mənsux və bir neçə nasix ayə vardır. Yeganə Mədinə surəsidir ki, Zəlikəl-kitab ifadəsilə başlanır. Bu da o deməkdir ki, oxuduğumuz nüsxə Allahın nazil etdiyi Quranın yalnız surətidir. Surənin böyük hissəsi hicrətin 2-ci ilinin ramazan ayının 17 və ya 19-da (14, ya 16 mart 624) Məkkənin yaxınlığında, hələ Bədr və yaxud Bədr Hüneyn qəsəbəsinin yanında baş verən döyüşdən qabaq nazil olub.

2 Surələrin əvvəlində olan bu hərflərə müqəttəə hərfləri deyilir. Bu hərflərin daşıdığı məna dəqiq məlum deyildir. Lakin bu barədə çoxlu iddialar irəli sürülmüşdür.

3 Surənin 2-5-ci ayələri 177 və 178-ci ayələrlə birlikdə müsəlmanlara aid tələblərdən ibarətdir.

4 Mühacirlər-Məkkədən Muhəmmədlə birlikdə hicrət edən səhabələrdir. Ənsarlar Muhəmmədin Mədinə şəhərindəki tərəfdarlarıdır.

5 X surədə (39-cu ayə): “bir surə”, XI surədə (13-cü ayə): “on surə”dir.

6 Mədinə surələrində “Cənnətdə qadınlar” (əzvac mutəhhərə) ifadəsinə bundan başqa iki dəfə (III, 15 və IV, 57) rast gəlinir.

7 28-ci və 29-cu ayələrdə təbiət elmləri ilə məşğul olmaq niyyətləri var.

8 Təfsirçilərin bəzisi Adəm və Həvvanın yalnız ərəblərin əcdadı olduğunu təkid edirlər. Ayədən belə çıxır ki, bundan əvvəl, yaxud bu dövrdə başqa insanlar da var idi. Yoxsa ki, mələklər həmin xəlifənin xüsusiyyətlərini haradan bilərdilər? Macar islamşünası İ.Qoldtsiyerin mülahizəsinə görə, burada darvinizmin əlamətləri var.

9 Şiələrin etiqadına görə, bu, imamların adlarıdır.

10 İblis-Şeytanın adıdır. Bundan başqa “Allahın düşməni”, “Düşmən” adı da var. Quranda, xüsusən Adəmə dair ilk hekayətlərdə (II, 34, VII, II; XV, 31 və başqaları; XVII, 63; XVIII, 48; XX, 115; XXXVIII, 74 və başqaları) Allah tərəfindən Adəmin yaradılmasının əleyhinə çıxan İblis Cənnətdə Həvvanı yanlış yola sövq etmişdi. Allah Adəmi torpaqdan yaradıb həyat ruhu verincə mələklərin ona səcdə qılmalarını əmr etdi. Yeganə etiraz edən İblis oldu, çünki oddan yaradıldığı üçün o özünü torpaqdan yaranmış Adəmdən üstün tuturdu. Buna görə də İblis cəzasının qiyamət gününə qədər təxirə salınmasını tələb etdi. Onun bu istəyi qəbul edildi. Bundan başqa, ona Allahın sadiq qulu olmayan hər kəsi zəlalətə sövq etmək iqtidarı verildi. Qiyamət günündə İblis günahkarlarla birlikdə Cəhənnəmə atılacaq (bax XXVI, 94-cü və başqa ayələr).

11 Surənin 20-39-cu ayələri, ola bilsin ki, Məkkə ayələridir. Əvvəlcə bütpərəstlərin, sonra isə yəhudilərin əleyhinə deyilən ayələrdir. Hələ Muhəmmədin bütpərəstlərlə müharibələri başlanmamış qiblənin yeri dəyişdirilmişdi (623-cü ilin iyul-noyabrı).

12 Surənin 40-71-ci ayələri yəhudilərə aid olan vəddir.

13 Bax Tövrat, Xüruc, XIV, 21-28.

14 Musa. Müqəddəs kitablarda Musa peyğəmbər: Əş-Şərişi “Şərh əl-Məqamət” əsərində (Bulaq, 1284, səh. 89) bu adın qibti dilində (mu-su və sa-ağaclar) mənasını verir. Musa Quranda Muhəmməd peyğəmbərin sələfi və ona örnək olan bir peyğəmbər kimi göstərilir. Peyğəmbərin gələcəyi Musa tərəfindən bildirilir (bax VII surə, 158-ci ayə). Musa haqda müfəssəl məlumat üçün bax əs-Sələbi. Qisəs əl-ənbiya, Qahirə. 1312, səh. 108-156; İbn-əl-Əsir, əl-Kamil, 1, səh. 61-78 və s.

15 Tur dağı. Turi-Sina, Cəbəl ət-Tur-Sina dağı. Qırmızı dənizdən çox da uzaq olmayan bu dağa qalxmaq üçün keçmişdə İsrail oğullarının dayandığı əl-Ami (Əlim?)- dən yola düşürdülər. Yaxın məsafədə yerləşən Vadi Tuvada Allahla Musa arasında söhbət olmuşdur. Dağın şimal tərəfində (dağın adı Cəbəl Musadır) indiki Vadi Şüeybdə müqəddəs Yekaterinanın adına tikilmiş bir monastır vardır. Burada 548-562-ci illərdə Sinadakı keşişləri qorumaq üçün imperator I Yustinian tərəfindən bir qala tikilmişdi.

16 Bax Tövrat, Xüruc, XXIV, 18.

17 ”əl-Furqan” istilahı arami dilindən gəlir və mənası “azad olmaq”, “günahı təmizləmək” deməkdir. Quranda isə ərəb etimologiyası verilir.

18 Yəni: aranızdakı günahkarları. Müqayisə et: Tövrat, Xüruc, XXXII, 24 başqaları.

19 Ət-Tih. Əslində Fəhs ət-Tih Misir ilə Fələstin arasında, Qırmızı dənizin şimalında, Əqəbə və Süveyş körfəzləri arasındakı Sina yarımadasının daxilində bir çöl. Ərəblər buranı “Bəni İsrail çölü” adlandırırlar.

20 Söhbət Qüds şəhərindən gedir.

21 Bax Tövrat, Xüruc, XVII, 2-6.

22 Şiələr belə hesab edirlər ki, bu ayənin bir parçası 5-ci surənin 22-ci ayəsinə köçürülmüşdür.

23 Zəkəriyya, Yəhya və Şüeyb peyğəmbərlərin öldürülməsi haqqında bax 3-cü surə, 181-ci ayə; 4-cü surə, 155-ci ayə və Əhdi-cədid, Matfey, XXIII, 37; Luka, XIII, 34: “Peyğəmbərləri öldürən və sənə göndərilən elçiləri daşqalaq edən, ey Qüds, Qüds!”

24 Beləliklə, yəhudilər o biri xalqlardan üstün deyil. Həmçinin bax 5-ci surənin 69-cu ayəsinə.

25 Sabiilər Aşağı Mesopotamiyada yaşayan mandeylərdəndir. (Xaça sitayiş edən məzhəblər).

26 İnək haqda bax Tövrat, Ədad, XIX, I və sairə.

27 Bax Tövrat, Ərqam, XIX, 1-9: “Allah Musaya buyurdu: “İsrail oğullarına de ki, qoy sənin yanına bir qızılı rəngdə (sapsarı) inək gətirsinlər və heç bir eybi olmasın” və i.a.

28 Surənin 75-82-ci ayələrində yəhudilər haqqında müsəlmanlara müraciətdir.

29 Bu, Tövratı şüurlu təhrifin ittihamıdır.

30 Yeddi və ya qırx gün: bir ay-bir il.

31 Surənin 83-84-cü ayələrində yəhudilər haqqında söhbət gedir. 87-ci ayədə söhbət qismən ikinci şəxsdə, qismən də (88-ci ayə) üçüncü şəxsdə gedir.

32 Mədinə yəhudilərinin arasında olan çəkişmələrdir: qismən əhdi pozur, qismən yerinə yetirirlər.

33 Surənin 94-96-cı və 97-103-cü ayələri bəzi yəhudilərin dediklərinin əleyhinədir.

34 Bax 62-ci surənin 6-cı ayəsinə.

35 Yəhudilərdə Cəbrail şər mələyidir. H.Qrimme (Quran, Padeborn, 1923, səh.157) “Cəbrail”-dən (97-ci ayə) olan hissəni Muhəmməd peyğəmbərin özünün dediyi sözlər hesab edir.

36 H.Qrimme (yenə orada) “mələklərinə” sözünü əlavə etmişdir, çünki bundan sonra mələklərin adları gəlir.

37 Cəbrail (Cəbrail, Cibril)-ibrani dilində “Allahın qulu” mənasında, yaxud ərəb-ibranicədə “az-çox zorlu olmaq” mənasını verən “cəbr” ilə, ilahi adlarından “il”dən mürəkkəb olan bu söz, “müqərrəb” və “mürsəl” mələklərdən birinin adıdır. O, Allah və Onun peyğəmbərləri arasında elçi olması, Allahın əmr və vəhylərini təbliğ etməsi ilə müsəlmanlıqda səlat və salama layiq pak (müqəddəs) bir şəxs sayılır. Hicrətin ilk illərində nazil olmuş bu surənin 97-98-ci ayələrində Cəbrail adı iki dəfə çəkilmişdir. Hicrətin 9-cu ilində nazil olan 66-cı surənin 4-cü ayəsində də bu mələyə üçüncü dəfə Cəbrail adı verilmişdir. Mikail (Mikal). Bu mələyin adı ilk dəfə Quranın 2-ci surəsində çəkilir. Bu ayəni təfsir etmək üçün iki rəvayətə istinad olunur. Birinci rəvayətə görə, Peyğəmbərin qüdrətini inkar etmək istəyən yəhudilər ona bir çox sual verdilər. Peyğəmbər sualların hamısına düzgün cavab verdi. Nəhayət, vəhylərin ona kim tərəfindən çatdırılmasını, elçinin Cəbrail olduğunu eşidəndə, yəhudilər Cəbrailin onlara düşmən olduğunu söylədilər, onların hamısı, bərəkət və azadlıq mələyi olan Mikailin müqabilində, Cəbrailin dağıntı və səfalət mələyi olduğunu iddia etdilər. (Bax Təbəri, Təfsir, I, səh. 324 və başqaları). İkinci rəvayətə görə, Ömər ibn Xəttab bir dəfə Mədinə sinaqoquna (Midraş) daxil oldu və yəhudilərə Cəbrail haqqında suallar verdi. Yəhudilər bu mələk ilə Mikail haqqında yuxarıda deyilənə bənzər məlumat verdilər. Buna görə Ömər soruşdu: “Allaha nisbətən bu iki mələyin vəziyyəti necədir? Yəhudilər ona belə cavab verdilər: “Cəbrail sağında, Mikail solundadır və hər ikisi də bir-birinə düşməndir!” Ömər buna belə cavab verdi: “Əgər bunlar Allahın yanında bu mövqeyi tuturlarsa, onda hər ikisinin arasında düşmənçilik ola bilməz. Lakin siz eşşəklərdən də imansızsınız və bilin, bu iki mələkdən birinə düşmən olan, Allahın düşmənidir”. Bundan sonra Ömər Peyğəmbərin yanına getdi və Peyğəmbər onu bu sözlərlə qarşıladı: “Kim Allaha…düşmən olsa..” (98-ci ayə). Cəbrailin yəhudilərlə düşmənçiliyi yəhudilərin ənənəsinə əsaslanır. Mikailin vəzifəsinə gəldikdə isə çoxlu sübut təsdiq edilir. Məs.: Tövrat, Daniyal, XII, I: “Mikail böyük hökmdar”, “İsrail xalqının hamisi”, Enox, XX, 5: “Bəşəriyyətin gözəl qisminin hamisi” və i.a.

