Добавил:
Upload Опубликованный материал нарушает ваши авторские права? Сообщите нам.
Вуз: Предмет: Файл:
Ugur psixologiyasi.doc
Скачиваний:
13
Добавлен:
24.09.2019
Размер:
3.9 Mб
Скачать

Müsbət israr üçün gözəl nümunə

Çində Bambuk ağacının yetişməsi, müsbət israr üçün gözəl bir nümunədir. Çinlilər bu ağacı belə yetişdirir: Əvvəl ağacın toxumu əkilir,sulanır və gübrələnir. Birinci il toxumda hər hansı bir dəyişiklik olmaz. Toxum yenidən sulanıb gübrələnir. Bambuk ağacı ikinci ildə də torpağın xaricinə bəhrə verməz.  Üçüncü və dördüncü illərdə hər il edilən əməliyyat təkrar edilərək bambuk toxumu sulanır və gübrələnir. Lakin inadcı toxum bu ildə də bəhrə verməz. Çinlilər böyük bir səbirlə beşinci ildə də bambuka su və gübrə verməyə davam edərlər. Və nəhayət beşinci ilin sonlarına doğru bambuk yaşıllaşmağa başlayır. Və altı həftəyə kimi qısa bir müddətdə təxminən 27 metr hündürlüyə çatır. Çin bambuk ağacı 27 metr hündürlüyə altı həftədə Yoxsa beş ildə çatmışdır? Bu sualın cavabı təbii ki beş ildir. Böyük bir səbrlə və israrla toxum beş il müddətində sulanıb gübrələnnməsəydi ağacın böyüməsindən hətta var olmasından söz edə bilərdikmi? ... Bir müvəffəqiyyətin şərtləri hər vaxt çox sadədir. Bir müddət üçün alışın, Bir müddət dözüm edin, Hər vaxt inanın, Və heç bir zaman geri dönməyin!!!

Bu adamı heç kim dayandıra bilməz

Glenn Cunninghamın 5 yaşında ayaqları dəhşətli bir şəkildə yandıqdan sonra şikəst olmuş və həyatının qalanını əlil arabasına məhkum keçirər düşüncəsi ilə həkimlər tərəfindən öz halına buraxılmışdı. «Bir daha yeriməsi mümkün deyil. Heç şansı yoxdur» demişdilər. Həkimlər ayaqlarını yoxlamışdılar amma Glenin ürəyini diqqətə almamışdılar.  O,həkimə qulaq asmadı və yeriməyə çalışdı. Yataqda yata-yata zəif qalan qıpqırmızı ayaqları yara içində idi. Glenn " gələcək həftə, yataqdan qalxacam və yeriyəcəm" dedi. Bunu bacardı. Anası Glenin həyətdə necə yeriməyə başladığını izah etməyə başladı. Hər bir addımda acını yaşayaraq, yavaş yavaş yeriməyə başladı. Əvvəlcə tez-tez yeriməyə başladı daha sonra da qaçmağa. Qaçmağa başladıqdan sonra isə daha qərarlı biri olmuşdu.  «Hər zaman yeriyəcəyimə inandım və bacardım. İndi də hər kəsdən daha sürətli qaçacağıma inanıram» .Bunu da bacardı  1934 cü ildə dünya rekordunu qıraraq meydanda da özünü isbat etdi. Madison Sguare Garden'də «Yüz ilin ən bacarıqlı atleti» oldu

Simiclik və xəsislik

Simiclik və qənaətcillik arasında keçən sərhəddin dəqiq yerini öyrənmək üçün balaca bir araşdırma apardım. Sən demə elə pulu olan simic olar və qənaət edər. Pulu olmayan isə qənaətin nə olduğunu bilməz. Daha aydın olmaq üçün milyonçuların yaşam tərzini bir araşdıraq.

Pul pulu çəkər

ABŞ tədqiqatçılarının şahidliyinə inansaq hər 4 milyonçudan biri ayağına 100 dollardan baha olmayan ayaqqabı geyinir. Hər 10 milyonçudan biri əynindəki kostyumun 200 dollardan artıq olmadığını deyib dədəsinə, allahına, nə bilim nəyə də and içə bilər. (Onları «Binə» ticarət mərkəzində gəzdirsək, onlar gözləriylə insanların son qəpiyini verib pal-paltar aldığını görsələr yəqin ki, ürəkləri partlar). Deyirlər ki, milyonçuların yalnız 50 faizi 240 dollardan baha olan saat almağı özünə qıyır. Zənginlərin yalnız üçdə biri qət təzə, yaşı 3 ildən artıq olmayan maşında gəzir. Qalanları, lətifəsi bizdən iraq, maşınının köhnəliyini vecinə almır.  Sən demə miloynçular da normal adamlar kimi yaşaya bilirlər və adi adamların işlətdiyi əşyalardan onlar da alıb evlərinə düzürlər. Əlbəttə, biz onlara əcaib-qəraib adam kimi baxırıq. Amma tarixə nəzər salsaq hacıqaralıq fenomeninin, yəni qənaətcillik və simicliyin milyonçular arasında paranoyaya çevrilməsi halları kasıbın pul tapması hallarından daha çox olduğunu görərik.

Соседние файлы в предмете [НЕСОРТИРОВАННОЕ]