Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Ugur psixologiyasi.doc
Скачиваний:
13
Добавлен:
24.09.2019
Размер:
3.9 Mб
Скачать

Tənqid etmək taktikası

Qarşıdakının sizin tənqidləri sağlam şəkildə həzm etməsini istəyirsinizmi? Heç bir inciklik olmadan sizi dinləməsini və eşitməsini təmin etmək istəyənlər buyurun oxuyun. Tənqid etməyin 10 üsulu.

1. Baş vermiş hadisəni tənqid et, onu törədəni yox.

Qarşıdakı insan anlamalıdır ki, heç də o, pis və bacarıqsız adam deyil. “ Sən həmişə beləsən”, “ Səndən başqa şey heç gözləmirdim” kəlmələrini unudun.

2. Sözü təklikdə deyin.

Unutmayın ki, adam yanında qarşıdakının səhvini deyiriksə o, pərt olur. Nəticədə də inciklik, qanqaraçlıq baş verir. Ona görə də sözünüzün kəsəri olsun deyə sözünüzü vaxtında, düzgün zamanda və uyğun şəraitdə- təklikdə deyin.

3.Konkret ol.

Fikrini konkret çatdır. Uzunçuluq etdikdə məsələnin məğzi bir kənarda qalır. Əgər rəfiqənin (dostunun) sizin sirrinizi saxlamadığına görə ondan acıqlısınızsa bunu birbaşa söyləyin, yoxsa “ mən incimişəm ki…”, “ belə alınmasaydı”, “ Sən diqqətsizlikdən…” və s

4. Qərar qəbul edin.

Və ya onun variantlarını təklif edin. Əks halda sizin tənqidlərinizin heç bir faydası və mənası yoxdur.

5. Aqressiv olmayın.

Aqressiya aqressiya doğur. Qəti şəkildə təmkininizi pozmayın. Emosiyalarınızın sakitləşməsini gözləyin, bununla belə fürsəti də fövtə verməyin.

6.Sözü vaxtında deyin.

Dəmiri isti-isti döyərlər məsəli burda yerinə düşərdi. Məsələni uzatsanız sonra heç deyə bilməyəcəksiniz, onda da kinli dəvəyə çevrilmə təhlükəsi ilə üzləşə bilərsiniz.

7. “ Buterbrod prinsipi”nə əməl edin.

Birinci tərifləyin, sonra irad bildirin. Bu gərginliyi aradan qaldırar. Məs:” Yoldaş Filankəs sizin əvəzedilməz keyfiyyətləriniz, işgüzarlığınız təqdirə layiqdir, lakin son vaxtlar işə gecikmələriniz sizin məsuliyyətiniz ilə üst –üstə düşmür. İnanıram ki, bir daha ciddi səbəblər olmasa belə hallara yol verilməyəcək”.

8. Dialoq qurun.

Qarşıdakının da fikrini öyrənin. Ola bilsin ki,elə məqamlar var heç siz onları bilmirsiniz. Bunları araşdırın, bəlkə tənqid ediləsi heç nə yoxdu.

9.Başqasının adından istifadə etmə.

Ancaq özündən sitat gətir, öz firkin de.

10. Dayanmağı bacar.

Danışdınız, analiz etdiniz, qərar verdiniz, bəsdir. Daha o mövzuya qayıtma.

Zəif tərəflərini burax, güclü tərəflərinə bax!