38 102-ci ayə sehrbazlıq nəzəriyyəsi haqqında əsas ayədir. Süleyman ibn Davud. Kitabi- müqəddəsdə adı çəkilən peyğəmbər və hökmdardır. Ərəb tarixçilərinin dediyinə görə, dünyaya hakim olan dörd böyük şəxsiyyət var idi: onlardan Nəmrud və Buxtünəssər-kafir, İsgəndər və Süleyman mömin idilər. Bunların arasında Süleyman ən möhtəşəm şəxsiyyət idi. Xüsusən o, qeyri-adi sehrlə bağlı qüdrəti ilə şöhrət qazanmışdı. Ən həlledilməz müəmmaların, ən gizli məsələlərin açılması onun üçün heç nə idi. Süleyman Quranda çox zikr edilir və Allahın həqiqi bir rəsulu, bir nəbisi olaraq peyğəmbərlik şərəfini İsgəndərlə bölüşdürür. Tövrata görə, Davudun oğlu Süleyman İsrailin üçüncü hökmdarıdır (hakimiyyət illəri e.ə. 965-928-ci illər). 700 arvadı və 300 kənizi var idi, haqqında çoxlu yazılar var. Göydəki mələklər insan övladlarının qəbahətlərini araşdırarkən Allah hüzurunda onlara qarşı istehzalarını bildirdilər. Lakin Allahın insanların xeyrinə olan cavabı mələkləri razı salmadı və onlar yoxlamaq üçün yer üzünə mələk göndərilməsinə icazə istədilər. Bunun üçün Harut və Marut seçildi. Əfsanəvi Misir tarixinə görə, Harut və Marut Misir padşahı Aryan zamanında yaşamışlar.

39 Surənin 104-121-ci ayələri Məkkənin qiblə elan edilməsindən bir az əvvəl nazil olub.

40 Muhəmməd peyğəmbərin ibrani dili ilə tanışlığı var idi.

41 Əhli-kitab, yəni yəhudilər və xaçpərəstlər.

42 Söhbət köhnə qanunların ləğv edilməsindən gedir. 20-yə qədər ayə ləğv olunub.

43 Mədinənin düşmənləri əleyhinədir.

44 Yəhudilərin qibləsi əleyhinədir.

45 Xaçpərəstlərin əleyhinədir.

46 Surənin 122-141- ci ayələri İbrahim dininin üstünlüyü haqqındadır.

47 İbrahim –Kitabi-müqəddəsdə adı çəkilən İbrahim peyğəmbər Qurana görə (VI surə, 74-cü ayə) Azərin (Azarın) oğludur. Kitabi-müqəddəsə görə (Təkvin, XI, 10-12; Təvarix-i əvvəl, 1, 17-27) İbrahimin əcdadları bunlardır: Tarix ibn Nabur ibn Saruq ibn Arqu ibn Faliq ibn Abir ibn Saleh ibn Kaynan ibn Əfrəhsad ibn Sam ibn Nuh (Bax İbn-əl-Əsir, 1, 67).

48 İsmail - İbrahim peyğəmbərin və Həcərin ilk oğludur. İbrahim ilə İsmail Kəbənin bünövrəsini qoymuşlar və İsmail məbədin tikilməsində atasına kömək etmişdir. İş qurtardıqdan sonra İbrahim İsmaili və anasını bu susuz səhrada qoyub getmişdir. İsmail ərəblərin əcdadı sayılır.

49 Yəhudi dini ədəbiyyatında bunun heç bir yerdə izi yoxdur.

50 Təvaf etmək - Kəbənin ətrafına dolanmaq mərasimi.

51 Muhəmməd peyğəmbər haqqında xəbərdarlıqdır.

52 Yəqub - İsanın on iki rəsulundan (elçisindən) ikisinin adı: Böyük Yəqub-əl-İncili Yuhənnanın qardaşı və Kiçik Yəqub - Müqəddəs risalənin müəllifi.

53 İsmailin adının ayəyə salınması yəhudilərə qarşı çıxışdır.

54 İshaq-Tövrat və Quranda zikr olunan bəni-İsrail peyğəmbəridir.

55 Bu icmaya İsmail, İshaq, Yəqub və Əsbat (bax ayə 140) mənsubdurlar. Bu icma nə yəhudi, nə də xaçpərəstdir, lakin imana gələnlərdir: hərçənd Musaya və İsaya, Allah tərəfindən vəhy olunana da inanırlar (bax ayə 136)

56 Əsbat (sibt sözünün cəmi) yəhudilərin şebet (“qəbilə”) sözü ilə eynidir: əl-Beyzaviyə görə, Yəqubun və ya onun oğullarının xələfləridir.

57 Fərq nazil olunan vəhylərdə yox, peyğəmbərlərdədir (bax birinci surənin 253-cü ayəsinə).

58 Ərəb səyyahı İbn Bəttutənin dediyinə görə, Bəsrədə olan Osman ibn Əffanın Quranında ayənin bu yerində onun qanının damcıları var idi (bax əl-Bəlazuri, Ənsab əl-Əşrəf, əl-Qüds, 1936, səh. 98).

59 Deyəsən, bu, Quranda xaç suyuna salınma haqqında deyilən yeganə yerdir.

60 Surənin 142-150-ci ayələrində hicrətin 2-ci ilində (623 - 624-cü illər) qiblə haqqında açıq şəkildə deyilir.

61 P. Kazanova (Muhəmməd, Paris, 1911-1912, səh. 147-50) belə hesab edir ki, 143-cü ayə yerində deyil, gərək 142, 144, ...213,143,176-cı ayələr olsun.

62 Bəziləri ümmətən vasatan ifadəsini əimmətən vasatan ilə dəyişir və belə hesab edirlər ki, burada söhbət ələvi imamlardan gedir.

63 115-ci ayədə deyiləndən fərqlənir.

64 64. Məscidülhəram (əl-Məscid əl-Həram) “toxunulmaz məscid” deməkdir. Məkkədə Kəbədə yerləşən camenin adı. Quranda Məscidülhəramın adı çox yerdə çəkilir: müşriklərin, xalqa bu məscidə girməsini qadağan etmələri böyük günahdır (Quran, II, 214: V, 3; VIII, 34; XXII, 25, 35); yeni qiblə Məscidülhəram istiqamətindədir (II, 139, 144). Əhdlər də ancaq Məscidülhəramda təsdiq olunur (IX, 7). Bu surələrdə Məscidülhəram, sonralar olduğu kimi, yalnız bir bina deyil, sadəcə müqəddəs bir yer sayılan Məkkə nəzərdə tutulur. Quranda (XVII.I) adı çəkilən Məscidüləqsa (“ən uzaq məscid” deməkdir) təbiri də yalnız müəyyən bir binaya aid edilmir. Hədisə görə, Məscidülhəramda qılınan namaz xüsusilə qiymətlidir (bax: Buxari, əs-Səlat fi məscid Məkkə, 1-ci bab). Bu ən qədim məscid olub, Qüds məscidindən 40 il əvvəl tikilmişdir (bax: Buxari. Ənbiya, bab 10, 40). Açıq və kiçik bir meydanda olan Kəbə, Zəmzəm və Məqami-İbrahim bu məscidin hissələrini təşkil edir. Hicrətin 8-ci ilində Məhəmməd peyğəmbər ibadət üçün burada bir məscid tikdirdi. Lakin çox çəkmədi ki, burada darısqallıq yarandı. Xəlifə Ömər və Osman zamanında qonşuluqdakı evlər sökülüb ətrafına divar çəkildi. Sonrakı dövrlərdə bura tədricən genişləndi və gözəlləşdi.

65 Ya kitabı, ya da Muhəmmədi.

66 150-ci ayədə səhvən 149-cu ayədəki və min haysu xərəctə fəvalli vəchək şatra əlMəscidi- ülhəram ibarəsi təkrar olunur.

67 153-157-ci ayələr surənin o biri hissələrindən sonra nazil olmuşdur. Bəzi təfsirlərə görə, bu ayələr Bədr döyüşü vaxtına 2-ci ilin ramazan ayının 17 və ya 19-na (624-cü ilin martın 13, ya 15) aiddir. Lakin, daha doğrusu, Ühüd döyüşü vaxtına aiddir. (155-ci ayə ilə müqayisə et).

68 Bu ayə, yəqin ki, Ühüd dağının yanındakı Bir Maunda baş verən döyüşdən sonra nazil olub (625-ci il 3 iyul-avqust).

69 Səfa (əs-Səfa) - Məkkə yaxınlığında kiçik bir təpənin adıdır. Yanında yüksələn Mərvə (əl-Mərvə) təpəsi kimi “sərt qaya” və ya “qayalar” mənasını daşıyır. Səfa və Mərvənin Cahiliyyət dövründə də dini yerlər olduğu sübut edilmişdir. Rəvayətlərə görə, Səfa üzərində İsaf, Mərvə üzərində isə Nailə adında iki daş büt var idi ki, zəvvarlar əllərini onlara toxundurmağa çalışırdılar.

70 159-162-ci ayələrin 151 və 157-ci ayələrlə əlaqəsi var.

71 Yəni-mələklər, insanlar və cinlər.

72 163-167-ci ayələr Məkkə ayələridir. Bəlkə, bunlar başlanğıcı olmayan surənin əvvəlidir. Bəlkə də, bu surəyə 200-cü ayə (“fəmin ənnasdan başlayaraq) və 204-207-ci ayələr də daxildir.

73 168-171-ci ayələr Məkkəylə bağlıdır və bütpərəstlərə xitabən nazil olub.

74 172-176-cı ayələr yəhudilərə bəzi yeməklərin qadağan olunması barədə nazil olub.

75 Bəzi təfsirçilər adları çəkilən və qadağan edilən yeməklərin növlərini İncillə (Əhdi- cədid, Apostolların əməlləri, XV, 20, 28, 29) bağlayırlar.

76 Bu ayə qiblənin yeri dəyişdirildikdən sonra olan etirazlara qarşı nazil olub.

77 178-185-ci ayələrdə üç qanun verilir (kutiba aleykum): hər üçü eyni vaxtda - hicri 2-ci ilin ramazan ayı ərəfəsində nazil olub (ramazan ayının əvvəlki 624-cü ilin 26 fevralına düşür). Bu vaxt birinci orucluq keçirilib. Hər qanun üç ayədən ibarətdir. Bəzi təfsirçilər 178-179-cu ayələri bir ayə hesab edirlər.

78 Bu təlimat 5-ci surənin 106-cı ayəsi ilə ləğv olunub.

79 183-197-ci ayələr müsəlman orucu haqqında əsas yerlərdir.

80 Aşura (yəni məhərrəm ayının 10-da) orucunun əvəzinə orucluğu ramazan ayına keçirmək haqqında bax T.Neldeke. Quranın tarixi alman dilində. Leypsiq, 1909, I cild, səh.179-80.

81 Bu ayə 178-185-ci ayələrdə verilən qanunların yekunudur.

82 178-185-ci ayələrə sonralar əlavə edilmişdir.

83 189-203-cü ayələr (200-202-ci ayələr istisna olmaq şərtilə) müqəddəs vilayət haqqında hökmlərin məcmuudur. Bunlar, əlbəttə, Mədinə ayələridir, lakin onların tarixi (ardıcıllığı) aydın deyildir; əsas ayələrdən sonra olmuş və qismən 6, 7 və 10- cu hicri illərin həcci ilə bağlıdırlar (627-629 və 631-632-ci illər).

84 Həcc vaxtı köhnə adətin xatırlanmasıdır.

85 190-193-cü ayələr məkkəlilərlə, hətta Kəbə ətrafında müharibə aparmaq barəsindədir: bu ayələr Məkkənin fəthindən qabaq və ya Hüdeybiyyə vadisinə yürüş vaxtı nazil olmuşdur. Hüdeybiyyə vadisi Məkkədən bir günlük yoldadır (17 km). Qüreyşilərlə müharibə hicri 6-cı (628) ilin son aylarında baş verib.

86 194-196-cı ayələr Hüdeybiyyə vadisinə yürüşdən qabaq nazil olub.

87 Mina - Məkkənin şərqində, Ərəfat dağına gedən yolun üstündədir. Bu yer Muhəmməd peyğəmbərlə mədinəlilər arasında keçirilən müzakirələrə görə məşhur olan Əqəbədir. Minaya “Qoç qurban edilən yer” deyilir (bax Quran, XXXVII, 101-ci və başqa ayələr). Zəvvarlar zülhiccə ayının 8-də səhər tezdən Məkkədən çıxaraq gündüz namazını Minada qılırlar. Ayın 9-da günün çıxmasına qədər burada qalır və sonra Ərəfata gedirlər.

88 197-200-cü ayələr xronoloji baxımdan müəyyən olunmur.

89 Bu ayələr qış mövsümünə aiddir.

90 Həcc vaxtı alver məsələsi İbn Abbasın əlavəsidir. İbn Abbas Muhəmməd peyğəmbərin əmisi oğludur (619-628). Qüreyşilərdən birinci din alimi və Quranın təfsirçisidir.

91 200-202-ci ayələr əlavədir.

92 203-cü ayə xronoloji baxımdan müəyyən olunmur.

