Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Ugur psixologiyasi.doc
Скачиваний:
13
Добавлен:
24.09.2019
Размер:
3.9 Mб
Скачать

"Müvəffəqiyyətin qızıl qaydaları" | Sakıp Sabançı

— Gözüm-könlüm xeyriyyəçilik işlərinə doymadığı üçün öz-özümə «qaç, daha çox qaç, qatar son stansiyaya çatmadan daha çox iş gör» deyirəm..." — «Birisi mənə sadəcə „zəngin“ deyirsə, hirslənərəm. Mən sosial fəaliyyətlərimlə və könül zənginliyimlə xoşbəxtəm...» Bu sözlər Türkiyənin bütün dünyada tanınan ən məşhur iş adamı, mərhum Sakıp Sabançı haqqında təsəvvür yaratmaq üçün, zənnimizcə, yetərlidir. Türk millətinə, onun adət-ənənələrinə bağlılığı, cəsarəti, kapitalist təfəkküründən uzaqlığı, böyük sərvət sahibi olmasıyla bahəm mənəvi dünyasının zənginliyi, yoxsul, kimsəsiz uşaqlara hər zaman baba sevgisiylə yanaşıb qayğısını əsirgəməməsi, sosial-ictimai sahələrdə gördüyü faydalı işlər, geniş xeyriyyəçilik fəaliyyəti, özünəməxsus şirin kəndli ləhcəsi ilə ümumxalq məhəbbəti qazanmış, el içində Sakıb ağa çağrılan bu unudulmaz şəxsiyyətin mənalı həyatı haqqında cild-cild kitablar yazmaq mümkündür.  S.Sabançı 1933-cü il aprelin 7-də doğulub. Hacı Ömər və Sadiqə Sabançıların 6 oğul övladından ikincisidir. 1948-ci ildə aylıq 25 lirə maaşla «Akbank»«da stajor məmur kimi fəaliyyətə başlayarkən bir vaxt ölkənin ən varlı adamı olacağını yəqin ağlına da gətirməzdi. Xəstəliyi səbəbiylə heç litseydə təhsilini də tamamlaya bilməyən Sabançı bir qədər sonra BOSSA un fabrikində işə başlayıb. Fitri istedadı və qabiliyyəti sayəsində 24 yaşında fabrikdə baş direktor müavinliyinə qədər yüksəlib. Atası vəfat etdikdən bir il sonra — 1967-ci ildə qardaşları İhsan, Hacı, Şövkət, Erol və Özdəmirlə birlikdə sonradan bütün dünyaya səs salacaq „Hacı Ömər Sabançı Holdinq“»i quraraq onun başçısı olub. Hazırda holdinqin tərkibində 30 min işçinin çalışdığı 73 şirkət var. Bank sektorundan sement istehsalına, avtomobil şinləri istehsalından qida sektoruna, pərakəndə ticarətə qədər 21 müxtəlif biznes sahəsində fəaliyyət göstərən holdinqin illik gəliri 10 milyard dollardan çoxdur. 1981-ci ildə xaricdə (Londonda) türk sərmayəsi ilə ilk bank quruldu — «Akinternational bank». Bu proyektin arxasında məhz Sabançı imzası vardı. Sonradan ABŞ-ın, Yaponiyanın, Argentinanın, Braziliyanın, İsveçrənin bir çox məşhur firması ilə ortaqlıqlar yaradıldı və Sakıp ağanın şöhrəti bütün dünyaya yayıldı. O, prezidentlər, baş nazirlər, krallar, şahzadələr, digər yüksək mənsəb yiyələri, dünya kapitalına yön verən biznesmenlər arasında xüsusi ehtiram sahibiydi. S.Sabançı mərhum ABŞ prezidenti Ronald Reyqanla dost olub və iki dəfə həyat yoldaşı ilə birlikdə Ağ evi ziyarət edib. 2001-ci ildə isə Bill Klintonun şəxsi dəvətilə Ağ evdə olub. ABŞ-ın dövlət katibi Corc Şults (vəzifədə olarkən), Yaponiya şahzadəsi Tomohito Mikasa, Sinqapurun baş naziri Lee Kuan Yev, Fransanın sabiq baş nazirləri Raymond Barr və de Mervill, Cinin dövlət başçısı (vəzifədə olarkən) Zhao Xianq, dünyanın ən nəhəng media maqnatlarından Malkolm Forbs, NATO-nun baş katibi Manfred Vörner (vəzifədə olarkən), ABŞ-ın keçmiş prezidenti Cimmi Karter və digər nüfuzlu şəxslər, zəngin iş adamları Sabançını onun İstanbuldakı iqamətgahında ziyarət ediblər. S.Sabançı Fransa, Belçika, Yaponiya və təbii ki, Türkiyə hökumətlərinin yüksək mükafatlarına layiq görülüb. Müxtəlif dövlətlərin qeyri-hökumət qurumları və universitetlərindən aldığı mükafatların, medalların, fəxri doktorluqların isə sayı-hesabı yoxdur. 