İş həyatında çox adam zəif cəhətlərini inkişaf etdirmək üçün böyüb bir zəhmət sərf edər. Və çox vaxt bu zəhmət istənilən nəticəni verməz. Halbuki eyni səy güclü yanları daha da inkişaf etdirmək üçün göstərilsə ortaya tam fərqli bir ədvəl çıxa bilər. Necəmi…  TUTQUNU TAP, QABİLİYYƏTLƏRİNİ DANIŞSIN  Hamımız bir şəkildə zəif olduğumuz nöqtələrdə özümüzü inkişaf etdirməyi istəyərik. Zaman zaman özümüzə əziyyət veririk. Zəif olduğumuz bir nöqtəmiz istədiyimiz qədər qüvvətli bir nöqtəmiz halına çevrilmir deyə özümüzü dağıdıb dururuq.  Pozitiv Psixologiya ilə 2000-ci ildən bu yana maraqlanıram. Xüsusilə bu axını başladan və yayılmasına səbəb olan University of Penn professorlarından Martın Seligmanın kitabları və işləri üzərində baş sındırıram. Martın Seligman həyatda məhsuldarlıq, müvəffəqiyyət və xoşbəxtlik kimi faktları anlamamızı təmin edən qisimə müsbət psixologiya adını vermiş.  Bu işlərdən bir dənəsi isə uğurlu olmaq üçün qüvvətli olduğunuza inandığınız istiqamətlərinizi və qabiliyyətlərinizi daha çox istifadə etmənizin və inkişaf etdirmənizin lazım olduğudur. Halbuki idarəçilər əsasən çalışanların zəif olduğu məsələlərdə özlərini inkişaf etdirmələrini təmin etməyə çalışar. İnsan Qaynaqları mütəxəssisləri inkişaf etdirilməsi lazım olan sahələrdə təhsil proqramları təşkil edər. Yəni qabiliyyətimizin çox olmadığı sahələrdə güclənmək üçün axıntıya avar çəkməyə çalışmaq kimi bir şey bu. Ya da şəkil çəkməyə qabiliyyəti olmayan bir insan fırça-mürəkkəb şəkil çəkdirmək istəmək kimi…  Bu yaxınlarda çox qabiliyyətli bir gənc məndən 'inkişaf etdirməm lazım olan sahələr nələrdir?' deyə soruşdu. Özünün kifayət qədər müvəffəqiyyətli olmadığına inanırdı. Halbuki gələcək vəd edən, ehtiraslı, enerji dolu, məlumatlı və tutumu yüksək bir gənc idi. Tək etməsi lazım olan daha çox təcrübə sahibi olmaq idi. Buda ancaq zamanla mümkün idi.  Məncə adamın müvəffəqiyyətli olmaq istədiyi sahədə təhsil və məlumat əskikliyi varsa, bu çatışmazlığı aradan qaldırmanın ən əhəmiyyətli yolu oxumaq, təhsil almaq və davamlı öyrənmək üçün ehtiraslarını canlı tutmaqdan keçər. Daha sonra bu öyrəndiklərini tətbiq etmədəki müvəffəqiyyəti onu kariyerasında daha yüksək nöqtələrə çatdıracaq.  İnsanın güclü yanlarını anlaması üçün 'Həyatda məni nə həyəcanlandırar?' sualına verilən cavabın əhəmiyyətli olduğunu söyləyir Seligman.  İş yerinizdə qabiliyyətli olduğunuz mövzularda «hər gün» bir az daha çox işlər etməyi təcrübə edin. Amma bu etdiklərinizin bir-birinin eynisi deyil sizi hər gün bir az daha limitlərinizi zorlamağa təşviq edəcək xüsusiyyətdə olmasına önəm verin.  Zəif olduğunuzu düşündüyünüz cəhətlərinizi inkişaf etdirmə səy edin. Faydalı olacağı şübhəsizdir, amma bu mövzularda özünüzü yeyib bitirmək yerinə, özünüzə çox da xoşlanmadığınız bu məsələlərdə daha yavaş hərəkət etdiyiniz üçün qəzəblənməməyi təcrübə edin. Bir il boyunca qabiliyyətiniz olan mövzularda daha çox çalışın. İl sonunda nələr hiss etdiyinizi düşünün və necə inkişaf göstərdiyinizə baxın. Fərq görəcəyinizə inanıram.  Bu metod bir sahədə mütəxəssisləşmənizə də köməkçi olacağından, yüksələn bir müvəffəqiyyət qrafiki qurmanızda iştirak edəcək.

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]