93 Xaricilər bu ayəni Əliyə aid edirlər.

94 Bu ayə Əli(ə) barəsində nazil olmuşdur.

95 208-ci və başqa ayələr yəhudilərin qanunlarına tabe olan müsəlmanlara aiddir (211-ci ayə ilə müqayisə et).106, 183-cü və başqa ayələrlə bir vaxtda nazil olub.

96 İşarə aydın deyil. Bəlkə, bu, Məkkə ayəsidir. Yəqin ki, Allah imansızları həlak edib ölüm mələklərini göndərəcək. Müqayisə üçün XVI surənin 33-cü ayəsinə bax.

97 Yəqin ki, Quran, vəhy və ümumiyyətlə, nemətin özü nəzərdə tutulur.

98 Misir modernistləri (yenilikçiləri) bu ayəyə insan cəmiyyətinin inkişafı tarixinin öyrənilməsinə icazə kimi baxırlar.

99 Mədinədə əziyyət çəkən mühacirlərə müraciətdir.

100 215-ci və sonrakı ayələr qoyulan suallara verilən cavablardır. Bəlkə də, 215-ci ayə başqa vaxta aiddir; 219 və 217-220-ci ayələrlə müqayisə et.

101 Bəlkə, 216-cı ayə 244-cü və sonrakı ayələrlə bağlıdır.

102 Abdullah ibn Cəhşin və onun dəstəsinin hicri 2-ci ilin rəcəb ayında (624-cü ilin yanvarı) Nəhldə (Məkkə ilə Taif arasında) qüreyşilərin karvanına hücumu nəzərdə tutulur.

103 Bəlkə, 219-221-ci ayələr eyni ayədir?

104 Şərab içməyin qadağan olunması haqqında göstərişdir. IV surənin 43-cü ayəsi ilə müqayisə et.

105 Mənaya görə, “böyük” (kəbir) sonradan əlavə olunub.

106 215-ci ayədəki kimi deyil. Vaxtlar müxtəlifdir.

107 221-242-ci ayələr nikah hüququnu izah edir. Heç bir xronoloji çərçivə ilə bağlı deyil. 238-239-cu ayələr dua haqqında əlavədir.

108 Rəvayətə görə, yəhudilərin əleyhinədir.

109 223-237-ci ayələr nikah hüququdur.

110 əl-Beyzavinin təfsirində (c. I,Leypsiq,1846, səh.117): “Allahı yad edin və ya övlad istəyin” gedir.

111 Ər-arvad arasında bağlanan nikahda üç mənəvi bağ vardır və bunların sahibi kişidir. Nikahı tamamilə pozmaq üçün kişi ixtiyarı çatdığı üç dəfə boşamaq haqqından mütləq istifadə etməlidir. Əgər kişi üç dəfədən az (bir və ya iki dəfə) arvadını boşayarsa, buna rici talaq deyirlər. Bu halda gözləmə (iddət) vaxtı hesab edilən üç aybaşı müddətində arvadını geri qaytara bilər və yalnız bu halda mövcud nikah davam edə bilər. Lakin iddət çıxdıqdan sonra kişinin arvadını geri qaytarmağa haqqı çatmır. Ancaq hər iki tərəf arasında yeni bir əhd bağlana bilər, evlilik də davam edər. Şayəd, ər üçüncü dəfə arvadını boşayarsa, nikah tamamilə pozulmuş olur.

112 Fərz - mütləq dini təlimatdır. 238-239-cu ayələr, yəqin ki, hicrətin dördüncü ilindən (13.VI.-625-1.VI.626) qabaq nazil olub. Buna “qorxu səlatı” (səlat əl-xauf) deyirlər.

113 “Orta namaz” haqqında çoxlu mülahizələr var. Bəzi tədqiqatçılar bu ayəyə Mədinədə üç dəfə namaz qılınmasının tələbi kimi baxırlar.

114 240-242-ci ayələr nikah hüququnu izah edir. Lakin onların nə vaxt nazil olması aydın deyil. 240-cı ayə Ühüd döyüşündən qabaq oxunub (hicri 3-cü il - 625-ci ilin mart ayı).

115 Məşru hərəkət - Şəriətlə icazə verilən, şəriətə uyğun, şəriətlə bağlı, yəni qanuni.

116 Buradan belə nəticə çıxır: islam ağıl, idrak dinidir. Bu ayələrdən sonra, deyəsən, 216-cı ayə olmalıdır; 101-ci qeydə bax.

117 243, 246-256-cı ayələr bir-birilə bağlıdır. Öyüd yəhudi tarixindən gətirilən misal vasitəsilədir. Bəlkə, bununla 258-260-cı ayələrin də əlaqəsi var: 243-cü ayədəki kimi ölümə nifrətdir. Muhəmməd Əli (Müqəddəs Quran, Lahor, 1920, səh. 113, qeyd 319) əhvalatı yəhudilərlə, onların Misirdən çıxması (Xüruc), 40 il gəzib-dolaşan nəslin həsrəti çəkilən ölkədə (Fələstində) yaşaması ilə bağlayır. Ola bilsin, burada həvarilərdən İyezekilin kitabındakı əhvalat əks olunur (bax İncil, İyezekil, XXXVII,1-10).Təfsirlərdə vəbadan və ya müharibədən düzənliyə qaçan, orada Allah tərəfindən öldürülən və sonradan dirildilən yəhudilər haqqında olan əfsanədən söhbət gedir.

118 Bu peyğəmbər Samuil (Uşmuil) idi.

119 Talut - Kitabi-müqəddəsdə adı çəkilən məlik Saulun adıdır (eramızdan əvvəl 1020-965-ci illərdə İsraildə padşah olub).

120 Bu sandıq (tabut) yəhudilərə filistimlilər tərəfindən qaytarılan xilas (nicat) əhdidir.

121 Səkinə (səkinə) - ibrani dilində Şekina, ilahinin sandıqda emanasiyası. “Durmaq, dinləmək, bir yerdə qalmaq” fel kökündən düzəlmiş isim olub, “sükunət, hüzur, mənəvi möhkəmlik, arxayınlıq, rahatlıq” mənasındadır. Məs.: Quran oxunarkən, Allahın səkinəsi enər” (əl-Buxari, Fəzail əl-Quran, 11-15-ci bablar).

122 Tövratda (1-ci Muluk kitabı, VI, 10) bu sandığı daşıyan mələklər yox, hərəsi bir qarın doğmuş iki inəkdir.

123 Burada Bəni İsrail başçılarından biri Qedeon ben İoas haqqında əfsanənin təsviridir. Bax Kitabi-müqəddəs, Hakimlər, VII, 1, 7.

124 Söhbət İsrail - Yəhudi dövlətinin padşahı Davuddan gedir (hakimiyyət illəri e.ə. 1004-265-ci illər) Davud və oğlu Süleyman (e.ə. 965-928-ci illər) da müsəlmanların peyğəmbərlərindən hesab olunurlar.

125 252-ci və sonrakı ayələr deyilənlərin yekunudur.

126 136-cı ayə ilə müqayisə et.

127 254-258-ci ayələrin nazil olunma vaxtı müəyyən deyil.

128 Bu, məşhur ayətülkürsidir.

129 258-260-cı ayələrdə yəhudilərin tarixindən nümunələr var.

130 Nəmrud (Nimrud, Nemrud) Təbəriyə görə, Nəmrud, Süleyman ibn Davud və İsgəndər Zülqərneyn kimi dünyada hökmdarlıq etmiş üç və ya (Büxtünəssər ilə bərabər) dörd padşahdan biridir. Nəmrudun münəccimləri bir uşağın doğulacağını, səltənətini devirib bütləri qıracağını ona xəbər verirlər. İbrahim, eləcə də Musa, Gilqameş, Sarqon, Karna (“Mahabharata”da) Kiruş, Persey, Edip, Romul və Rem, İsa kimi doğulduğu gündən etibarən, bir hökmdar üçün təhlükə təşkil edən əfsanə qəhrəmanlarından biri olur, Azərin və ya Tarixin (Terax) arvadı Uşa Nəmrudu və onun adamlarını aldatmağa müvəffəq olur və İbrahimin doğulması gizli qalır. Vaxtından əvvəl həddi-büluğa çatmış İbrahim Nəmrudla dini münaqişəyə girişir: Nəmrud Allah ola bilməz, çünki Allah həyatı da, ölümü də verəndir. Nəmrud haqqında bax XXI surə, 68-69-cu ayələr, XXIX, 24; XXXVII, 97. Rəvayətə görə, Nəmrud, öldürülməsi lazım olan bir adamı azad edib, bir günahsızı da öldürməklə, İbrahimə nisbətən özünün guya diriltməyə və öldürməyə qadir olduğunu söyləyir.

131 Əfsanəyə görə, söhbət Ezra və Qüdsdən gedir. Bəlkə 243-cü ayədə olan (bax 117-ci qeydə) İyezekildir (Tövrat, peyğəmbər İyezekilin kitabı, XXXVII,1-10), ola bilsin ki, bu, ulağa minmiş Neyemiyadır. Bax İncil, Neyemiyanın kitabı, II, II və başqaları.

132 Müqayisə et: Tövrat, Kəyan, XV, 9və başqaları.

133 261-281-ci ayələrin nazil olunma vaxtı müəyyən deyil. Məzmunu sədəqə və sələmçiliyin (fa-izin) qadağan edilməsidir.

134 264-cü ayə ilə bağlılıq var.

135 Bəzi təfsirçilər belə hesab edir ki, ayədə qüreyşilərin Taif əhlində qalan pullarından söhbət gedir. Bəziləri 278-281-ci ayələri Quranın son hissəsi hesab edirlər; bu ayələr vida həcci vaxtında nazil olub.

136 Deyildiyinə görə, 282-284-cü ayələr hicrətdən bir qədər sonra nazil olub. Burada borclar haqqında qərarlar var.

137 285 və 286-cı ayələr Məkkə ayələri də ola bilər, Mədinə ayələri də.

138 İman gətirənlərin sözləridir.

139 Müqayisə et: 5-ci surənin 7-ci ayəsi və 24-cü surənin 51-ci ayəsi.

140 Təfsirlərdə söhbət yəhudilərdən gedir.

3. Ali-İmran surəsi

1 Surənin birinci hissəsinin (1-92-ci ayələr) nə vaxt nazil olduğu dəqiq bilinmir. Ola bilsin ki, Bədr döyüşündən sonra nazil olub. İmran-Tövratdakı Amramdır. Yişhar ibn Kahis ibn Lavinin qızı Yuhabid ilə evlənib, 30 yaşında ikən bu qadından oğlu Musa dünyaya gəldi. 137 il yaşadıqdan sonra öldü (bax İbn əl-Əsir, Tarix əl-Kamil,1, səh. 119). Həmin hekayət Tövratdakından bir qədər fərqlənir: Tövratın Xüruc fəslində (VI, 20) olan rəvayətə görə, Amram Kəhatın oğlu və Yişharın qardaşıdır və 137 il yaşamışdır. Misirdə baş vəzir olmuş İmran hər gecə Fironun yatağı başında durmalı idi. Belə gecələrin birində o, bir quşun qanadları üstündə arvadını Firon sarayına gətirdiyini gördü və o anda arvadına qarşı eşqi alovlandı. Onunla cinsi əlaqədə olduqdan sonra quş Fironun sarayı qabağında gözləyən min qarovulçuya görünmədən qadını evinə apardı. Ertəsi gün münəccimlər Firona gələcək düşməninin ana bətninə düşmüş olduğunu, onun ulduzunun doğulduğunu xəbər verdilər. Firon Misirin bütün mamalarına ev-ev gəzib, hansı qadınların hamilə olduğunu öyrənmələrini əmr edir. Əmri yerinə yetirən mamalar İmranın Fironun yanından heç ayrılmadığını nəzərə alaraq onun arvadını müayinə etmirlər. Beləliklə, Musa ölümdən qurtarır. Surədə (35-ci ayə) zikr edilmiş və bətnindəki uşağını Allaha nəzir etmiş qadının əri olan İmran Tövratdakı İmran və ya Amram ilə eyni şəxs deyil əs-Sələbi (Qisas əl-ənbiya, Qahirə, 1312, səh. 220) bu adı daşıyan iki şəxs arasında 1800 illik fasilə olduğuna işarə edir. Quranda bu surədə adı çəkilən İmran-İmran ibn Masan və ya İmran ibn Sahimdir ki, bunun arvadı Hənnə Fakuzun qızı və Məryəmin anası, İsanın nənəsidir. Buna görə bu İmran ibn Masan İncildəki (Matfey, XV) Yəqub ibn Matan ilə eyni şəxs kimi görünür.

