Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
VM uh -2014.docx
Скачиваний:
10
Добавлен:
07.02.2016
Размер:
474.91 Кб
Скачать

FƏSIL I

#1

Vergi ödəyicisinin əsas [vergini ödəmək] vəzifəsi hansı qanunvericilik sənədi ilə müəyyən edilmişdir?

A) Azərbaycan Respublikasının Mülki Məcəlləsi

B) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi

C) Azərbaycan Respublikasının Cinayət Məcəlləsi

D) Azərbaycan Respublikasının Konstitusiyası

#2

Vergi qanunvericiliyinin pozulmasına görə maliyyə sanksiyalarının tətbiqi Azərbaycan Respublikasının hansı qanunvericilik aktı ilə müəyyən edilir?

A) Azərbaycan Respublikasının Konstitusiyası ilə

B) Vergi Məcəlləsi ilə

C) Mülki Məcəllə ilə

D) İnzibati Xətalar Məcəlləsi ilə

#3

Vergi ödəyicilərinin və dövlət vergi orqanlarının vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən [hərəkətsizliyindən] şikayət edilməsi qaydaları hansı qanunvericilik aktı ilə müəyyən edilir?

A) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi

B) Azərbaycan Respublikasının Konstitusiyası

C) Azərbaycan Respublikasının Vergi Məcəlləsi

D) Azərbaycan Respublikasının Mülki Məcəlləsi

#4

Naxçıvan Muxtar Respublikasında və bələdiyyələrdə vergitutmanın ümumi əsasları və vergilər Azərbaycan Respublikasının hansı qanunvericilik aktı ilə müəyyən edilir?

A) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə

B) Bələdiyyələr haqqında qanunla

C) Naxçıvan Muxtar Respublikasının Vergi Məcəlləsi ilə

D) Azərbaycan Respublikasının Konstitusiyası ilə

#5

Vergi Məcəlləsi ilə müəyyən edilən anlayışlar və qaydalar vergitutma məqsədi ilə müəyyən edilir və

A) müstəsna olaraq Vergi Məcəlləsi və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktlar ilə tənzimlənən vergitutma və vergi nəzarəti ilə bağlı münasibətlər hüdudlarında tətbiq edilir

B) müstəsna olaraq Vergi Məcəlləsi ilə tənzimlənən vergitutma və vergi nəzarəti ilə bağlı münasibətlər hüdudlarında tətbiq edilir

C) müstəsna olaraq Vergi Məcəlləsi əsasında qəbul edilmiş normativ hüquqi aktlar ilə tənzimlənən yalnız vergitutma ilə bağlı münasibətlər hüdudlarında tətbiq edilir

D) müstəsna olaraq Vergi Məcəlləsi və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktlar ilə tənzimlənən yalnız vergi nəzarəti ilə bağlı münasibətlər hüdudlarında tətbiq edilir

#6

Azərbaycan Respublikasının vergi qanunvericiliyi hansı qanunvericilik aktlarından ibarətdir?

A)Vergi Məcəlləsinə uyğun olaraq qəbul edilmiş Azərbaycan Respublikasının qanunvericilik aktlarından ibarətdir

B) Azərbaycan Respublikasının Konstitusiyasından, Vergi Məcəlləsindən və onlara uyğun olaraq qəbul edilmiş Azərbaycan Respublikasının qanunvericilik aktlarından ibarətdir

C) Azərbaycan Respublikasının Konstitusiyasından və Vergi Məcəlləsinə uyğun olaraq qəbul edilmiş Azərbaycan Respublikasının qanunvericilik aktlarından ibarətdir

D) Azərbaycan Respublikasının Konstitusiyasından, Vergi və Gömrük Məcəllələrindən və onlara uyğun olaraq qəbul edilmiş Azərbaycan Respublikasının qanunvericilik aktlarından ibarətdir

#7

Vergi Məcəlləsinin əsasında və ya onun icrası məqsədi ilə qəbul edilmiş normativ hüquqi aktlar Vergi Məcəlləsinin müddəalarına

A) uyğun olmaya bilər

B) zidd ola bilər

C) zidd olmamalıdır

D) müvafiq olmalıdır

#8

Vergi qanunvericiliyi aktları ilə digər sahə qanunvericilik aktları arasında Vergi Məcəlləsinin 2.7-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla vergitutma və vergi nəzarəti məsələləri üzrə ziddiyyət yarandıqda hansı qanunvericilik aktları tətbiq edilir?

A) digər sahə qanunvericilik aktları tətbiq edilir

B) vergi qanunvericiliyinin aktları tətbiq edilir

C) həm digər sahə qanunvericilik aktları, həm də vergi qanunvericiliyinin aktları tətbiq edilə bilər

D) bu vergi orqanının qərarından asılıdır

#9

Azərbaycan Respublikasının vergi qanunvericiliyindən başqa hansı digər qanunvericilik aktlarına vergitutma və vergi nəzarəti məsələləri daxil edilə bilər?

A) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə

B) Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Torpaq Məcəlləsinə

C) İnzibati Xətalar Məcəlləsinə, Cinayət Məcəlləsinə, müflisləşmə və iflas haqqında qanunvericiliyə, büdcə qanunvericiliyinə, vergilər üzrə dövlət təminatlarının verilməsi ilə bağlı müddəalara, hasilatın pay bölgüsü haqqında, əsas boru kəməri haqqında və digər bu qəbildən olan sazişlərdə nəzərdə tutulan müddəalara

D) Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və Veteranlar haqqında Azərbaycan Respublikasının Qanununa

#9-1

Vergi azadolmalarının və güzəştlərinin verilməsi ilə bağlı müddəalar hansı qanunvericiliklə müəyyənləşdirilir. 

  1. yalnız Vergi Məcəlləsi ilə

  2. Vergi Məcəlləsi və İnzibati Xətalar Məcəlləsi ilə

  3. Müflisləşmə və iflas haqqında qanunvericiliyə, büdcə qanunvericiliyi ilə

  4. Vergi Məcəlləsi və Torpaq Məcəlləsi ilə

#9-2

Vergi Məcəlləsindən başqa digər hansı normativ hüquqi aktlarda vergi azadolmaları və güzəştləri ilə bağlı müddəalar nəzərdə tutula bilər?

  1. Digər normativ hüquqi aktlarda vergi azadolmaları və güzəştləri nəzərdə tutula bilməz

  2. İnzibati Xətalar və Cinayət Məcəlləsində vergi azadolmaları və güzəştləri nəzərdə tutula bilər

  3. Müflisləşmə və iflas haqqında qanunvericilikdə vergi azadolmaları və güzəştləri nəzərdə tutula bilər

  4. Büdcə qanunvericiliyində vergi azadolmaları və güzəştləri nəzərdə tutula bilər

#10

Aşağıdakılardan hansı istisna olmaqla, vergi qanunvericiliyindən başqa digər qanunvericilik aktlarına vergitutma və vergi nəzarəti məsələləri daxil edilə bilməz?

A) Əmək Məcəlləsi

B) Mülki Məcəllə

C) büdcə qanunvericiliyində vergilərlə bağlı müddəalar

D) Torpaq Məcəlləsi

#11

Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə vergilər haqqında Vergi Məcəlləsi ilə və ona müvafiq olaraq qəbul edilmiş normativ hüquqi aktlarla nəzərdə tutulmuş müddəalardan fərqli müddəalar müəyyən edildikdə, hansı müddəalar tətbiq edilir?

A) Mülki Məcəllənin müddəaları

B) Vergi Məcəlləsinin müddəaları

C) Beynəlxalq müqavilələrin müddəaları

D) Azərbaycan Respublikasının Mülki və Vergi Məcəllələrinin müddəaları

#12

Hansı hallarda Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə vergilər haqqında Vergi Məcəlləsi ilə və ona müvafiq olaraq qəbul edilmiş normativ hüquqi aktlarla nəzərdə tutulmuş müddəalardan fərqli müddəalar müəyyən edildikdə, həmin beynəlxalq müqavilələrin müddəaları tətbiq edilmir?

A) Azərbaycan Respublikasının tərəfdar çıxdığı ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilə ilə bu müqavilə bağlanan dövlətin qeyri-rezidentinə verilən vergi güzəştlərinə və üstünlüklərinə münasibətdə, həmin müqavilə onu bağlamış dövlətin rezidenti olan şəxs tərəfindən qeyd edilən güzəştlərin və üstünlüklərin alınması üçün istifadə edilirsə

B) Azərbaycan Respublikasının tərəfdar çıxdığı ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilə ilə bu müqavilə bağlanan dövlətin qeyri-rezidentinə verilən vergi güzəştlərinə və üstünlüklərinə münasibətdə, həmin müqavilə onu bağlamış dövlətin rezidenti olmayan şəxs tərəfindən qeyd edilən güzəştlərin və üstünlüklərin alınması üçün istifadə edilirsə

C) Azərbaycan Respublikasının tərəfdar çıxdığı ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilə ilə bu müqavilə bağlanan dövlətin rezidentinə verilən vergi güzəştlərinə və üstünlüklərinə münasibətdə, həmin müqavilə onu bağlamış dövlətin rezidenti olan şəxs tərəfindən qeyd edilən güzəştlərin və üstünlüklərin alınması üçün istifadə edilirsə

D) Azərbaycan Respublikasının tərəfdar çıxdığı ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilə ilə bu müqavilə bağlanan dövlətin rezidentinə verilən vergi güzəştlərinə və üstünlüklərinə münasibətdə, həmin müqavilə onu bağlamış dövlətin rezidenti olmayan şəxs tərəfindən qeyd edilən güzəştlərin və üstünlüklərin alınması üçün istifadə edilirsə

#13

Vergi Məcəlləsi qüvvəyə minənədək və ya o, qüvvəyə mindikdən sonra qanunla təsdiq edilmiş hasilatın pay bölgüsü haqqında, əsas boru kəməri haqqında və digər bu qəbildən olan sazişlərdə və qanunlarda, o cümlədən neft və qaz haqqında, ixrac məqsədli neft-qaz fəaliyyəti və xüsusi iqtisadi zonalar haqqında qanunlarda Vergi Məcəlləsində və vergilər haqqında digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş müddəalardan fərqli müddəalar müəyyən edildikdə, hansı müddəalar tətbiq edilir?

