- •Axmaq puma sindromu
- •Təbrik məktubları haqda lətifə
- •Daxili intizam
- •Fərdi inkişaf haqda bir qədər
- •İnam və uğur
- •Fikirləşirəm, deməli yaşayıram
- •Kim pullarına qənaət etmək istəyirsə onlara 7 məsləhət
- •Bir addım atın
- •Motivasiya və uğur qazanmaq üçün taktikalar
- •Zehnin gücü ilə zəngin olmağın yolları
- •Dirilərdən çox qazanan ölülər
- •Qumar oynayanlara biznesmen məsləhəti
- •Sürəkli inkişaf
- •Sən ki ağac deyilsən!
- •Kəşfiyyat: İnsanların fikirlərini necə "oxumalı", onları necə tanımalı?
- •1.1.2. Şəxsiyyətin emosional (psixomotor) xarakteristikası.
- •1.1.3. Şəxsiyyətin intellektual(koqnitiv) xarakteristikası.
- •1.1.4. Şəxsiyyətin iradi(evokativ) xarakteristikası.
- •1.2. Şəxsiyyətin relyativistik xarakteristikaları
- •Özümüzə olan inamı artıraq
- •Bədən dili
- •Kamillik elmi (Baltazar Qrasiandan seçmələr)
- •Məqsədsiz olmayın...
- •Corc Soros-onun kimi milyoner olaq
- •Uorren Baffetin sirləri
- •Özünə İnam - Ralf Uoldo Emerson
- •Bağışlamağı bacarırsınızmı?
- •Uğur və imic
- •Böyüklük maniyası.
- •Danışıqlarda təşəbbüsü necə ələ almalı
- •Makiavellinin dediklərindən
- •Uğur qazanmağa mane olan bəzi düşüncələr
- •Uğur qazanmanın başlıca düşmənləri
- •Optimist olmaq nə verir?
- •İmza və xarakter
- •Ən yüksəkdəki qurbağa
- •Apple qurucusu Stiv Cobsun çıxışı
- •Biznesmenlər üçün
- •Özünüzə inanırsınız? Özünəinamın 15 şərti
- •Özünü Tanı
- •Elnur Baimovdan uğurun sirri
- •Nigar Köçərlidən uğurun sirri
- •Hansı daha yaxşıdır...
- •Facebook-dan alınacaq dərslər
- •Yanaşma tərzi...
- •Hər adam bir milyarderdir...
- •86400 Saniyə...
- •Bir müvəffəqiyyətin tarixçəsi...
- •Kimə və niyə yaxşılıq edirik?...
- •Tənqid etmək taktikası
- •Zəif tərəflərini burax, güclü tərəflərinə bax!
- •Özünüz üçün yaşayın :)
- •Sevil Nuriyeva
- •Yol ayrıcında
- •Hakimiyyətin 48 Qanunu -The 48 Laws of the Power (Robert Greene)
- •Müvəffəqiyyət üçün yol göstərən qaydalar
- •Çicəkləri görə bilmirsinizmi?
- •Hədəf, titrəməyən bir əl istər.
- •Hər birimiz axtarışdayıq
- •Düşüncə perspektivi
- •Abituriyent necə uğur qazanar?
- •Seçim Sizin!
- •Qazanan vs İtirən
- •Maslounun tələbatlar piramidası
- •Fərqli baxış bucağı
- •Pul qazanmağı bacarmaq lazımdır!
- •Müsbət israr üçün gözəl nümunə
- •Bu adamı heç kim dayandıra bilməz
- •Simiclik və xəsislik
- •Pul pulu çəkər
- •Ana oğluna qıymadı
- •Baladan da şirindi nəvə?!
- •«Xruşovka»da yaşayan milyarder
- •Morris Minor əvəzinə 12 yaşlı Niva
- •Bax, pis oxusan milyonçu olarsan!
- •«Google»nin direktoru dəyircəkli konkidə işə gəlir
- •Simic ulduzlar
- •Hərisliyin qarşısında imic heç nədir
- •Birinci qanun:Heç vaxt özünü rəhbərdən yüksək tutma
- •Güc İnanmaqdadır.!
- •İnamın gücü
- •Həyatı davam etdirə bilməyin bir şərti var: "Dünəndən daha sürətli ola bilmək.."
- •Görəcəyiniz Mənzərə Baxış bucağınızdan asılıdır! ( 10/90 )
- •Meditasiya
- •"Müvəffəqiyyətin qızıl qaydaları" | Sakıp Sabançı
- •"Həyatda uğur qazanmağın 10 prinsipi" | Albert Eynşteyn
- •Həyatda ən böyük əyləncə başqasının "edə bilməzsən" dediyini etməkdir!
- •"Bacardılar, Çünki Bacarmayacaqlarını bilmirdilər!''
- •Beyninizə bir köpəkbalığı atın!
- •Hər doğru seçimin bir alternativi vardır
- •Tövsiyə - Həyatı layiq olduğu kimi yaşa
- •Ümidinizə Şans verin
- •İradənin gücü
- •Axtardığın cavab sualından asılıdı.!
- •Qazanmaq istəyirsənsə, İtirmək qorxusuna qalib gəl.!
- •Michael Dell "İçindəki səsi dinlə"
- •Bir gün imtahanda...