13 kitabın müəllifidir. Bunlardan 7-si Türkiyə Təhsil Nazirliyinin qərarıyla «Müəllimlərə və şagirdlərə yararlı kitablar» kimi bütün təhsil ocaqlarına tövsiyə edilib. Kitabların satışından əldə edilən vəsaitin hamısı şikəst uşaqlara sərf olunub. Sadiqə ananın bütün varidatını bağışlaması və Sabançı qardaşlarının ianələri hesabına 1974-cü ildə Hacı Ömər Sabançı Vəqfi — VAKSA qurulub. Ailənin xeyriyyəçilik fəaliyyətləri bu vəqf vasitəsilə yürüdülür. Başda Sakıp ağa olmaqla Sabançı ailəsinin mənsubları bir fond yaradaraq öz adlarını verməklə müxtəlif təhsil, səhiyyə obyektləri inşa etdiriblər. VAKSA Türkiyənin ən böyük ailə vəqfidir, ölkənin 53 yerində 112 obyekti var. Bunlar arasında bir universitet, məktəblər, yataqxanalar, səhiyyə ocaqları, idman kompleksləri və sosial mərkəzlər var. VAKSA ildə 100 tələbənin təhsil xərclərini öz boynuna götürüb. 1994-cü ildən etibarən təhsil, mədəniyyət, sənətin müxtəlif sahələrində ölkədə və xaricdə uğur qazanan fərdlərə, qurumlara mükafatlar, təqaüdlər verir. Hər il Polis Akademiyasını ilk üç dərəcə ilə bitirən 6 tələbəyə 160 Cümhuriyyət qızılı bağışlanır, təlim-tərbiyə işlərində uğur qazanmış müəllimlərə pul mükafatları təqdim olunur. 1992-ci ildən bəri Mədəniyyət Nazirliyi ilə birlikdə xalq rəqsləri yarışması düzənlənir və yüksək yerlər tutan 10 rəqs qrupuna pul mükafatları verilir. Məqsəd Türkiyədə xalq oyunlarının inkişafına nail olmaqdır. 1999-cu ildə 170 milyon dollarlıq yatırımla Sabançı Universiteti qurulub. Sakıp Sabancıdan «Müvəffəqiyyətin 50 qızıl qaydası „ 1… Hədəfinizi seçin  2… Ayran könüllü olmayın  3… Ziqzaq etməyin  4… Çətinliklə müvəffəqiyyətsizliyi bir-birindən ayırın  5… Cəbhəni daraldın, dar cəbhədən hücuma keçin  6… Keçmişə bağlanmayın, ancaq dərs alın  7… Ustanın yanına çıraq olun, işi öyrənin  8… Tək adam olma dövrünü bağlayın  9… Şou göstərməyin  10… Müvəffəqiyyətə çatanları izləyin 11… Öz çalışacağınız komandanı qurun  12… Zəhmətkeş heyəti qaçırmayın   13… Müvəffəqiyyəti pul ilə mükafatlandırın  14… Kadr yetişdirin və komandaınızı qoruyun  15… Stol arxasında oturan idarəçi olmayın  16… Komanda yoldaşlarınıza hörmət edin  17… Müasir imkanlardan faydalanın  18… Məlumatlı olun, məlumat mübadiləsini izləyin  19… Ən yaxşılarla iş görün 20… Pulu sevin  21… Ucuz adam olmayın  22… Ailənizlə işinizi bir birindən ayırın 23… Öz başınıza inkişaf edin 24… Yaşınızı işinizə qarrışdırmayın 25… Risk etməkdən qorxmayın  26… İşinizə siyasəti qarışdırmayın  27… ​​Dövlətlə bazarlıq etməyin  28… Müvəffəqiyyəti komandanızla bölüşün  29… Verginizi ödəyin  30… Cəmiyyətə qarşı hörmətli olun  31… Adınızı təmiz saxlayın  32… Daima Etibarlı olun  33… Dünyada təkcə siz yox, başqaları da var  34… Yaltaq olmayın, yaltaqlardan uzaq olun  35… Özünüzdən tez çıxan olmayının  36 — Müvəffəqiyyəti üstün güc olaraq istifadə  edin 37… Istirahət edin 38… Özünüzə qapanmayın  39… Rəqiblərinizlə dost olun  40… Fərqli fikirləri və kəsləri dinləyin  41… Müvəffəqiyyətinizi, pulunuzu və şöhrətinizi daşımağı bilin  42… Başqalarını dinləməyə əhəmiyyət verin 43… Ayağınızı yorğanınıza görə uzadın  44… Bir çox işi eyni anda etməyin  45… Özünüz olun  46… Keçmişlə vidalaşın  47… Yaşayaraq ölün, yaşamadan ölməyin  48… İşinizdə Bir Nömrə olun  49… Dəyişən şərtlərə riayət edin  50… Axirətdə sizi xilas edəcək bir əsər buraxın arxanızda