A) Yalnız sazişlərin müddəaları

B) Vergi Məcəlləsinin müddəaları

C) Sazişlərin və ya qanunların müddəaları

D) Yalnız qanunların müddəaları

14

Növbəti ilin dövlət büdcəsi layihəsi çərçivəsində vergi siyasəti, vergi inzibatçılığı və vergi dərəcələrinin müəyyən edilməsi ilə bağlı Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişikliklər edilməsi zərurəti yarandıqda həmin qanun layihələri müvafiq icra hakimiyyəti orqanına nə vaxt təqdim edilir.

A) cari ilin may ayının 31-dək

B) cari ilin may ayının 1-dək

C) cari ilin mart ayının 1-dək

D) cari ilin mart ayının 31-dək

#15

Növbəti ilin dövlət büdcəsi layihəsi çərçivəsində vergi siyasəti, vergi inzibatçılığı və vergi dərəcələrinin müəyyən edilməsi ilə bağlı Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişikliklər edilməsi zərurəti yarandıqda həmin qanun layihələri Azərbaycan Respublikasının Milli Məclisinə hansı müddətədək təqdim edilir?

A) cari ilin may ayının 20-dən gec olmayaraq

B) cari ilin may ayının 15-dən gec olmayaraq

C) cari ilin aprel ayının 20-dən gec olmayaraq

D) cari ilin aprel ayının 15-dən gec olmayaraq

#16

Vergilər haqqında qanunvericilik vergitutmanın hansı prinsiplərinə əsaslanır?

A) ümumi, bərabər və ədalətli olmasına

B) yalnız ədalətli olmasına

C) yalnız bərabər olmasına

D) xüsusi, neytral və ədalətli olmasına

#17

Aşağıdakılardan hansı vergilərin müəyyən edilməsinin və tutulmasının əsaslarına aiddir?

A) mülkiyyət formasından, fiziki şəxslərin vətəndaşlığından və ya kapitalın yerindən asılı olaraq vergilərin müxtəlif dərəcələri müəyyən edilməlidir

B) vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır

C) mülkiyyət formasından asılı olaraq vergi dərəcələri müxtəlif olmalıdır

D) vergilər siyasi, ideoloji, etnik və digər xüsusiyyətlər əsas götürülməklə müəyyən edilməlidir

#18

Hansı vergilərin müəyyən edilməsinə yol verilmir?

A) Hər kəsin Konstitusiya hüquqlarının və azadlıqlarının həyata keçirilməsinə maneçilik törədən vergilərin

B) Hər kəsin Konstitusiya hüquqlarının və azadlıqlarının həyata keçirilməsinə maneçilik törətməyən vergilərin

C) Dövlət büdcəsinin gəlirlər hissəsinin təmin olunmasında xüsusi çəkisi cüzi olan vergilərin

D) İqtisadiyyatın vergi tənzimlənməsində əhəmiyyətli rol oynamayan vergilərin

#19

Hansı vergilərin müəyyən edilməsinə yol verilmir?

A) Azərbaycan Respublikasının vahid iqtisadi məkanını pozmayan [xüsusilə, Azərbaycan Respublikasının ərazisində malların [işlərin, xidmətlərin] və pul vəsaitlərinin azad yerdəyişməsini bilavasitə və ya dolayısı ilə məhdudlaşdırmayan və ya digər yolla vergi ödəyicilərinin qanuni fəaliyyətini məhdudlaşdırmayan, yaxud maneçilik törətməyən] vergilərin

B) Azərbaycan Respublikasının vahid iqtisadi məkanını pozan [xüsusilə, Azərbaycan Respublikasının ərazisində malların [işlərin, xidmətlərin] və pul vəsaitlərinin azad yerdəyişməsini bilavasitə və ya dolayısı ilə məhdudlaşdıran və ya digər yolla vergi ödəyicilərinin qanuni fəaliyyətini məhdudlaşdıran, yaxud maneçilik törədən] vergilərin

C) Azərbaycan Respublikasının vahid coğrafi məkanını pozan vergilərin

D) Azərbaycan Respublikasının vahid gömrük məkanını pozan [xüsusilə, Azərbaycan Respublikasının ərazisində malların [işlərin, xidmətlərin] və pul vəsaitlərinin azad yerdəyişməsini bilavasitə və ya dolayısı ilə məhdudlaşdıran və ya digər yolla vergi ödəyicilərinin qanuni fəaliyyətini məhdudlaşdıran, yaxud maneçilik törədən] vergilərin

#20

Eyni növ vergi bir vergitutma obyektindən neçə dəfə tutula bilər?

A) bir dəfədən çox olmamaqla

B) iki dəfədən çox olmamaqla

C) üç dəfədən çox olmamaqla

D) istənilən qədər

#21

Mülkiyyət formasına, fiziki şəxslərin vətəndaşlığına və kapitalın yerinə görə vergi dərəcələri necə müəyyən edilir?

A) kapitalın yerinə görə müxtəlif dərəcələrlə

B) eyni dərəcə ilə

C) fiziki şəxslərin vətəndaşlığına görə müxtəlif dərəcələrlə

D) mülkiyyət formasına görə müxtəlif dərəcələrlə

#22

Azərbaycan Respublikasına gətirilən mallar üçün hansı amil nəzərə alınmaqla və hansı qanunvericilik aktına uyğun olaraq müxtəlif gömrük rüsumu dərəcələrinin müəyyən edilməsi mümkündür?

