Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Ugur psixologiyasi.doc
Скачиваний:
13
Добавлен:
24.09.2019
Размер:
3.9 Mб
Скачать

Bax, pis oxusan milyonçu olarsan!

«İKEA» kompaniyasının təsisçisi, ən varlı isveç İnqvar Kamprad hazırda 28 milyonluq varidatını hələ məktəb skamyası arxasında olarkən yığmağa başlayıb. Qələm və pozanları ucuz qiymətə alıb yığan və sonra onu üçqatına başa satan gələcək mebel maqnatı bu işdə ad da çıxarmışdı. Satışdan qazanc qalan pulu o, yığırdı. Deyilənə görə o, hələ də ucuzvari restoranlarda yeyir, səfərə gedəsi olsa ekonom-klassla uçur, avtobusa minir və ehtiyac olarsa 3 ulduz otellərdə qalır. İstirahət etmək istəyəndə bahalı, gəzməli, görməli yerlərdənsə İsveçin ucqar, gözdən uzaq çaylarının birində sahildə çöməlib balıq tutmağa üstünlük verir. İşdə isə İnqvar öz işçilərindən kağızın hər iki üzünü işlətməi tələb edir. Köhnə kreslo və ayaqüstü saatdan başqa onun evindəki bütün mebel «İKEA»dandır. Adıçəkilən köhnə mebeli o, artıq 32 ildir ki, işlədir. O, arabir etraf edir ki, «Arvadım mənə təzə kreslo almağı tövsiyyə edir, çünki bu artıq çox çirklənib. Bu, kreslonun yeganə qüsurudur. Yoxsa mən yenisini almaq istəməzdim».  İnqvar sürtülmüş gödəkcədə və köhnə «Volva»da gəzir. Onu tez-tez ictimai nəqliyyatda görmək olar. Amma o, qoca təqaüdçü görkəmiylə heç kimdən fərqlənmir. Danışırlar ki, uzun illər başını qırxdırdığı dəlləyin xidmətlərindən imtina edərək başqasının yanına ona görə gedir ki, o birisi bir az ucuz saç kəsirmiş. Bir dəfə isə onun şərəfinə İnqvar adlandırılmış böyüdüyü şəhərdə adına ucaldılmış abidənin açılışında lenti kəsməkdən də imtina etmişdi. O, lenti açaraq merə uzatmış və demişdi ki, onu daha lazımlı şəkildə istifadə edə bilər.  «İKEA» mağazalar şəbəkəsinin belə adəti var ki, açılış günlərində adamın çoxluğundan rəhbər vəzifələrdə olanlar da kassada dayanıb kömək edərək qabalşdırmağa əl tuturlar. Bir dəfə növbədə dayanmış qadın İnqar Kampradiyə (yeri gəlmiş dünyanın ən varlı kişisindən birinə) baxıb nəvəsinə belə deyir: «Bax, dərslərini pis oxusan bu baba kimi qoca yaşında yad adamlara qablaşdırılmada kömək etməli olacaqsan».

«Google»nin direktoru dəyircəkli konkidə işə gəlir

Hər gün minlərlə, milyonlara insan «Google» axtarış sistemindən istifadə edir və bu sistem hər dəfə reklam linkinə tıklananda sahibinə gəlir gətirir. Onun sahibi və yaradıcısı 33 yaşlı Sergey Brin artıq 11 milyard qazanıb. İndi o, ABŞ-da yaşayır. Hazırda milyarder 3 otaqlı sadə mənzildə qalır. «Yanlış milyarder»in nə yaxtası, nə də villası var. Onun heç super avtomobili də yoxdu. Şaiyələr dolaşır ki, Sergey gözoxşamayan «Prius»da gəzir. Ucuzvari «Toyota» markalı bu maşın təkcə benzinlə deyil, həm də ekoloji təmiz yanacaqla- elektriklə işləyir. Amma o, arabir bu maşınından da bezib işə «Google»nın başqa direktorları kimi diyircəkli konkidə gedir. İşdə istirahət zamanı avtodayanacaqda diyircəkli konkilərini yenə də ayağına çəkib xokkey oynayır. Onu da deyirlər ki, acıyanda San-Fransiskonun rus restoranlarının birində, çox vaxt «Katyanın çayxanasında» yemək yeyir.