2 Mütəşabih-dəqiq mənasını bilmək mümkün olmayan Quran ayələrinə deyilir. Mütəşabih iki cürdür: 1) Ləfzi mütəşabih olan elə ayədir ki, ondan heç bir məna anlaşılmaz. Surələrin əvvəlində olan Sad,Ta, Ha kimi (müqəttəə) hərflər; 2) Anlayışı mütəşabih olan ayədir ki, onun zahiri mənasını başa düşmək mümkün deyil: (yadullahi fövqə əydihim - Allahın əli onların üstündədir). Bu ayəyə belə məna vermək mümkün deyildir, çünki Allahın əli ola bilməz. Əl ancaq ya qüdrətlə təvil (məcazi, batini mənada izah) edilir, ya da Allah tərəfindən murad olunan mənaya inam bəslənir.

3 Mötəzililərin təvilidir.

4 Guya Bəni-Kaynuka qəbiləsinə aiddir. Bu qəbilə Mədinədə yaşayan üç yəhudi qəbiləsindən biri idi. Qəbilənin Mədinəyə köçməsi haqda heç bir şey bilinmir. Qəbilə üzvlərinin orada torpağı yox idi və ancaq ticarətlə dolanırdılar. Bu qəbilə Mədinənin cənubi-qərb qismində Musalla qonşuluğunda və Vadi Butxan üzərindəki körpünün ətrafında yaşayırdı. Vadi Butxanda onların iki qalası var idi. Bəni-Kaynuka buradan qovulduğu zaman silah və qab-qacaq qoyub getdi. Muhəmməd peyğəmbər qənimətin beşdə bir hissəsini alandan sonra qalan hissəsi müsəlmanlar arasında bölüşdürüldü. Bədr döyüşündə (hicri 2-ci ilin ramazan ayı - 624-cü ilin martı) Peyğəmbərlə yəhudilər arasındakı münasibət pozuldu. Yəhudilərin hamısı birdən Peyğəmbərə qarşı düşməncəsinə hərəkətə keçdilər. Buna görə də Peyğəmbər onları Mədinədən qovmaq istədi.

5 Mənası: a) onlar özləri; b) möminlər; c) möminlər məkkəliləri gördülər.

6 Bu, yəhudilərin ünvanınadır.

7 Bu ayə zina edən iki yəhudi haqqında nazil olmuşdur. Onlar Peyğəmbərdən hakim olmağı xahiş etmişlər. Rəsul Tövrat ehkamına görə, rəcm edilmələrinə (daşqalaq edilərək öldürülmələrinə) hökm verəndə özlərindən çıxmış və Tövratın hökmünü tanımayaraq çıxıb getmişlər.

8 25-26-cı və sonrakı ayələr rabitəni pozur. Ola bilsin ki, Məkkədə nazil olmuşdur.

9 Bax İncil, Luka,1, 8 və sonrakılar.

10 əl-Beyzaviya görə “kəlimət min Allah İsa”dır, çünki o, dünyaya sözlə (kəlmə ilə) gəlib.

11 XIX surənin 10-cu ayəsində üç gecədir.

12 Yelizavetanın salamı ilə müqayisə et. Bax İncil, Luka, 1,42.

13 Bax 19-cu surənin 16, 22-ci ayələrinə.

14 Bax İncil, Luka, 1, 34.

15 Sufilərin kəlamıdır.

16 Nəzərdə nəcranilər tutulur. Onlar haqda bax İslam Ensiklopediyası, IX cild, səh. 115-167.

17 Şiə təfsirinə görə, burada Fatimə, Həsən və Hüseyn nəzərdə tutulur.

18 Hakimlərə yazılan məktublarda.

19 Bu ayə yəhudilərin: “İbrahim yəhudidir və biz onun dininə bağlıyıq”,- dediklərinə görə nazil olub.

20 65-ci və sonrakı ayələr, ola bilsin ki, 12-ci ayə ilə eyni vaxtda nazil olub. (bax 4-cü qeydə).

21 A. Qilyom (Yəhudiliyin islama təsiri. Oksford, 1928, səh. 131, ingilis dilində) burada həvarilərdən Pavelin (bax İncil, Qalatalara müraciət, III, 7-8, 17) bəsirindən (burada dəlillərindən) danışır.

22 Yəhudilərə aiddir. Onlar demək istəyirdilər ki, guya fikirləşəndən sonra Muhəmməd peyğəmbərin sözlərinin yalan olmasına inandılar. Belə bir təfsir də mümkündür: əvvəlcədən nazil edilənə inanın və sonradan nazil edilənə inanmayın.

23 Mədinəli yəhudi bankirlər nəzərdə tutulur.

24 İşarə İsayadır.

25 Deyəsən, bu ayə sonradan nazil olub. Burada bütün kafirlərə hədə var. Bu ayənin sözləri əlcəzairli Əbdulqadirin (1808-1883) sikkələrində zərb olunubdur.

26 93-117-ci ayələr birinci hissəylə bağlıdır. Bədr döyüşündən sonra nazil olub.

27 Kitabi-müqəddəsin Kövn (XXXV) fəsli ilə bağlıdır.

28 95-96-cı ayələr İbrahimə pərəstişdir.

29 Bəkkə adı yunanlara da məlumdur.

30 İsmaillə bir yerdə məbədi tikəndə olmuşdu və həmin məbəddə də namaz qılırdı.

31 98-ci və sonrakı ayələr köhnə qəbilələr arasındakı ədavəti qızışdırmaq istəyən Bəni-Kaynuka şairinə qarşı deyilib. Ola bilsin ki, hicri 4-cü ilin rəbiüləvvəl ayında (625-ci ilin 11 avqust -9 sentyabrı) Ühüd döyüşündən və yəhudilərin yenidən baş qaldırmasından sonra nazil olub.

32 Muhəmməd peyğəmbərin hicrətindən qabaqkı mədinəlilər.

33 ”Osmanın əlavəsidir” deyənlər var.

34 Bu, şiələrin şərhidir.

35 Yəni islamı qəbul etməkdə və müsəlmanlara tabe olmaqda.

36 118-119-cu ayələr, deyəsən, Ühüd döyüşündən sonra nazil olub.

37 128-ci ayə, rəvayətə görə, Muhəmməd peyğəmbər yaralananda nazil olub.

38 130-145-ci ayələrin mənşəyi məlum deyildir və sonrakı ayələrdən ayrılır.

39 Bu ayədə üst-üstə yeməyin haram olduğu bəyan olunmaqla, qat-qat olmayan cüzi bir sələmin (faizin) aşağı salına biləcəyi mənasında başa düşülməlidir. Çünki bu ayədən sonra nazil olan “Bəqərə” surəsinin 275-ci ayəsilə mütləq olaraq, sələmin azı və çoxu haram olunmuşdur.

40 Həsən ibn Əli və onun qulu haqqında rəvayətdir.

41 137-160-cı ayələr Ühüd döyüşü ilə bağlıdır.

42 Yəni: əgər siz Ühüd döyüşündə məğlub oldunuzsa, Bədr döyüşündən qalib çıxdınız.

43 Bu ayə Bədr döyüşünə getməyib, Mədinədə qalanlar haqqında nazil olmuşdur. Bunlar Bədr döyüşündə iştirak edib şəhid olmağı arzu etmişdilər. Lakin daha sonra Ühüd vuruşu baş verdiyi zaman çoxları döyüşə getməmişdi.

44 Ayə Muhəmmədin yaralı olmasını, hətta ölə bilməsini izah edir.

45 Ühüd döyüşündə qənimət əldə etmək həvəsilə öz mövqelərini tərk edən oxatanlar haqda söhbət gedir.

46 161-164-cü ayələrdə aşağıdakılar nəzərdə tutulur: 1.Muhəmməd Peyğəmbər tərəfindən guya mənimsənilən əba; 2.Qənimət dalınca qaçan atıcılar; 3.Peyğəmbər tərəfindən göndərilən kəşfiyyatçıların getməsindən sonra qənimətin bölüşdürülməsi.

47 165-180-ci ayələr məkkəliləri təqib edən ənsarlar haqqındadır (bax 160-cı ayəyə). Bu ayələr 131-ci və sonrakı ayələrlə eyni vaxtda nazil olub.

48 Yəni onların islam uğrunda döyüşən qardaşları, yəni Bədrdə döyüşənlər.

50 Ühüd döyüşündən qayıdanda Əbu Sufyan, bundan qabaq baş vermiş Bədr döyüşünün intiqamını almaq məqsədilə Muhəmməd peyğəmbərə belə demişdi: “Bədr döyüşünün ildönümündə yenə eyni yerdə görüşək və döyüşək!” Peyğəmbər buyurdu: “İnşallah!” O gün gələndə Əbu Sufyan ordusu ilə döyüşə çıxdı, lakin Allah ürəklərinə bir qorxu salmaqla Bədrə çatmamış geri döndülər. Müsəlmanlar Bədrdə düşməni gözlədilərsə də, onlarla üz-üzə gəlmədilər. Ancaq orada alış-veriş edərək bir xeyli gəlir əldə edib sağ-salamat geriyə döndülər. Bu ayə həmən hadisələrlə bağlıdır. Bu səfərə “Kiçik Bədr səfəri” deyirlər.

51 Bir rəvayətə görə, söhbət Nüeym ibn Məsuddan və ya Əbu Sufyandan gedir; digər rəvayətə görə isə, bunlar yalnız Şeytanın dedikləridir.

52 Kasıbdır, ona görə ki, ona müharibəyə, yolçulara və s. xərcləmək üçün vəsait lazımdır.

53 181-184-cü ayələr naməlum bir yəhudiyə cavabdır.

54 Əl-Beyzaviyə görə (1, səh.188), bir neçə yəhudidir; çox güman ki, peyğəmbər İlyasa işarədir.

55 “Qurban” sözü yəhudi dilindən götürülüb. Rəvayətə görə, İsrail oğulları qurban ətini yeməz və qurban etdikləri heyvanın ətini çatı olmayan bir evə qoyardılar. Zamanın peyğəmbəri orada dua oxuyardı. Xalq da bayırda duanın qəbulunu gözlərdi. Göydən ağ bir atəş gəlib o qurbanı yandırar və bu onun qəbuluna bir əlamət sayılardı.

56 Burda nəfs “ruh” kimi yox, “can” və ya “şəxs”, “kəs” kimi anlaşılmalıdır. XXI surənin 35-ci və XXIX surənin 57-ci ayələrindəki kimi.

57 H. Qrimme (Muhəmməd adı, Leypsiq, 1928, səh. 24-25) hesab edir ki, burada ən yuhmadu təkcə Allaha yox, insanlara da aiddir.

58 Modernistlər burada qadının tam bərabərliyinə işarə edirlər.

4. ən-Nisa surəsi

1 Quranın bu (dördüncü) surəsinə ən-Nisa adı ona görə verilmişdir ki, onun ilk ayələrində qadınlardan bəhs olunur. Nöldekeyə (Quran tarixi, 1, Leypsiq, 1909, səh. 195) görə, surənin böyük hissəsi hicrətin 3-cü ilinin sonu - 5-ci ili arasında (aprelmay 625-iyun 628) nazil olmuşdur, çünki burada mövcud olan bir çox hökmlər islam hüququ ilə bağlı mövzuların təməlini təşkil edir. Müxtəlif zamanlara aid ayələri bir yerə toplayan bu surə ayrı-ayrı mövzuları əhatə edir: insanın yaradılması, qan qohumluğu, yetimlərin himayəsi, miras haqqı, evlənmə, ər-arvad, kişi-qadın münasibətləri, evlənməyə mane olan hallar, əmanətlər, şahidlik, təsadüfən adam öldürmək, cihad və müharibə qaydaları, Allaha və peyğəmbərə itaət, yəhudilərə və xaçpərəstlərə cəza vermək və i.a.

2 2-14-cü ayələr, ənənəyə görə, Ühüd döyüşündən bir müddət sonra nazil olub. Burada miras və nikahdan bəhs olunur.

3 Qadınların şikayəti üzrə.

4 Burada - qadınların şikayətinə görə.

5 İslamın əvvəlində zina edənlər belə həbs edilirdi. Sonra Muhəmməd peyğəmbərin hədisiylə zina edən subaylara yüz qamçı vurmaq, evliləri də daşqalaq edib öldürmək cəzası vacib hesab edilərək həbs cəzası aradan götürülmüşdü. 15-18-ci ayələr (zina) hicrinin 6-cı (23 may 627 - 20 may 628) ilinə aid olan XXIV surənin ikinci ayəsindən daha qədimdir.