A) həmin malların hansı ölkədən gətirilməsindən asılı olmayaraq gömrük qanunvericiliyinə uyğun olaraq

B) həmin malların hansı ölkədən gətirilməsindən asılı olaraq yalnız vergi qanunvericiliyinə uyğun olaraq

C) həmin malların hansı ölkədən gətirilməsindən asılı olaraq Vergi Məcəlləsinə və gömrük qanunvericiliyinə uyğun olaraq

D) həmin malların hansı ölkədən gətirilməsindən asılı olmayaraq Vergi Məcəlləsinə və gömrük qanunvericiliyinə uyğun olaraq

#23

Azərbaycan Respublikasının vergiləri hansı qanunvericilik aktı ilə müəyyən edilir?

A) Azərbaycan Respublikasının Vergi Məcəlləsi

B) İnzibati Xətalar Məcəlləsi

C) Azərbaycan Respublikasının Konstitusiyası

D) Mülki Məcəllə

#24

Azərbaycan Respublikasında vergilərin dəyişdirilməsi və ya ləğv edilməsi necə həyata keçirilir?

A) Nazirlər Kabinetinin qərarına əsasən

B) Vergi Məcəlləsinə dəyişiklik edilməsi yolu ilə

C) Beynəlxalq valyuta fondunun tövsiyələrinə əsasən

D) Heç bir halda dəyişdirilə bilməz

#25

Heç bir şəxsin üzərinə ............vergilər ödəmək vəzifəsi qoyula bilməz

A) Vergi Məcəlləsi ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olmayan və Vergi Məcəlləsi ilə müəyyən edilməyən, yaxud Vergi Məcəlləsi ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən

B) Vergi Məcəlləsi ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik və Vergi Məcəlləsi ilə müəyyən edilən, yaxud Vergi Məcəlləsi ilə müəyyən edilən qaydalardan fərqli olmayaraq müəyyən edilən

C) Vergi və Gömrük Məcəlləsi ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik və Vergi Məcəlləsi ilə müəyyən edilən, yaxud Gömrük Məcəlləsi ilə müəyyən edilən qaydalardan fərqli olmayaraq müəyyən edilən

D) Vergi Məcəlləsi ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və Vergi Məcəlləsi ilə müəyyən edilməyən, yaxud Vergi Məcəlləsi ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən

#26

Vergilər haqqında qanunvericilik hansı tərzdə formalaşdırılmalıdır?

A) hər kəs yalnız hansı vergiləri, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin

B) hər kəs yalnız hansı vergiləri, hansı qaydada, nə vaxt ödəməli olduğunu dəqiq bilsin

C) hər kəs hansı vergiləri, hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin

D) hər kəs yalnız hansı vergiləri və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin

#27

Vergi sistemi

A) Sahibkarlıq və investisiya fəaliyyətini təşviq etməlidir

B) Sahibkarlıq və investisiya fəaliyyətini təşviq etməməlidir

C) Sahibkarlıq və investisiya fəaliyyətini məhdudlaşdırmalıdır

D) Sahibkarlıq və investisiya fəaliyyətinin təşviqinə həvəsləndirməlidir

#28

Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları kimin xeyrinə şərh edilməlidir?

A) Vergi orqanlarının

B) Şərh edilmir

C) Vergi ödəyicisinin

D) Heç kimin

#29

Fiziki və hüquqi şəxslərin vergilərə aid normativ hüquqi aktlarla

A) tanış olmaq imkanı məhdudlaşdırılmalıdır

B) azad tanış olmaq imkanı təmin edilməlidir

C) azad tanış olmaq imkanı təmin edilməməlidir

D) tanış olmaq imkanı məhdudlaşdırılmamalıdır

#30

Azərbaycan Respublikasında vergi sistemi hansı vergilərdən ibarətdir?

A) dövlət vergiləri, yerli vergilər [bələdiyyə vergiləri]

B) dövlət vergiləri, muxtar respublika vergiləri və yerli vergilər [bələdiyyə vergiləri]

C) muxtar respublika və yerli vergilər [bələdiyyə vergiləri]

D) dövlət vergiləri və muxtar respublika vergiləri

#31

Dövlət vergiləri dedikdə hansı vergilər nəzərdə tutulur?

A) Vergi Məcəlləsi ilə müəyyən edilən və Azərbaycan Respublikasının bütün ərazisində ödənilməli olan vergilər

B) Bələdiyyə vergiləri

C) Naxçıvan MR-da tətbiq olunan vergilər

D) fiziki şəxslərin torpaq və əmlak vergiləri

#32

Muxtar respublika vergiləri dedikdə hansı vergilər nəzərdə tutulur?

A) Bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlardan tutulan vergilər

B) Vergi Məcəlləsinə müvafiq olaraq Naxçıvan Muxtar Respublikasının qanunları ilə müəyyən edilən və Naxçıvan Muxtar Respublikasında ödənilən vergilər

C) Yalnız yol vergisi

D) ƏDV və yol vergisi

#33

Yerli vergilər dedikdə hansı vergilər başa düşülür?

A) Vergi Məcəlləsi və müvafiq qanunla müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrin ərazilərində ödənilən vergilər nəzərdə tutulur

B) Bələdiyyələr haqqında müvafiq qanunla müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrin ərazilərində ödənilən vergilər nəzərdə tutulur

C) Hüquqi şəxslərin əmlak vergisi

D) Hüquqi şəxslərin torpaq vergisi

#34

Bələdiyyələr öz ərazilərində vergitutmanın hansı məsələləri barədə qərar qəbul edə bilərlər?

A) vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyalarını yerli vergilərdən tam və ya qismən azad etmək, vergi dərəcələrini azaltmaq barədə

B) yalnız vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyalarını yerli vergilərdən azad etmək barədə

C) yalnız vergi dərəcələrini azaltmaq barədə

D) vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyalarını bütün vergilərdən tam və ya qismən azad etmək, vergi dərəcələrini azaltmaq barədə

#35

Xüsusi vergi rejimi dedikdə, nə nəzərdə tutulur ?

A) müəyyən dövr ərzində vergilərin hesablanması və ödənilməsinin xüsusi qaydası

B) müəyyən dövr ərzində vergilərin ödənilməsinin xüsusi qaydası

C) müəyyən dövr ərzində vergilərin hesablanmasının xüsusi qaydası

D) müəyyən dövr ərzində vergilərin hesablanması və ödənilməsinin təxirə salınması

#36

Aşağıda göstərilənlərdən hansılar vergitutmanın formaları sayılır?

A) mənbədən, könüllü və bildiriş üzrə

B) məcburi, könüllü və bəyanetmə üzrə

C) bəyannamə üzrə, bildiriş üzrə və bilavasitə mənbədən

D) bəyanetmə üzrə, bildiriş üzrə və könüllü

#37

Vergi məbləğlərinin bəyannamə forması üzrə tutulması dedikdə nə başa düşülür?

A) Verginin gəlir və mənfəət əldə edilməsinədək tutulması

B) Verginin gəlir və mənfəət əldə edilməsindən sonra tutulması

C) Verginin tədiyyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən ödənilməsi

D) Verginin tədiyyə bildirişi əsasında gəlir və mənfəət əldə edilməsinədək tutulması

#38

Vergi məbləğlərinin bilavasitə mənbədən tutulması dedikdə nə başa düşülür?

A) Verginin tədiyyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən ödənilməsi

B) Verginin gəlir və mənfəət əldə edilməsindən sonra tutulması

C) Verginin gəlir və mənfəət əldə edilməsinədək tutulması

D) Verginin tədiyyə bildirişi əsasında gəlir və mənfəət əldə edilməsinədək tutulması

#39

Vergi məbləğlərinin bildiriş üzrə tutulması dedikdə nə başa düşülür?

A) Vergi məbləğlərinin vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləğ üçün təqdim etdiyi tədiyyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən verginin ödənilməsi

B) Verginin gəlir və mənfəət əldə edilməsinədək tutulması

C) Verginin tədiyyə bildirişi əsasında gəlir və mənfəət əldə edilməsinədək tutulması

D) Verginin gəlir və mənfəət əldə edilməsindən sonra tutulması

#40

Hansı vergi dövlət vergilərinə aid deyildir?

A) yol vergisi

B) fiziki şəxslərin gəlir vergisi

C) fiziki şəxslərin əmlak vergisi

D) aksizlər

#41

Vergi Məcəlləsi ilə bütün dövlət vergilərinin dərəcələrinin hansı həddi müəyyən edilir?

A) aşağı hədləri müəyyən edilir

B) optimal hədləri müəyyən edilir

C) ən yüksək hədləri müəyyən edilir

D) yüksək olmayan hədləri müəyyən edilir

#42

Dövlət vergilərinin dərəcələrinin müəyyən edilməsi hansı qaydada həyata keçirilir?

A) dövlət vergilərinin hər il üçün tətbiq olunan dərəcələri Vergi Məcəlləsində müəyyən edilən dərəcələrdən yüksək ola bilməz və hər il Azərbaycan Respublikasının dövlət büdcəsi haqqında qanun qəbul edilən zaman həmin dərəcələrə yenidən baxıla bilər

B) dövlət vergilərinin hər il üçün tətbiq olunan dərəcələri Vergi Məcəlləsinə müvafiq olaraq Vergilər Nazirliyi tərəfindən müəyyən edilir və lazım gəldikdə il ərzində həmin dərəcələrə yenidən baxıla bilər

C) dövlət vergilərinin hər il üçün tətbiq olunan dərəcələri Nazirlər Kabineti tərəfindən müəyyən edilir və il ərzində istənilən vaxt həmin dərəcələrə yenidən baxıla bilər

D) dövlət vergilərinin hər il üçün tətbiq olunan dərəcələri Vergi Məcəlləsində müəyyən edilən dərəcələrdən yüksək olmamaqla, Maliyyə Nazirliyi tərəfindən müəyyən edilir və həmin dərəcələrə yenidən baxıla bilər

#43

Dövlət vergiləri ilə Muxtar Respublika vergiləri arasındakı fərq hansı vergi növü ilə müəyyən edilir?

A) Mədən vergisi

B) Torpaq vergisi

C) Yol vergisi

D) Heç biri ilə müəyyən edilmir, hər ikisi eynidir.

#44

Hansı vergi Muxtar respublika vergilərinə aid deyildir?

A) mədən vergisi

B) hüquqi şəxslərin əmlak vergisi

C) əlavə dəyər vergisi

D) fiziki şəxslərin əmlak vergisi

#45

Hansı vergi yerli vergilərə [bələdiyyə vergilərinə] aid deyildir?