Simic ulduzlar

Şou biznesin ulduzları milyonları asanlıqla qazandığı kimi asanlıqla da xərcləyirlər. Amma arabir elə simiclik göstərirlər ki, təəccübdən heyrətlənirsən. Ulduz cütlüyü — Bekxemlər ailəsinin xanımı «Spice Girls» qrupunun keçmiş solisti Viktoriya Bekxemi əri Mançester stadionunda top vurarkən tramvaya minib ora getdiyini dəfələrlə görüblər. Məlumlur ki, xanım Bekxemin şəxsi varidatı 18 milyondur. Amma onun ucuzvari «Blue Nun» şərabı üçün ürəyi gedir və tez-iez düşüb yaxınlıqdakı marketdə bu şərabı soruşur. Gündəlik geyimini isə o, hamı düşündüyü kimi «Christian Dior», ya da «Versace»dən deyil Matalan mağazalarından alır. Sevimli dükanlarının adını soruşanda isə «Top Shop» mağazasından geyindiyini deyir. Uğurlu kommersiya fəaliyyəti nəticəsində 72 milyonu qazanmış kino rejisyoru Maykl Uinner arabir şüşəsi 6 min olan şərab içir. Amma buna baxmayaraq o, köhnə poçt markalarını bir neçə dəfə işlətməyə çalışır ki, bir qədər qənaət etsin. Deyirlər ki, o, diş pastası qurtarana az qalmış tübiki iki yerə qayçılayır ki, qiymətli pastanın bir damcısını da itirməsin.  Estradanın ulduzu Madonna 150 milyonun sahibi olsa da arabir telefon danışıqları siyahısını şəxsən özü arıtlayır ki, kənar danışıqlara görə qulluqçunu danlayıb bu məbləği onun maaşından çıxa bilsin. Milyonlarla qonorar alan ulduzlar da simicliklərindən qalmır. Aktyor Ceremi Payven ofisiantlara «şirinlik» əvəzinə özünün çəkildiyi serialların disklərini verir. Britni Spirs isə ofisiant lap gözünün içinə baxanda ciblərini çevirib yalnız dəmir pullara qıyır. Ümumilikdə amerikalılar «şirinlik» verməyi, bizimki kimi «hörmət etməyi» sevmirlər. Bu simiclər ölkəsində hər iki nəfərdən biri maşınında içdikdən sonra kofenin plastik qabını atmayıb saxlayır. Çünki buraların qaydasına görə müştəri kofenin pulunu veribsə daha bir pay kofeni pulsuz ala bilər. Ona görə də amerikalılır bu qabı əllərinə alıb pulsuz kofe üçün növbəyə dayanırlar. İnsanlar bəzən simicliklərində hətta heyrətedici də ola bilirlər. Bir ailə ildönümlərini «Xollmark» mağazasında qeyd etməyi qərar vermişdi. Onlar bütün açıqcaları ucadan bir-biri üçün oxuyaraq təbrikləri qəbul etmiş, axşamüstü mağazadan  pulları ciblərində və əhvalları yüksək şəkildə çıxıb getmişdilər. Simiclikdə ad çıxarmış Amerikada Loren Veberin «Qənaətcilliyə bel bağlayırıq: anlaşılmaz Amerika məziyyətlərinin tarixi» kitabı əldən-ələ gəzir. Burda danışılır ki, müəllifin atası soyuq havalarda evi 10 dərəcə istilikdə saxlamaqla, tualet kağızına məhdudiyyət qoymaqla qənaət etdiyinin hesabına uşaqlarını istədiyi kollecdə oxutdura bilib.

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]