6 Təfsirçilərə görə, bu ayənin hökmü ləğv olunmuşdur (mənsuxdur). Bəzilərinə görə isə, zina haqqında yox, homoseksualistlər haqqında deyilmişdir. Bu ayəyə görə, zina edənlər barəsində əsas hökm belədir: əgər onların heç biri evli deyilsə, cəzaları yalnız yüz qamçı vurmadır. Əgər evlidirlərsə, daşqalaq edib öldürməkdir. Biri evli, digəri subaydırsa, evli daşqalaq edilməli, subaya isə yüz qamçı vurulmalıdır.

7 Cahiliyyət dövründə hökm sürən adətə görə, bir kişi öz qohum-əqrəbasından ölən birinin malına varis olduğu kimi, onun arvadına da varis olurdu. İstəsə, onu mehr verməklə özünə nikahlayır, istəməsə, mehrini almaqla başqasına nikahlayardı. Bu ayə o natəmiz adəti qadağan etmişdi.

8 İntihar etməyin və ya özünü təhlükəyə atmağın, yaxud da ölüm cəzası ilə nəticələnən hərəkətin qadağan olunması.

9 2-ci surənin 219-cu və 5-ci surənin 91-ci ayələri ilə müqayisə et.

10 Əshabəs-səbt - şənbə gününə hörmət göstərməyən, həmin gün balıq ovu qadağan edilməsinə baxmayaraq balıq ovlayan yəhudilər.

11 Buradakı sözlər, ənənəyə görə, qureyşiləri Muhəmməd peyğəmbərin əleyhinə təhrik edən yəhudilərə qarşıdır.

12 Yəni aralarından peyğəmbər çıxan ərəblərə həsəd.

13 59-70-ci ayələr Muhəmməd peyğəmbərlə ona tabe olmaq istəməyən müsəlmanlar arasında olmuş bir münaqişədən bəhs edir.

14 Bu ayə bir pozğunun (münafiqin) bir yəhudiylə olan davasına hakim kimi Peyğəmbəri deyil, yəhudi sehrbazı, azğın Kəb ibn Əşrəfi seçmək istəməsi ilə bağlı hadisə barəsində deyilmişdir. Belə ki, yəhudi Peyğəmbərin hakim olmasını israrla tələb edərək onun yanına getmiş və Peyğəmbər də yəhudinin lehinə hökm vermişdi. Bundan sonra münafiqin arzusu ilə Ömərin yanına getmişdilər. Əhvalatın nə yerdə olduğunu və bundan əvvəl Peyğəmbərin verdiyi hökmü dinləyən Ömər, “Allahın və Peyğəmbərin hökmünə razı olmayan haqqında hökm budur!”- deyərək, qılıncı ilə münafiqin boynunu vurmuşdu.

15 71-83-cü ayələr böyük bir məğlubiyyətdən sonra nazil olub. Burada münafiqlər müsəlmanlardan güclü çıxır. Cihada çağırışdır.

16 Münafiqlərdən, xüsusən İbn Übeyydən söhbət gedir.

17 Bədbəxtliklər də Allahdandır, lakin insanların özləri günah törətdikləri üçün bunlar yalnız cəzadır.

18 Sənin üzərinə məsuliyyət qoymadıq.

19 84-93-cü ayələr qəbilələrlə müqavilə bağlanandan sonra nazil olub (90, 92-ci ayələrə də bax)

20 Ənənəyə görə, burada müəyyən bir şəxs nəzərdə tutulur.

21 Qanbahası lazım deyil, çünki kafirlər arasında olan möminin varisləri kafir olduqları üçün ona varis ola bilməzlər.

22 94-104-cü ayələr əvvəldə olan hadisələrlə eynidir: Üsamə ibn Zeyd tərəfindən bir adamın öldürülməsi bəhanə edilib.

23 Onu üzrlü bəhanə ilə qarət etmək.

24 Yəni “dilinizlə gətirdiyiniz şəhadət ürəklərinizdə kök salmışdı”.

25 101-ci ayə - səlat əl-xauf - “qorxu namazı”dır. Hicrətin 4-cü və ya 5-ci ilində endirilib (13 iyun 625 - 1 iyun 626 və ya 2 iyun 626-22 may 627-ci illər). Bəni-Qətəfan qəbiləsinin bir tayfasına hücum vaxtı nazil olub.

26 Hər biriniz ayrı-ayrı, çünki elliklə qılınan namaz naqis olur.

27 105-115-ci ayələrdə oğurluqda təqsirləndirilən bir mədinəli nəzərdə tutulur. Muhəmməd peyğəmbər, müqəssirin tayfadaşlarının xahişinə görə, az qala ona bəraət qazandırdı.

28 116-126-cı ayələr bütpərəstlərin əleyhinədir.

29 Bütpərəstlərin Allaha onuncu dəvə balasını qurban etmə adətidir. Daha müfəssəl məlumat üçün 5-ci surənin 103-cü ayəsinə bax.

30 125-ci ayədə “İbrahim milləti” ancaq Bədr döyüşünə qədər tətbiq edilə bilər.

31 İbrahim hələ Əhdi-ətiqdən Allahın dostudur.

32 127-130-cu ayələr surənin əvvəlində (1-27-ci ayələr) qadınlar haqqında deyilən qanunlara əlavədir.

33 İbarə “və evlənmək istəmirsiniz” kimi də oxuna bilər.

34 Bəziləri bu sözləri Peyğəmbərin arvadı Səudə bint Zəmaaya aid edir. Bu qadın öz haqqını Aişəyə güzəştə getdi.

35 Sahibləri tərəfindən atılmış minik heyvanları kimi.

36 131-143-cü ayələr də 116-126-cı ayələr kimi bütpərəstliyin əleyhinədir (131 və 132-ci ayələrlə müqayisə et).

37 58-ci ayə ilə bağlıdır.

38 136-143, 144-153-cü ayələr Ühüd döyüşündən sonra nazil olub (137 və 127- ci ayələrlə müqayisə et).

39 VI surənin 68-ci ayəsinə istinad.

40 Bax Zəbur, 1, 1.

41 153-170-ci ayələr - yəhudilərlə ara pozulandan sonrakı dəlillərin yekunu.

42 Təlmud əfsanələridir. Müqayisə et: VII surənin 143 və 155-ci ayələri; II surənin 55- ci və sonrakı ayələri.

43 Müqayisə et: II surənin 63-cü ayəsilə.

44 Müqayisə et: II surənin 88-ci ayəsilə.

45 Müsəlmanlara isə halal edilmişdir.

46 Bu ayə peyğəmbərlərdən ən çoxunu sadalayır.

47 171-174-cü ayələr xaçpərəstlərin əleyhinədir, qabaqkılarla bağlıdır.

48 Yəni Allah, İsa, Məryəm.

49 176-cı ayə irsi hüquq barəsindədir.

5. əl-Maidə surəsi

1 Quranın bu surəsi 120, bəzilərinə görə isə 122 və ya 123 ayədən ibarətdir. “Maidə” -“yemək süfrəsi” mənasını verir. Təfsirçilər surəyə bu adın 112-ci ayədə İsa tərəfdarlarından bir qisminin göydən maidə enməsi üçün dua etməsinə görə verilməsini qeyd edirlər. Surəyə bundan başqa əl-Uqud əl-Munkizə adları da verilmişdir. Əl-Maidə surəsində halal və haram olan şeylər sadalanır, insanların yaxşılıqla dolanmaları, doğruluq və ədalətlə yaşamaları haqda bəhs olunur. Surənin böyük hissəsi Hüdeybiyyə hadisələrindən etibarən (6-cı hicri - 628-ci ilin baharı) nazil olmağa başlamış, bəzi hissələri hicri 8-630-cu ildə, bəzi ayələri isə vida həcci əsnasında (10-632) endirilmişdir. Çoxları bu surəni vaxtına görə sonuncu surə sayırlar. Əsas hissəsi hicri 6-7-ci illərə (627/28-628/29) aiddir. Ümumiyyətlə ayələr arasında əlaqə var: 1-5-ci ayələr; 87-ci va sonrakı ayələr. Müqayisə et: 12 və 87-ci ayələri.

2 Bəziləri bu ayəni iki müstəqil ayəyə bölür. 1, 3 və 5-ci ayələr Muhəmməd peyğəmbərin vəfatından bir az qabaq nazil olmuşdur.

3 Ənənə bu ayəni hicri 7-ci ilin həccinə (629-cu ilin mart-apreli) və ya Hüdeybiyyəyə aid edir (6-cı hicri ilin zülqədə ayı - 628-ci ilin mart ayının ikinci yarısı)

4 Əgər amminə-l-beyt əl-həram müsəlmanlardırsa, onda hadisələr hicri 9-cu ildən (630-31) sonradır.

5 Bu ayə də Hüdeybiyyə dövrünə aiddir. Həmin vaxt qüreyşilər həcc mərasiminə mane oldular.

6 Əl-meytə (bax Y.Şaht. Meyta (Mayta), I A, 8-ci cild, səh. 193-195).

7 Bu ayə, ənənəyə görə, axırıncı həcc vaxtı nazil olmuşdur. Sözsüz ki, Muhəmməd peyğəmbərin ömrünün son ilinə aiddir.

8 XXIV surənin 51-ci ayəsi ilə eynidir. Y.Oberman (Quran və Aqada. Sina dağındakı hadisələr, 1941, səh. 31, ingilis dilində) bu ayəni Sina dağına aid edir.

9 Bəlkə də, 8-10-cu ayələr eyni vaxtda nazil olub.

10 12-34-cü ayələr hicrətin 7-ci ilində Xeybərin (628-ci ilin may-iyunu) alınması dövründə nazil olub.

11 20-26-cı ayələr kəşfiyyatçılar haqqındadır və onlardan yalnız burada bəhs olunur.

12 Şiələr bura 2-ci surənin 61-ci ayəsini daxil etməyi lazım bilirlər.

13 İki kəşfiyyatçının müqəddəs əraziyə daxil olması haqqındakı əfsanəni əks etdirir. Müqayisə et: Kitabi-müqəddəs, Ədad, XIII, 6.

14 27-32-ci ayələrdə Qabil və Habil nəzərdə tutulur və onlar haqqında söhbət yalnız burada gedir.

15 Orta əsr yəhudi dini ədəbiyyatının bir növündə Midraş deyilir (qədim yəhudi dilində draş “təd-qiqatçı” deməkdir). Midraşda həmin təlimat Habilin öldürülməsi haqqında hekayətdən sonra gəlir.

16 33-cü ayə cihadın təbliğidir.

17 35-40-cı ayələr üslubuna görə, ola bilsin, Məkkənin fəthindən əvvəl nazil olub.

18 41-50-ci ayələr yəhudilər arasındakı münaqişədən bəhs edir.

19 Müqayisə et: Tövrat, Xüruc, XXI, 23; Levit, XXIV, 29.

20 51-58-ci ayələr, guya 3-cü hicri (624/25) ilə aiddir. Bu vaxt Bəni-Kaynuka yəhudi qəbiləsi Mədinənin daxilində yaşayırdı. Muhəmməd peyğəmbər hicri 2-ci ilin şəvval ayında (624, aprel) Bəni-Kaynuka üzərinə hücum edir. Bəzilərinə görə, səbəbi həmin qəbilə üzvlərinin həyasızlığı idi (bax 3-cü surənin 10-cu və sonrakı, həmçinin 8-ci surənin 60-cı və sonrakı ayələrinə). 15 günlük mühasirədən sonra Bəni- Kaynuka təslim olur: qəbilənin kişiləri zəncirlənir. Lakin Bəni-Xəzrəc və münafiqlərin başçısı əvvəlcə Mədinənin şimalındakı Vadi əl- Qurandakı yəhudi koloniyasına və oradan da Suriyada Azriata köçdülər. 51-ci ayə ağır günlərin təsviridir. Bəlkə, Ühüd döyüşündən sonra nazil olub. Bax III surə, 16-cı qeyd.

21 59-85-ci ayələr yəhudilərlə uzun-uzadı müharibələrdən sonra nazil olub.

22 2-ci surənin 64-cü ayəsi ilə müqayisə et.

23 Yəni-Allah xəsisdir.

24 Yəni-yəhudilər qiyamətə əlləri boyunlarının dalına bağlı gələcəklər.

25 Bəzi təfsirçilər bu ayəni ən qədim Məkkə ayəsi hesab edirlər.

26 Şiələr buraya fi Əli (“Əli haqda”) ifadəsini əlavə edirlər.