4 dost

Dörd dost söhbət edir. Onlardan biri mağazaya gedir. Üç yoldaş söhbətlərinə davam edirlər. Birinci adam oğlundan bəhs edir:  — 'Mənim oğlum maşın yumaqla işə başladı. Bir baltaya sap ola bilməyəcəyindən qorxurdum, amma bir gün avtomobilini yuduğu adamlardan biri ona iş təklif etmiş. Sonra yaxşı bir avtomobil satıcısı oldu. Hətta o qədər yaxşı pul qazandı ki, bu yaxınlarda bir yoldaşının ad günündə ona Mercedes aldı! '  İkinci adam da mövzuya girər:   — 'Mənim oğlum da bir az problemli idi. Böyük bir əmlak şirkətində çalışarkən inanılmaz bir iş təklifi aldı və ondan sonra uğur qazandı və zəngin oldu. İşlədiyi şirkəti də aldı. Bir yoldaşının ad günündə ona bir ev belə hədiyyə etdi. '  Digərlərini dinləyən üçüncü adam da həyəcanla sözə başlayır:  — 'Eynilə mənimki də elə. İşə bir birja şirkətində təmizlik işçisi olaraq başladı. Bir gün öz-özünə hesab apararkən müdir tərəfindən fərq edilincə broker oldu və böyük müvəffəqiyyətlə inanılmaz bir sərvətə sahib oldu. Üstəlik də ən yaxşı yoldaşına bir milyon dollarlıq səhm hədiyyə etdi! '  Bu vaxt dördüncü adam mağazadan gəlib və söhbətə qatılır. Digərləri ona uşaqlarından bəhs etdiklərini deyincə kişi köks ötürərək danışmağa başlayır:   — 'Ehh… Mənim oğlumun iş karyerası cəhətdən uğursuz olduğunu etiraf etməliyəm. Doğru düzgün bir iş qura bilmədi. Amma oğlumun elə dostları var ki, keçən ad günündə ona biri Mercedes, biri ev və biri də 1 milyon dollarlıq səhm hədiyyə etmişdilər! '

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]