A) hüquqi şəxslərin torpaq vergisi

B) fiziki şəxslərin əmlak vergisi

C) fiziki şəxslərin torpaq vergisi

D) yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi

#46

Azərbaycan Respublikası ərazisində vergilər hansı pul vahidi ilə hesablanır və ödənilir?

A) istənilən pul vahidi ilə

B) Azərbaycan Respublikasının pul vahidi - manatla

C) ABŞ dolları ilə

D) şərti pul vahidi ilə

#47

Aşağıdakılardan hansı Azərbaycan Respublikasının vergi qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçılarına aid deyil?

A) vergi ödəyicisi hesab edilən hüquqi və fiziki şəxslər

B) vergi agenti hesab edilən hüquqi və fiziki şəxslər

C) Azərbaycan Respublikasının gömrük orqanları

D) Azərbaycan Respublikasının ədliyyə orqanları

#48

Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergi anlayışına verilən tərifdə onun səciyyəvi əlamətləri hansılardır?

A) məcburilik; fərdilik; ekvivalentlik

B) məcburilik; fərdilik; əvəzsizlik

C) könüllülük; fərdilik; əvəzsizlik

D) məcburilik; fərdilik; dolayısı ilə əvəzi ödənilmək

#49

Vergi məbləğinin hesablanması üçün vergi dərəcəsi aşağıdakılardan hansına tətbiq olunur?

A) vergitutma obyektinə

B) vergitutma bazasına

C) vergi dövrünün davametmə müddətinə

D) vergi güzəştləri məbləğinə

#50

Vergilərin müəyyən edilməsi dedikdə, nə başa düşülür?

A) yalnız vergitutmanın əsas elementlərinin müəyyən edilməsi

B) vergi ödəyicilərinin və vergitutma elementlərinin müəyyən edilməsi

C) vergitutma elementlərinin bir hissəsinin müəyyən edilməsi

D) vergi növlərinin müəyyən edilməsi

#51

Aşağıdakılardan hansı vergitutma elementlərinə aid deyil?

A) vergitutma bazası

B) vergi dərəcəsi

C) verginin ödənilməsi qaydası və müddəti

D) verginin inikası

#52

Vergi müəyyən edildikdə hansı əsaslarla vergi güzəştləri müəyyənləşdirilə bilər?

A) Vergi Məcəlləsi və Azərbaycan Respublikasının digər sahə qanunvericilik aktları ilə ilə nəzərdə tutulan əsaslarla

B) Vergi Məcəlləsi və Gömrük Məcəlləsi ilə nəzərdə tutulan əsaslarla

C) Vergi Məcəlləsi ilə nəzərdə tutulmayan əsaslarla

D)Vergi Məcəlləsi ilə nəzərdə tutulan əsaslarla

#53

Aşağıdakılardan hansı vergitutma obyektlərinə aid deyil?

A) gəlir

B) təqdim edilmiş malların [işin, xidmətin] dəyəri

C) xeyriyyəçilik fəaliyyəti

D) torpaq, faydalı qazıntılar

#54

Vergitutma bazası nədir?

A) vergi ödəyicisinin əmlakı

B) vergi ödəyicisinin pul vəsaiti

C) vergi ödəyicisinin əmlakı və pul vəsaiti

D) vergitutma obyektinin vergi tutulan hissəsinin kəmiyyətcə ifadəsi

#55

Vergi Məcəlləsində istifadə olunan mülki, ailə və Azərbaycan Respublikasının digər qanunvericilik sahələrinin anlayışları, Vergi Məcəlləsində digər məna nəzərdə tutulmadığı hallarda necə tətbiq edilir?

A) həmin qanunvericilik sahələrində qəbul edilmiş mənada tətbiq edilir

B) Vergi Məcəlləsində qəbul edilmiş mənada tətbiq edilir

C) Vergi Məcəlləsində digər məna nəzərdə tutulmadığı hallarda bu anlayışlar tətbiq edilmir

D) həmin qanunvericilik sahələrində qəbul edilmiş mənada tətbiq edilmir

#56

Vergitutma məqsədləri üçün şəxs dedikdə, kim nəzərdə tutulur?

A) istənilən fiziki və ya hüquqi şəxs, qeyri-rezidentin daimi nümayəndəliyi, filialı və digər bölməsi

B) yalnız fiziki şəxs

C) yalnız Azərbaycan Respublikasının hüquqi şəxsi

D) yalnız qeyri-rezidentin daimi nümayəndəliyi

#57

Vergitutma məqsədləri üçün hüquqi şəxs dedikdə kim nəzərdə tutulur?

A) Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən müəssisə və təşkilatlar

B) Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq hüquqi şəxs statusunda yaradılmış müəssisə və təşkilatlar

C) Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış istənilən şəxs

D) yalnız Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq hüquqi şəxs statusunda yaradılmış müəssisə və təşkilatlar

#58

Vergitutma məqsədləri üçün fiziki şəxs dedikdə kim nəzərdə tutulur?

A) yalnız Azərbaycan Respublikasının vətəndaşı

B) yalnız əcnəbi və vətəndaşlığı olmayan şəxs

C) istənilən fiziki və ya hüquqi şəxs

D) Azərbaycan Respublikasının vətəndaşı, əcnəbi və vətəndaşlığı olmayan şəxs

#59

Vergitutma məqsədləri üçün vergi ödəyicisi dedikdə kim nəzərdə tutulur?