27 Sabiilərin adı Quranda üç dəfə zikr olunur: II, 62; XXII, 17; V, 69.

28 Bəlkə, burada islamdan qabaq xaçpərəstlər haqda mövcud olan nəzəriyyə öz əksini tapmışdır.

29 87-89-cu ayələr hicri 7-ci (628-29) ildən gec nazil olmamışdır. Bu haqda göstəriş 66-cı surənin 2-ci ayəsində də var. Bəlkə də, bu ayələr 89-92-ci ayələrlə eyni vaxtda nazil olub.

30 Bəzi hallarda 94-96-cı ayələr Hüdeybiyyədə içilən and məqamına aid edilir. Ola bilsin ki, 97-100-cü ayələr də həmin məqama aiddir.

31 Sonradan bu ifadə balıq ovuna etiraz edənlərin əleyhinə işlənirdi.

32 101-105-ci ayələrin nazil olduğu vaxt aydın deyil. 101-ci ayə, ənənəyə görə, Muhəmməd peyğəmbərə verilən müxtəlif suallara cavabdır. Ehtimal ki, burada bütpərəstlərin xurafatından bəhs edən 103-104-cü ayələrlə bağlılıq vardır.

33 Əvvəlki ümmətlərin məhvi peyğəmbərlərinə çox sual vermələri və ixtilafları üzündən olmuşdur.

34 Bəhirə - beş dəfə doğub axırıncı balası erkək olan dəvə. Cahiliyyət dövründə bütpərəst ərəblər həmən dəvənin qulağını çərtib azad buraxar, ətini və südünü haram hesab edib yeməzdilər. Saibə - müəyyən bir məqsəd üçün bütlərə nəzir deyilən dəvə. Həmin niyyət həyata keçən kimi, o dəvəni bütün işlərdən azad edib sərbəst buraxar, ətini və südünü yeməzdilər. Vəsilə - bütlərə məxsus edilən qoyun. Bu qoyun dişi bala verdikdə onu özlərinə götürər, erkək bala verdikdə onu bütlərə qurban kəsərdilər. Həmin qoyun biri erkək, biri dişi olmaqla əkiz doğduqda isə: “Dişi bala bizimdir, erkək də bacısına yapışıb”- deyərək hər ikisini özlərinə götürərdilər. Hami - belindən on bala gəlmiş erkək dəvə. Ona da heç bir yük qoşmaz, sərbəst buraxardılar. Bəzi müfəssirlərə görə, onun əti və yunu haram hesab olunar, digərlərinə görə isə, o öldükdə ətindən həm kişilər, həm də qadınlar yeyərdilər. (V.M.)

35 106-cı və sonrakı ayələr II surənin 180-ci ayə-sindən çox sonra nazil olmuşdur.

36 Bax qeyd I.

6. əl-Ənam surəsi

1 Surənin adı üçün bax 138-ci və sonrakı ayələrə. Hicrətdən bir az qabaq nazil olub: qüreyşilər hələ Allaha inanmırlar. Bax 106-cı ayəyə: “Allaha şərik qoşanlardan üz çevir.”

2 Bəziləri bunun zərdüştlərə işarə olduğunu hesab edirlər.

3 Mətndəki qirtas sözü burada və bir də 98-ci ayədə işlənmişdir. A. Qromana görə (Qirtas, I A, VI, səh. 575-576) qirtas papirusdur.

4 Onlar indiki kimi eyni etirazları edərdilər.

5 Bəziləri bu ayəni Mədinə ayəsi hesab edirlər. Söz “Əhli-kitab”dan gedir.

6 Bax II surənin 146-cı ayəsinə.

7 Bu ibarə özündə yalan olduğu üçün ya cavab, ya da bəhanədir. Qiyamət gününə əsası olmayan inamsızlıdır.

8 Yəni buna gücün çatmaz. O halda səbir et və Allahın hökmünü gözlə.

9 Heyvanlar pars icmasının əqidəsindədir.

10 Səma kitabında, lövhi-məhfuzda, yaxud onun timsalı olan Quranda.

11 ”Bütlər ilahidir” sözündə sabitsiniz, xilas olmanız üçün onlara yalvarıb dua edin.

12 42-45-ci ayələr peyğəmbərlər haqqında hekayətin ümumi formasıdır.

13 Bu ayədə söhbət dövlətli və kasıb məkkəlilər haqqında gedir.

14 Burada və 70-ci ayədə olan “bihi” sözü haqqında əvvəlcə danışılmayan Qurandan gedir. Bəlkə də, bu ayəni 92-ci ayədən sonra yerləşdirmək lazımdır?

15 İbrahimin (Avraamın) tarixi üçün stereotip ifadədir.

16 Burada İbrahimin atasının adı ilk dəfə çəkilir. Bu ad Elazardan əmələ gəlmişdi. İbrahimin (Avraamın) atasının adı Terax olub. Onu öz nökəri Yeliyezerlə qarışdırırlar.

17 76-79-cu ayələr yəhudilərin əfsanələrindən gəlir.

18 Burada yalnız Tövratda adları çəkilənlər verilir. (Məryəm və Adəm buraxılıb). Ərəb adları: Nud, Saleh, Şüeyb, İdris və Zül-Kifl sadalanmır. Bəlkə də, şüurlu şəkildə belə edilir.

19 Bəlkə bu, mədinəlilərə işarədir.

20 91-117-ci ayələr bütöv bir hissədir. Bəziləri hesab edir ki, 91-94-cü ayələr hicrətdən qabaq nazil olub.

21 Yəni Muhəmməd peyğəmbərə.

22 Bəziləri bu ayədə, yəhudilərə işarə görərək onu Muhəmməd peyğəmbərin Mədinədə olduğu vaxta aid edirlər.

23 Bax 3-cü qeydə.

24 Bunu Mədinə ayəsi hesab edirlər: yalançı peyğəmbərlər (Müseylimə və başqaları) və ya Abdullah ibn Səd ibn Əbu Sərh əl-Əmiri. O, bir vaxt Muhəmməd peyğəmbərin katibi olmuş, lakin vəhyləri təhrif etdiyi üçün qovulmuş və hətta Peyğəmbər onu öldürtmək istəmişdir. Yalnız Osmanın xahişinə görə bağışlanmışdır. 656-657- ci ildə ölmüşdür.

25 95-103-cü ayələr Allahın qüvvətini və qüdrətini göstərən məşhur kəlamlardır.

26 Bu haqda müxtəlif izahatlar var: atanın beli ananın bətni; dünyada olduğu yer və qəbirdə qalmaq; olduğu yer - gələcək həyat və i. a. (Bax Muhəmməd Əli, Quran, Lahor, 1920, səh. 308-309, qeyd 805).

27 Bu ayə məkkəlilərin əleyhinədir. Sonralar xaçpərəstlərin əleyhinə yönəldilmişdir.

28 Və ləm yəkun lahu sahibətun. Quranşünas Nilsen sahibətun sözünü ərəblərin “ilahilər anası”nın əleyhinə olan mübahisənin axırıncı sədalarından hesab edir. Həmçinin bax 72-ci surənin 3-cü ayəsinə.

29 Nadir haldır ki, Muhəmməd peyğəmbər haqqında “mən” deyilir.

30 Bəziləri buna Məkkəni tərk etmək barədə əmr kimi baxırlar.

31 Qoy onlar bütpərəst olub qalsınlar. Vaxtı gələndə cəzasını çəkərlər.

32 118-121-ci ayələrin, ola bilsin ki, 135-153-cü ayələrlə bağlılığı vardır.

33 Bu ayənin 16-cı surənin 115-ci ayəsilə və ya 6-cı surənin 145-ci ayəsilə rabitəsi var.

34 Burdakı zahirəl-ismi və batinəhu ifadəsinin, bəlkə də, 138-ci ayədə keçən zühuruha və 139-cu ayədə keçən ma fi butuni ilə rabitəsi var.

35 122-134-cü ayələr vahid bir hissədir.

36 Təfsirçilər elə güman edirlər ki, burada Həmzə (və ya Ömər, yaxud Əmmar) nəzərdə tutulur. Daha düzü Muhəmməd peyğəmbər özüdür.

37 94-cü surənin birinci ayəsi üçün vacibdir.

38 Mənası haqqında bax P. Eyhler. Quranda Cin, Şeytan və Mələk. Leypsiq, 28, səh. 16 (alman dilində).

39 135-153-cü ayələr müxtəlif sərəncamlardır.

40 Ola bilsin ki, bu körpə qızları diri-diri basdırmağa işarədir. Əl-Beyzaviyə görə (1, səh. 310) burada söhbət bütlərə qurban etməkdən gedir.

41 4-cü surənin 118 və 160-cı ayələrilə müqayisə et.

42 141 və 145-ci ayələri bəzən Mədinə ayələrindən hesab edirlər.

43 Bəziləri fərşən ifadəsini “kəsmək üçün” kimi izah edirlər.

44 39-cu surənin 6-cı ayəsilə müqayisə et.

45 Guya burada bütpərəstliyi həyata keçirən Əmr ibn Luhəyy nəzərdə tutulur. Əmr ibn Luhəyy bəni Xuzaə qəbiləsinin əfsanəvi rəisi olub, müsəlman müəlliflərinə görə, Məkkədə hökmranlıq etmişdir. Həmin müəlliflər Əmri, İbrahimin dinini (əlhənifiyyə) pozaraq Məkkəyə bütpərəstliyi gətirməkdə ittiham edirlər. Məsudiyə görə, Əmr 345 il yaşamışdır.

46 Bəziləri bu ayəni Mədinə ayələrindən hesab edirlər.

47 Bəziləri bu ayəni Mədinə ayələrindən hesab edirlər. 16-cı surənin 188-ci ayəsilə müqayisə et.

48 Yalnız dəvə və ya dəvəylə dəvəquşu.

49 Əl-Beyzaviyə görə (1. 313) bu, quyruqdur.

50 Bəziləri 151-153-cü ayələri Mədinə ayələrindən hesab edirlər.

51 Bəlkə, Mədinə ayəsidir.

7. əl-Əraf surəsi

1 Əraf-Urfun (ərəbcə) cəmidir. “Tacəl-ərusa” görə, ‘urf ‘uruf “ yüksək qum təpəsi” deməkdir, hər yüksək yerə deyilir. Əl-Əraf surəsinə bu adın verilməsi, cənnətliklər Cənnətə, cəhənnəmliklər Cəhənnəmə daxil olduqdan sonra, aralarını bir sədlə ayıraraq bu səddin yüksək yerlərində, yəni Ərafda bir dəstə adamın olması və ya bu Əraf əhlinin cənnətlik və cəhənnəmlikləri əlamətlərindən tanıyacaqlarına görədir. Digər tərəfdən, Təbərinin dediyinə görə, Əraf Cənnətlə Cəhənnəm arasında bir təpədir ki, burada bir dəstə camaat saxlanılır. Bunların Ərafda saxlanma səbəbi isə savab və günahlarının bərabər olmasıdır. Bu surənin beş qismi vardır: Adəm və onun oğullarına öyüd verilməsi (1-58-ci ayələr); qədim peyğəmbərlər Nuh, Saleh, Şüeyb (59-102-ci ayələr); Musa və yəhudilərin sonrakı taleyi (103-174-cü ayələr); Allahın naməlum (anonim) düşməni (175- 186-cı ayələr) və axır saat (187-206-cı ayələr). Ola bilsin ki, bu ayələri Muhəmməd peyğəmbər özü birləşdirmişdir. Surənin birinci hissəsi, ola bilsin ki, Məkkədə ziyarət vaxtı nazil olub.

2 Təfsirlərə görə, bu, bütpərəstlikdir və ya Kəbə ətrafında lüt qaçmaqdır.

3 Bəziləri bu ayəni Mədinə ayələrindən hesab edirlər.

4 Müqayisə et: İncil, Matfey, XIX, 24; Luka, XVIII, 25; Mark, X, 25 -”Dəvə iynənin gözündən daha rahat keçə bilər, nəinki dövlətli Cənnətə”.

5 Cənnət səddi üzərində olan insanlar haqqında müxtəlif mülahizələr var. Adi halda bunlar bir Allaha inananlardır, lakin onların işləri natamamdır, yəni xeyir və şər əməlləri bərabərdir. Bunlar, əzaba düçar olan kimsələrdir ki, özlərinə veriləcək mükafatlar və keçmiş işgəncələr haqqında yalnız burada öyrənirlər. Bəlkə, bura bir növ müvəqqəti məhşərdir, günahların təmizlənmə yeridir.