Böyüklük maniyası.
Mən hər şeyi bilirəm”, “mən hamıdan ağıllıyam”, “mən hamıdan gözələm”, “sən kimsən eee?”… və s. Belə ifadələr görəsən bizi nəyə və hara aparır?
Psixoloqların dediyinə görə, insan özünü sevməlidir. Razıyam, amma, hər şeydə olduğu kimi bunun da bir qaydası var. Hətta, bu barədə bir kitab (“Öz həyatıvı, öz bədənivi sağalt. Güc bizim daxilimizdədir.”) da oxumuşam, hansı ki, bu kitabda Luiza L.X. yəni, müəllif özü haqda məlumat verir və bildirir ki, o həyatda müxtəlif çətinliklərlə üzləşmiş, həyatın ən ağır zərbələrinə tuş gəlmiş və xərçəng xəstəliyinə belə tutulmuş biri idi. O, öz düşüncələrini, fikirlərini tamamilə dəyişərək xəstəliyi belə yendiyini yazır və bundan sonra bir psixoloq kimi milyonlarla insana da bu yolda kömək edərək onların da sağalmasına bir növ vəsilə olur. Onun tövsiyyə etdiyi dərman budur: fikilərinə çalışmağı önə ver, onları başqa yönə çəkərək, özünü sağalt, sadəcə olaraq, özünə inanmaq, özünü, canını, bədənini, ümumiyyətlə, hər şeyini sevmək, nədəsə başqalarını günahlandırmamaq, bağışlamağı bacarmaq, ürəyində, içində kin saxlamamaq və s… Bu kitabda deyilir ki, insan özünü sevməli və bəyənməlidir. Bir çoxları bunda çətinlik çəkir deyə, müəllif tövsiyyə edir ki, insan hər gün güzgünün qarşısında dayanmalı və özünün necə də gözəl olduğunu təkrarlamalıdır. Belə proseslər onun fikrini həqiqətən də bu yönə çəkir və onun daxilən rahatlanmasına gətirib çıxarır.
Mən düşünürəm ki, bu insanla güzgünün, insanla özünün, öz kölgəsinin arasında olan və qalan bir şey olmalıdır. Yəni ki, əgər bu sərhədindən kənara çıxırsa və başqalarının mənfi reaksiyasına səbəb olursa yəqin ki, yersizdir. Mən əslində kitab barəsində yox, insanların özlərinə olan sevgini necə başa düşdükləri haqqında öz fikirlərimi bölüşmək istəyirəm. Bizdə özünü bəyənən bəzi insanlar özündən başqa heç kimi bəyənmir, dünyanı özləri yaratmışlar kimi, özlərini elə böyük hesab edirlər ki…gəl, görəsən! Bunun isə heç nəyə xeyri yoxdur. Bu sadəcə eqoistlikdir. Bu, insanlara məncə xeyir yox, ziyan vuracaq. Çünki, özünü bu yolla bəyənən insan bəzən səhvlərinin fərqində olmayacaq və ona səhvləri göstərildiyi zaman isə o bu səhvləri qəbul etməyəcək – “nə, mən hər şeyi düz edirəm, mən özüm bilərəm, sən kimsən ki, mənə ağıl verəsən?!” – kimi ifadələr işlədərək, səni də alçaldacaqdır.
Əslində bir tərəfədən yuxarıda qeyd elədiyim kitabın müəllifi Luizayla razılaşıram, çünki onun bəzi yazdıqlarında mənfi bir şey görə bilmirəm. Sadəcə olaraq, özüm də belə bir nəticəyə gəlmişəm ki, bəli insan özünü sevməlidir, özünə hörmət etməlidir. Amma, bu sevgini o hala salmaq lazım deyil ki, sonra bir tək özün özünü sevəsən. Böyüklük maniyasına qapılaraq kiçildikcə kiçilərsən. Əgər insan özünü sevməklə özünə və ətrafındakılara ziyan vurmursa, nə yaxşı.
Bəzilərimiz tənqidi sevmir, onlardan qaçır və onları bizə yönləndirəni bizi sevmirmiş kimi düşünürük. Amma, bu belə deyil. İnsan özünü nə qədər sevsə də, özünü nə qədər ağıllı, kamil saysa da tənqidi rədd edirsə bu onun kamilliyinin boş bir şey olduğunu göstərir. Yox, əgər, təniqidi doğru alqılayır, tənqidi yönləndirəni doğru başa düşüb, düzəlməyə çalışırsa, bu onu daha da yüksəldir və insan tənqidi qəbul etməkdən çoxlu qazanc əldə edir, nəinki rədd etməkdən.
İndi hal-hazırda bəzi insanlar da var ki, paxıllıqları ucbatından bəzilərinin işlərinə "çomaq taxmaq" istəyilə yalandan ona yön çəkir, guya kömək olmaq istəyir və bəzilərimiz də ki, buna qanırıq. Sadəcə olaraq diqqətli olmaq lazımdır.
Özünü sevmək və bununla yanaşı sadə olaraq qalmaq. Tənqidi qəbul etmək, məsləhətlərə qulaq asmaq və sonra isə bu barədə yaxşıca düşünərək qərar qəbul etmək. Məncə belə olsa heç də uduzmarıq.