A) Vergi Məcəlləsinə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan yalnız rezident hüquqi şəxs

B) Vergi Məcəlləsinə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan yalnız qeyri-rezident fiziki şəxs

C) Vergi Məcəlləsinə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan yalnız əcnəbi və vətəndaşlığı olmayan şəxs

D) Vergi Məcəlləsinə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan istənilən şəxs

#60

Aşağıdakı hansı tələblərdən birinə cavab verən istənilən şəxs Azərbaycan Respublikasının rezidenti hesab olunur?

1. təqvim ilində üst-üstə 182 gündən artıq vaxtda həqiqətən Azərbaycan Respublikasının ərazisində olan

2. təqvim ili içərisində, yaxud bir təqvim ili ərzində xarici ölkədə Azərbaycan Respublikasının dövlət xidmətində olan

3. heç bir meyar nəzərə alınmadan təqvim ilində üst-üstə 182 gündən az vaxtda həqiqətən Azərbaycan Respublikasının ərazisində olan

4. Azərbaycan Respublikasının vətəndaşlığı

5. təqvim ilində və növbəti vergi ilində Azərbaycan Respublikasının ərazisində və xarici ölkədə [hər hansı birində] fiziki şəxsin olma müddəti 182 gündən artıq olduqda

A) 1, 3, 5 B) 2, 3, 4 C) 1, 2, 4 D) 3, 4, 5

#61

Azərbaycan Respublikasının ərazisində və xarici ölkədə [hər hansı birində] fiziki şəxsin olma müddəti 182 gündən artıq olmadıqda, həmin fiziki şəxs hansı meyarlarla Azərbaycan Respublikasının rezidenti sayılır?

1. daim yaşayış yeri

2. adətən yaşadığı yer

3. xarici dövlətin vətəndaşlığı

4. həyati mənafelərinin mərkəzi

A) 1, 2, 4 B) 1 ,2, 3 C) 2, 3, 4 D) 1, 3 ,4

#62

Fiziki şəxs vergi ilində Azərbaycan Respublikasının ərazisində qaldığı son gündən etibarən bu vergi ilinin sonunadək olan dövr ərzində hansı şərtlə Azərbaycan Respublikasının qeyri-rezidenti sayılır?

A) həmin şəxs bilavasitə növbəti vergi ilində Azərbaycan Respublikasının qeyri-rezidenti olsun

B) həmin şəxs bilavasitə cari vergi ilində Azərbaycan Respublikasının qeyri-rezidenti olsun

C) həmin şəxs bilavasitə növbəti vergi ilində Azərbaycan Respublikasının rezidenti olsun

D) həmin şəxs bilavasitə növbəti vergi ilində Azərbaycan Respublikasının qeyri-rezidenti olmasın

#63

Qeyri-rezident dedikdə kim nəzərdə tutulur?

1. Azərbaycan Respublikasının ərazisində diplomatik və ya konsulluq statusu olmayan şəxs və onun ailə üzvləri

2. məqsədi yalnız Azərbaycan Respublikasının ərazisindən bir xarici dövlətdən digər xarici dövlətə keçmək olan şəxs

3. rezident anlayışı ilə əhatə edilən digər şəxslər

4. Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçmiş beynəlxalq təşkilatın əməkdaşı və ya Azərbaycan Respublikasında xarici ölkənin dövlət xidmətini həyata keçirən şəxs və onların ailə üzvləri

5. Azərbaycan Respublikasının ərazisində yerləşən diplomatik imtiyazları və immunitetləri olan diplomatik nümayəndəliklər, konsulluq idarələri və xarici ölkələrin digər rəsmi nümayəndəlikləri, beynəlxalq təşkilatlar və onların nümayəndəlikləri, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan xarici təşkilatların və firmaların nümayəndəlikləri

A) 1, 2, 3 B) 2, 3, 4 C) 2, 4, 5 D) 1, 3, 5

#64

Vergi ödəyicisinin ailə üzvlərinə aşağıdakılardan hansılar aiddir?

1. ər-arvadlar, bacı və qardaş övladları

2. ər-arvadların bacıları, qardaşları və valideynləri

3. bacıların ərlərinin və qardaşların arvadlarının valideynləri

4. valideynlərin bacılarının [qardaşlarının] övladları

5. bacıların ərləri və qardaşların arvadları

A) 1, 2, 5 B) 2, 3, 4 C) 3, 4, 5 D) 1, 3, 5

#65

Vergitutma məqsədləri üçün mal dedikdə, nə nəzərdə tutulur?

A) hər hansı maddi və qeyri-maddi əmlak

B) yalnız maddi əmlak və pul vəsaitləri

C) satışda və anbarda olan mallar

D) yalnız maddi əmlak

#66

Vergitutma məqsədləri üçün qeyri-maddi aktivlər dedikdə nə nəzərdə tutulmur?

A) intellektual, o cümlədən ticarət nişanları

B) digər sənaye mülkiyyəti obyektləri

C) müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada vergi ödəyicisinin mülkiyyət hüququnun obyekti kimi tanınan digər analoji hüquqlar

D) satışdankənar gəlirlər

#67

Vergitutma məqsədləri üçün malların təqdim edilməsi dedikdə nə nəzərdə tutulur?