6 59-136-cı ayələr cəzalar haqqında yeddi hadisənin sadalanmasıdır.

7 Həmin sözləri Muhəmməd peyğəmbər özü məkkəlilərə (bax 53-cü surənin 23-cü ayəsinə) və Yusif məhbus yoldaşlarına (bax 12-ci surənin 40-cı ayəsinə) demişlər.

8 Səmud - qədim ərəb qövmlərindən biri olub, Ad, İrəm və Vibar kimi peyğəmbərlərdən daha qədim zamanlarda yox olmuşdur. Eradan əvvəl 715-ci il tarixli Sarqon kitabəsi Səmudu Aşurilərin öz hakimiyyəti altına aldıqları şərqi və mərkəzi Ərəbistan qövmləri arasında zikr edir.

9 E.Palmerin fərziyyəsinə görə (Quran, 1, Oksford, 1880, səh. 147) söhbət Sinadan və yəhudilər haqqında olan xatirədən gedir.

10 Dişi dəvə haqqında bax 11-ci surənin 64-cü və 17-ci surənin 59-cu ayələri və i. a.

11 Ad - Quranda adı çəkilən qədim qüdrətli bir qövm olub Nuh dövründən sonra yaşamış, zaman keçdikcə öz sərvəti və rifahına görə qürur və təkəbbürə qapılmışdır.

12 Bu surənin 91-155-ci və 29-cu surənin 37-ci ayəsilə müqayisə et.

13 Lut - Kitabi-müqəddəsdə Lut. Lutun islam dinində və Quranda Kitabi-müqəddəsdəkindən daha böyük əhəmiyyəti vardır. Bu da onunla izah olunur ki, Lutun tarixi (Quranda adı çəkilməyən günahkar) Sədum şəhərinin tarixi ilə əlaqədardır. O, Muhəmməd peyğəmbərin nəzərində öz sələfləri Şüeyb, Hud, Saleh, Nuh ilə birlikdə rəzalətlərə qarşı mübarizə aparan bir peyğəmbər idi. Lut haqqında olan rəvayətlər üçün bax Təbəri, 1, səh. 266, 267, 321; 325-343; İbn əl-Əsir, 1, səh. 46-48.

14 Bu ifadə Lutun tarixi üçün səciyyəvidir. 29-cu surənin 29-cu ayəsi ilə müqayisə et.

15 Mədyən Şüeyb Əqəbə körfəzinin şərq sahilində bir şəhərdir.

16 Ola bilsin ki, Məkkədə olan aclığa işarədir. 130-cu ayə ilə müqayisə et.

17 Musa qapqara zənci kimi idi.

18 İncildə tufan haqqında heç bir şey deyilmir.

19 143-144-cu ayələr, ola bilsin ki, Musanın İkinci kitabındadır. Bax Xüruc, XXXIII, 18-23.

20 Burada Əhdi-Ətiqin Ərqam fəslindəki (XVI, 1 və sonralar) Musanın və Harunun əleyhinə üsyan edən Koreyin əhvalatı izah olunur. Fəsildə 250 nəfərdən söhbət gedir.

21 Həmin ayənin Mədinə ayələrindən olmasına bir neçə işarə vardır. əl-Ümmi - yalnız Mədinə surələrində- ”bütpərəstlər” içərisindən çıxmış peyğəmbərin Əhli-kitaba qarşı qoyulmasıdır; Məkkə surələrində Tövrat və İncilin adları heç vaxt çəkilmir.

22 Ümmi peyğəmbərin (ən-nəbiyyu-l-ummiyyu) Tövratda və İncildə adının çəkilməsinə burada birinci dəfə rast gəlinir.

23 Faaminu billahi və rəsulihi-n-nəbiyyi-l-ummiyyi.

24 2-ci surənin 57-ci və sonrakı ayələrilə müqayisə et.

25 2-ci surənin 58-ci ayəsilə müqayisə et.

26 Hittə (“bizi bağışla”) sözünü hintə (“buğda”) sözü ilə əvəz etdilər.

27 Qəsəbə deyilən bir məntəqə, guya Qırmızı dənizin sahilindəki “Əylə”dir.

28 Bəziləri 163-cü, yaxud 163-cü və sonrakı ayələri Mədinə ayələrindən hesab edir,“soruş”u (və əsalhum) Mədinə yəhudilərinə aid edirlər. 32-ci surənin 64-cü ayəsilə müqayisə et.

30 Və iz nataqnal-cəbəl. Burada nataqa felinə “söküb” mənasını D.Kustlinker (Quranda Tur və Cəbəl. Krakov, Roçnik Oriyentalistiçni, V, (1927), 1929, səh. 66, alman dilində) verir. Başqa tədqiqatçılar yəhudi nitq kökünü (vırvatğ) “qoparmaq”, “dartıb çıxartmaq” mənasında verirlər.

31 2-ci surənin 63-cü ayəsilə müqayisə et.

32 175-186-cı ayələr möminlikdən uzaqlaşan adam haqqındadır.

33 Təfsirçilər burada müəyyən şəxsləri görürlər: Ümeyyə ibn Əbu-Səlti (630 və ya 632-ci ildə vəfat edib), Əbu Amiri, Bələm bin Bauru və s. Bəziləri burada Kəb ibn əl-Əşrəfi görür və bu ayəni Mədinə ayələrindən hesab edirlər. Kəb ibn əl-Əşrəf (?- 625) Muhəmmədin müxalifi idi. C.Valker (Quranda İncil simaları. Peysli, 1931, səh. 37-38, ingilis dilində) burada İncilin Valaamını görür. (Bax Pyotrun İkinci risaləsi, II, 15, 22).

34 Onlara, yəni insanlara və cinlərə müraciətdir. 6-cı surənin 130-cu ayəsilə müqayisə et.

35 Adlar doxsan doqquzdur, yüzüncü Allahdır. Bu adlar ilahi mahiyyətin ən uca sifətlərini, əlamətlərini ifadə edir.

36 Yəni onun adlarının müqəddəsliyini pozurlar: a) ona layiq olmayan və ya düzgün olmayan adlar verirlər; b) sifətləri, əlamətləri düz izah etmirlər. Əl-Beyzaviyə görə, bu adları Allahın adlarından düzəldib onları bütlərə verirlər.

37 187-206-cı ayələr son saat haqqındadır.

38 Uşağa Əbdulharis adı (Şeytanın adını) vermək haqqında olan əfsanədir.

39 Bəziləri hesab edir ki, bu, Mədinə ayəsidir.

40 41-ci surənin 36-cı ayəsinə bax.

41 Bəziləri hesab edir ki, bu, Mədinə ayəsidir.

8. əl-Ənfal surəsi

1 Bədr döyüşündən sonra bir ay ərzində nazil olub. 1-28-ci ayələr, ehtimal ki, 29-44-cü ayələrdən bir az qədimdir.

2 Qənimətə 115 dəvə, 14 at, parça, silah, ərzaq daxil idi. 41-ci ayə ilə əlaqəsi var.

3 40 nəfərlik mühafizə dəstəsi olan karvan və min nəfərlik köməkçi qoşun.

4 3-cü surənin 13-cü və 124-cü ayələrilə müqayisə et.

5 3-cü surənin 13-cü ayəsilə müqayisə et.

6 Məkkəlilərə və ya Peyğəmbərin Mədinədəki tərəfdarlarına müraciətdir.

7 Yəcəl ləkum furqanən. Əş-Şərani furqanı belə izah edir: Furqan onların qəlblərində olan mizandır (mizanən fi qulubihim). Bax A.E.Şmidt (Əbdəl-vəhhəb ƏşŞərani, SPb,1914. səh.10)

8 Məkkə haqqında xatirədir. Bəziləri 30-35-ci ayələri və ya təkcə 30-cu ayəni əsaslı surətdə Məkkə ayələrindən hesab edirlər.

9 Bəziləri bu ayəni Ühüd döyüşü vaxtına aid edirlər.

10 41-ci ayə vaxt etibarilə birinci ayədən sonra nazil olub.

11 Bəlkə, 7-ci ayə ilə əlaqəsi var.

12 3-cü surənin 13-cü ayəsilə müqayisə et.

13 45-62-ci ayələr döyüşdə sabit olmaqdan ötrü öyüd-nəsihətdir.

14 52-ci ayə 3-cü surənin 11-ci ayəsi ilə eynidir.

15 54-cü ayə 52-ci ayənin bənzəridir.

16 55-ci ayə 22-ci ayənin bənzəridir.

17 Peyğəmbərin əleyhinə hərəkət etməməyə söz verən Bəni-Qurəyzə qəbiləsi bu əhdi pozub Bədrdə müşriklərə kömək etmişdi. Onlar bundan sonra bağlanan bir andı da pozaraq Xəndək döyüşündə yenə Muhəmməd peyğəmbərin əleyhinə çıxdılar.

18 Bu ayəni bəzən Bədrdən sonra mübarizə aparılan Bəni-Kaynukaya aid edirlər.

19 26-cı ayə ilə müqayisə et.

20 Bu ayəni bəzən Ömərin islamı qəbul etdiyi vaxta və ya Bədr döyüşü ərəfəsinə aid edirlər.

21 Bədr döyüşünə qədər olan vaxta da aid edilə bilər.

22 Müsəlmanların artması ilə bu ayənin hökmü bundan sonra gələn ayə ilə nəsx (ləğv) edilmişdir.

23 Başqa redaktədə bax 65-ci ayəyə.

24 Bu ayəni Ühüd döyüşünə aid edirlər, ola bilsin ki, Bədrdən sonra nazil olub.

25 Bədrdə alınan qənimətdir.

26 70-ci ayə Bədr dövrünə aiddir.

27 74-cü ayə Bədrdən sonrakı dövrə aiddir.

28 Bu ayə də mədinəlilərlə qardaşlığa işarədir. Qardaşlıq ləğv edilmişdir (lakin bu, 72-ci ayəni ləğv etmir).

9. ət-Tovbə surəsi

1 Surənin adı Tövbə Bəraətdir. Ən mühüm ayələr Əlinin vasitəsilə hicri 9-cu ilin (II-III, 631) həcci vaxtında deyilib. Həcmi naməlumdur. Surənin əsas hissəsi 9-cu ilin rəcəbində (X-X. 630) Bizans imperiyasının əleyhinə yürüş haqqındadır. Bəziləri bunu sonuncu surə hesab edirlər. Yeganə surədir ki, bismillahsız başlanır. Şiələr bu surəni 8-ci surə ilə bir sayırlar (bismillaha görə). Tövbə (ərəbcə-Tauba) - əslində “geri dönmə”dir, t-v-b kökündən düzəlmiş feli isimdir. Bu fel Quranda (IV, 21, 22; IX, 105; XXXXII, 24) ya mütləq, ya da tam doğru peşmançılıqla Allaha üz çevirən, Allaha tərəf qayıdan kimsə ilə bağlıdır. Tövbənin mötəbərliyi üç şeylə bağlıdır: 1) günahı, təqsiri anlamaq, hiss etmək; 2) peşmançılıq; 3) gələcəkdə günahdan qaçmağa dair qəti qərar (əl-Qəzalinin yazdığı İhyauülum əd-din əsərinin IV kitabında bu mövzu bütün təfərrüatı ilə verilir). Bu şərtlər yerinə yetirildikdə Allah tövbəni qəbul edir.

2 Şiələrdə “Əlidən”dir.

3 13-16-cı ayələr Məkkənin alınmasına qədər nazil olub. 13-cü ayə Hüdeybiyyədə bağlanan əhdin pozulması haqqındadır.

4 17-22-ci ayələr məzmun etibarilə 13-16-cı ayələrlə bağlıdır: müşriklər Kəbənin qoruqçularıdır.

5 Rəvayətə görə, Muhəmməd peyğəmbərin əmisi Abbasa işarədir.

6 23-24-cü ayələr hərbi səfərdən qabaq nazil olub və bundan boyun qaçıranların əleyhinədir.

7 Bütpərəstlərlə əlaqələr qırılanda.

8 25-27-ci ayələr səfərdən qabaq nazil olub. Hüseyn haqqında xatirədir (Hicri 8-ci ilin şəvval ayı - 630-cu ilin yanvar-fevralı).

9 28-ci ayə 1-12-ci ayələrlə bir vaxtda nazil olub.

10 P.Kazanova (Muhəmməd, səh.152-153) minəl-ləzinə utu-l-kitab ifadəsini sonradan (cizyənin təkcə qeyri-ərəblər tərəfindən verilməsini təsdiq etmək üçün) əlavə ediblər.