1. mallar üzərində mülkiyyət hüququnun başqasına verilməsi

2. malların satışı, mübadiləsi, hədiyyə verilməsi,

3. əmək haqqı ödənilməsi

4. girov qoyulmuş mallar üzrə mülkiyyət hüququnun girov saxlayana və ya digər şəxsə keçməsi

5. malların təqdim edilməsi sayılmayan, nəticələri maddi ifadə kəsb edən fəaliyyət

A) 1, 2, 5 B) 2, 3 ,4 C) 1, 2, 4 D) 2, 3, 5

#68

Vergitutma məqsədləri üçün xidmət [iş] dedikdə nə başa düşülür ?

A) malların təqdim edilməsi sayılan, nəticələri maddi ifadə kəsb edən fəaliyyət

B) malların təqdim edilməsi sayılmayan, nəticələri maddi ifadə kəsb edən fəaliyyət

C) malların təqdim edilməsi sayılmayan, nəticələri maddi ifadə kəsb etməyən fəaliyyət

D) malların təqdim edilməsi sayılan, nəticələri maddi ifadə kəsb etməyən fəaliyyət

#69

ƏDV-nin məqsədləri üçün aşağıdakı xidmətlərdən [işlərdən] hansılar istisna olunur?

1. pul vəsaitinə mülkiyyət hüququnun başqasına verilməsi

2. daşınmaz əmlaka mülkiyyət hüququnun başqasına verilməsi

3. torpağa mülkiyyət hüququnun başqasına verilməsi

4. daşınan maddi əmlakın təqdim edilməsi

5. işəgötürənə muzdlu işçi kimi xidmət göstərilməsi

A) 2, 3, 4 B) 1, 3, 5 C) 3, 4, 5 D) 1, 2, 5

#70

Xidmətlərin göstərilməsi [işlərin görülməsi] zamanı istifadə olunan mallar ayrıca təqdim edilmirsə və ya xidmətin [işin] dəyərinə daxil edilməyən kompensasiyalı xərclər müqavilədə və ya ödəniş sənədlərində ayrıca göstərilmirsə, bu zaman

A) həmin mallar və ya xərclər xidmətin [işin] ayrılmaz tərkib hissəsi hesab edilmir

B) müstəsna hallarda həmin mallar və ya xərclər xidmətin [işin] ayrılmaz tərkib hissəsi hesab edilməyə bilər

C) həmin mallar və ya xərclər xidmətin [işin] ayrılmaz tərkib hissəsi hesab edilir

D) vəziyyətdən asılı olaraq həmin malların və ya xərclərin dəyərinin bir hissəsi xidmətin [işin] tərkib hissəsi hesab edilə bilər

#71

Vergitutma məqsədləri üçün satışdankənar gəlirlər dedikdə nə nəzərdə tutulur?

1. digər müəssisələrin fəaliyyətində payçı kimi iştirakdan gəlir, müəssisəyə məxsus səhmlər, istiqrazlar və digər qiymətli kağızlardan əldə olunan gəlirlər

2. mal və xidmət [iş] istehsalı və satışı ilə bilavasitə bağlı olmayan əməliyyatdan götürülən digər gəlirlər

3. natura şəklində əmək haqqı ödənilməsi və natura şəklində digər ödəmələr

4. cərimə və zərərin ödənilməsi şəklində alınmış məbləğ, xarici valyuta əməliyyatları üzrə artan məzənnə fərqi, qanunvericiliyə müvafiq iddia müddəti keçmiş kreditor və deponent borc məbləğləri

A) 1, 2, 3 B) 2, 3, 4 C) 1, 3, 4 D) 1, 2, 4

#72

Aşağıdakılardan hansı maliyyə xidmətlərinə aid deyildir?

A) müştərilərin depozitlərinin və hesablarının idarə edilməsi, köçürmələr, borc öhdəlikləri və tədiyyə vasitələri ilə bağlı əməliyyatlar

B) inkassasiya xidmətləri və ya banknotların, qiymətli kağızların və ya digər qiymətlilərin saxlanması və ya onların qorunmasının təmin edilməsi üzrə xidmətlər

C) səhmlərin, istiqraz vərəqələrinin, sertifikatların, veksellərin, çeklərin və digər qiymətli kağızların tədavülü ilə bağlı əməliyyatlar

D) qanuni tədiyyə vasitələri olan valyutanın, pul vəsaitlərinin və əskinazların [numizmatika əşyalarından başqa] tədavülü ilə bağlı əməliyyatlar

#73

Aşağıdakılardan hansı maliyyə xidməti sayılmır?

A) müəssisələrin depozitlərinin və hesablarının idarə edilməsi, tədiyyələr, köçürmələr, borc öhdəlikləri və tədiyyə vasitələri ilə bağlı əməliyyatlar

B) törəmə maliyyə vasitələri ilə əqdlərə, forvard müqavilələrinə, opsionlara və analoji sazişlərə aid əməliyyatlar

C) sığorta və təkrar sığorta əməliyyatları habelə bu əməliyyatlarla bağlı sığorta agenti və sığorta brokeri xidmətləri

D) inkassasiya xidmətləri və ya banknotların, qiymətli kağızların və digər qiymətlilərin saxlanması və ya onların qorunmasının təmin edilməsi üzrə xidmətlər

#74

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]