11 29-35-ci ayələr səfərdən qabaq nazil olub; xaçpərəstlərlə müharibədir.

12 36-37-ci ayələrin nazil olduğu vaxt müəyyən deyil.

13 38-41-ci ayələr Təbuk səfərindən qabaq nazil olub. Təbuk Şamdan Mədinəyə gedən həcc yolunda olan şəhərdir. Peyğəmbər zamanında Təbuk Ərəbistanın şimalındakı sərhəd məntəqələrindən biri idi. Bu yer Peyğəmbərin hicri 9-cu ildə şimala qarşı başladığı mühüm səfərə görə məşhur olmuşdur.

14 8-ci surənin 38-ci ayəsi ilə müqayisə et.

15 İbn Hişama görə (səh. 924) 41-ci ayə surənin ən qədim ayəsidir.

16 42-48-ci ayələr səfər vaxtına aiddir.

17 Bu sözlər Abdullah ibn Übeyyin ünvanınadır.

18 49-57-ci ayələr səfərdən qabaq nazil olub.

19 58-72-ci ayələr yürüşlə əlaqəsi olmadan Muhəmməd peyğəmbərə sədəqələrin bölünməsində bəraət qazandırır.

20 Burada əl-Mütəfikə dedikdə iki şəhər - Sodom (Sədum) və Qomorra nəzərdə tutulur. Bu iki şəhər, əhalisinin pozğunluğuna görə Allah tərəfindən alt-üst edilmişdir. Bax İncil, Kövn, XIX, 23-29.

21 73-80-ci ayələr səfərdən qayıtdıqda nazil olub.

22 Abdullah ibn Ubeyyin ölümünə aiddir.

23 81-86-cı ayələr 630-cu ilin payızında Bizans əleyhinə olan səfərin özünə aiddir.

24 Əgər 84-cü ayə Abdullah ibn Ubeyyin ölümünə aiddirsə, onda bu ayə daha sonra nazil olub.

25 Söhbət səfərdə iştirak edə bilməyən kasıblardan gedir.

26 97-106-cı ayələr səfərdən qayıdanda 73-80-ci ayələrlə bir vaxtda nazil olub.

27 94-cü ayə ilə müqayisə et.

28 106-cı ayə qalanların tövbəsidir; 102-ci ayə ilə müqayisə et.

29 107-110-cu ayələr Mədinəyə gedəndən bir az əvvəl nazil olub. Təbuk səfəri vaxtına aiddir.

30 Əvvəldən Peyğəmbərlə düşmənçilik edən, sonradan Şama qaçan və münafiqlər tərəfindən özlərinə köməkçi olmaq üzrə geri gəlməsi gözlənən rahib Əbu Amirə pusqu hazırlamaq.

31 Pislik üçün qurulan bu məscid Peyğəmbərin əmri ilə söküldü, yeri də zibilliyə çevrildi.

32 Şərhçilər bəzən, əsassız olaraq , burada Əbu Talibə və Aminəyə işarə olunduğunu güman edirlər.

33 117-118-ci ayələr, ola bilsin ki, 97-ci və sonrakı ayələrlə eyni vaxtda nazil olub.

34 Ənsarlardan Kəb ibn Malik, Hilal ibn Ümeyyə və Mərara ibn Rabii.

35 123-126-cı ayələr dinsizlərə qarşı mübarizədir.

36 Bəziləri 128-129-cu ayələri Məkkə ayələrindən hesab edirlər.

10. Yunus surəsi

1 Yunis özünə, digərləri kimi vəhy nazil olduğu bildirilən (Quran, IV, 163) peyğəmbərdir. Tövratda (Çarlıqlar, II, XIV, 25; Yona, 1, 1). Yuna İbn Amittay və İncildə (Çarlıqlar, IV, XIV, 25; Peyğəmbər İonanın kitabı, I, I) Qafheferdən olan peyğəmbər Amafininin oğlu İona, Quranda dörd yerdə adı çəkilən Yunisdir. Lakin hədislərə dair əsərlərdə (məs., Səhih əl-Buxari, IV, 159; VI, 57), nəbilərin tərcümeyi-hallarından bəhs edən kitablarda (məs.: Əbu İshaq əs-Sələbi. Ərais əl-məcalis, Qahirə, 1325, səh. 229) Yunis ibn Məttə kimi zikr olunur. Burada Məttə Mattanın, Amittayın ərəbləşmiş şəkli olduğu aydındır. Tövratda deyilənə görə, Yunis peyğəmbər qədim İsrail padşahı II İerovoam (m. q. 796-746) dövründə yaşamışdır. Təbəri (1, 457) və İbn əl-əsir (1, 125) Yunis peyğəmbərin Mosulun Ninəva (Nineva) adlanan bir kəndindən olduğunu qeyd edirlər. İslam tarixçilərinin Assuriya padşahlığına mərkəz olmuş Ninəvadan kənd kimi bəhs etmələri, onun xarabaya çevrilmiş halını görmələrindən irəli gəlir. əl-Məsudi (1, 313) buranın müxtəlif yerlərində bütlər qalmış qeyri-məskun bir yer olduğunu bildirir. Yunis peyğəmbər bütlərə sitayiş edən bu şəhər əhlini tövhidə (Allahın birliyinə) dəvət etməyə mükəlləf olmuş və bu məqsədlə onların arasında 33 il qalmışdır. Lakin onun bütün səylərinə baxmayaraq əhalidən yalnız iki nəfəri iman gətirmişdi. Bundan bərk hirslənən Yunis hər şeydən ümidini üzüb şəhər əhli barəsində pis fikrə düşmüşdü. Allah dərgahından ona xitab edilib tələsməmək buyurulmuş və yenidən qırx gün müddətində onları imana dəvət etmək əmr olunmuşdu. Lakin 37-ci gündə də heç bir nəticə alınmadığına görə Yunis onlara üz tutub: “Sizə üç gün içində əzab gələcək və rənginiz dəyişəcək!” demişdi. Ertəsi gün, rənglərinin dəyişməsini görən qövmü Yunisin dediyinin düz çıxdığını görərək əzabın gələcəyinə inandılar. Yunis peyğəmbər 40-cı gecə şəhərdən getdi. Ertəsi gün göy üzünü qara buludlar bürüyüb ətrafın qorxunc bir dumana qərq olmasını görənlər məhv olacaqlarını başa düşərək Yunisi axtardılar, lakin tapa bilmədilər. Ancaq etdikləri səmimi tövbə sayəsində əzabdan xilas oldular. Quranın XXXVII surəsinin 140-147-ci ayələrində Yunisin şəhərdən qorxu içində qaçmağından, bir gəmiyə minməyindən, burada püşk atılmasından, Yunisin özünü dənizə tullamasından, bir balıq tərəfindən udulmasından, sonra xəstə vəziyyətdə sahilə atılmasından və s. bəhs edilir. Rəvayətə görə, surədə bir neçə Mədinə ayələri də var: 40 (yəhudilərə deyilən), 58 və 94; 94 və sonrakılar, yaxud 58-59.

2 41-ci surənin 45-ci ayəsi ilə müqayisə et.

3 18-ci surənin 45-ci ayəsi ilə eynidir.

4 Bir pisliyin əvəzində bir cəza var. Halbuki bir yaxşılığa onun on qatından yeddi yüz qatına qədər və daha çox mükafat vardır.

5 Eyni miqdar 2-ci surənin 23-cü ayəsindədir; 11-ci surənin 13-cü ayəsində - 10 surədir.

6 14-cü surənin 4-cü ayəsi ilə müqayisə et.

7 Muhəmməd Əliyə görə (Quran, Lahor, 420; səh. 448, 92-ci ayə, qeyd 1153) burada söhbət Firon II Ramzesdən gedir (XIX sülalə e.ə. 1314-1200-cü illər). Bax Kitabi- müqəddəs, Xüruc, G IV, 30: “O günü Rəbb İsrail oğullarını misirlilərin əlindən xilas etdi və israillilər misirliləri dəniz sahilində ölmüş gördülər”. Müsəlmanların rəvayətinə görə, yəhudilər Fironun boğulmasına şübhə edirdilər. Amma Cəbrailin əmrilə Fironun cəsədi dəniz dibindən suyun üzərinə qalxdı.

11. Hud surəsi

1 Hud, Ad qövmünə göndərilən peyğəmbərdir. Bu qövm haqq yolundan ayrılıb təkəbbürə və lovğalığa qapılmışdı. Yəhudi əfsanələrinə görə, Allah Ad qövmünü üç il davam edən quraqlıqla cəzalandırmışdı. Onlar da aralarından bəzilərini Məkkəyə yağış duasına göndərmişdirlər. Allah göy üzündə biri ağ, biri qırmızı, biri də qara - üç bulud xəlq etmiş və onlardan Qeyl adlı birini göydən gələn bir səda ilə bu üç buluddan birini seçməyə çağırmışdı. Qara buludu seçəndə Ad üzərinə dəhşətli bir fırtına peyda olur, Ad qövmü, Hud və ümməti istisna olmaqla, məhv olur (bax Quran, 69, 6). Rəvayətə görə, Hud 150 il yaşayıb. İbn Bəttu-təyə görə, Hudun məzarı Şamda, Böyük camedədir. Başqa rəvayətə görə, Hud digər 98 peyğəmbərlə birlikdə Kəbədə uyuyur. Quranda işlənən “hadə” sözü yəhudilərin müştərək təsviridir və h, v, d kökü orada “yəhudiliyi qəbul etmək” mənasında küll halında bütün yəhudilərə verilən addır. Bəlkə də Hud məcazi bir şəxsdir. Bax Sələbi, Qisəsəl-ənbiya, 1290, səh. 63 və başqaları.

2 Bəzilərinə görə, 5-ci ayə Taifdə (Yəmən) nazil olub.

3 Bəziləri 12-ci ayəni Mədinə ayələrindən hesab edirlər.

4 Bəziləri 17-ci ayəni yəhudilər haqqında söhbətə görə Mədinə ayələrindən hesab edirlər.

5 Və mən yakfur bihi minəl-əhzab. Burada əl-əhzab Məkkə əhli və onların Muhəmməd peyğəmbərlə mübarizələrindəki müttəfiqləridir.

6 Bax 13-cü ayəyə.

7 Cudi və ya Cudi Dağı Dəclə çayı kənarındakı Civrənin 32 km cənub - şərqində, Mardin və Siirt vilayətləri hüdudunda, Türkiyə - İraq sərhədindən 15 km məsafədə məşhur bir dağdır (hündürlüyü 2100 m). Cudi dağının şöhrəti Nuhun gəmisinin bu dağ üzərinə oturmuş olduğuna dair məşhur Mesopotamiya əfsanəsilə bağlıdır. Doğrudan da, X əsrə qədər bir çox erməni müəlliflərinin və daha başqalarının əsərlərinə əsaslanaraq, Ağrı (Ararat) dağının tufanla əlaqəsi olmadığını böyük qətiyyətlə sübut etmək mümkündür. Qədim erməni rəvayətlərində Nuhun gəmisinin bir dağ üzərinə oturması haqqında heç bir məlumat yoxdur. Nuhun gəmisinin Masis dağı zirvəsinə oturmasına dair olan rəvayət, ancaq XI və XII əsrlərdə erməni ədəbiyyatında özünə yer tutmağa başladı. Nuhun gəmisi, onun Ararat və Cudi ilə münasibətlərinə dair islam və xristian əfsanələri haqqında bax Q. Veyl. Müsəlmanların İncil əfsanələri, 1895 (alman dilində) və başqa əsərlər.

8 Saleh əsl ərəb peyğəmbərlərindəndir.

9 77-83-cü ayələrin mətnini müqayisə et: İncil, Təkvin, 19-cu fəsil.

10 Bəlkə, söhbət məkkəlilər haqqındadır.

11 Burada ilk dəfə (yəhudilərin vasitəsilə) Şüeyb Mədyəni adlanır.

12 Mədyənilər həmişə ölçünü və çəkini saxtalaşdırmağa çalışanlar kimi məzəmmət olunur (yenə də bax 26-cı surənin 181-ci və başqa ayələrinə; 7-ci surənin 85-ci və 11-ci surənin 86-cı ayələrinə).

13 Bax 67-ci ayəyə.

14 Əzab əbədi deyil.

15 Musanın burada zikr olunması 96-cı ayənin məzmunu ilə bağlanmır.

16 Bəziləri 114-cü ayəni (namazın vaxtını müəyyən etməkdə) Mədinə ayələrindən hesab edirlər.

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]